Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Eldar Quliyev bu səbəblərdən qalib olacaq-TƏFƏRRÜAT+(FOTOLAR)

                 

                     

                               Seçiciləri üçün ƏLÇATAN millət vəkili, dəyərli elm adamı...

Yenixeber.org:  Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı medianın maraq dairəsində olan seçki dairələrindən biri də 28 saylı Sabunçu III seçki dairəsidir. Xatırladaq ki, 28 saylı Sabunçu III seçki dairəsindən millət vəkilliyi uğrunda mübarizəyə doqquz namizəd qoşulub...

Bu sırada adı və fəaliyyəti nəinki 28 saylı Sabunçu III seçki dairəsinin seçicilərinə, bütünlüklə ölkə ictimaiyyətinə yaxşı tanış olan Eldar Quliyev diqqəti çəkir. Cənab Quliyev dörd çağırış Azərbaycan Milli Məclisinin deputatı olmuş və yenidən seçkilərə qatılıb... Apardığımız araşdırmalarla məlum oldu ki, bunun isə bir neçə səbəbindən biri və birincisi məhz seçicilərin tələbidir.

                                          Nə üçün Eldar Quliyev? 

Bəli, Eldar Quliyevin yenidən millət vəkilliyinə namizəd olması bir neçə səbəbdən qaynaqlanır. Bu səbəblərdən ikisi haqqında:

Əvvəla, Eldar Quliyev bu günə qədər dörd çağırış deputat olduğu dönəmdə seçiciləri üçün obrazlı desək ƏLÇATAN olub. Seçicilərinin sosial, infrastruktur, kommunal və s. problemlərini onlardan biri olaraq yaşayıb. Və həm də yaşamaqla bərabər bir millət vəkilinin səlahiyyət və imkanı çərçivəsində bu problemlərin həllinə nail olub. İctiami-siyasi arenada sahib olduğu nüfüzu sayəsində... Bu da bir həqiqətdir ki, aidiyyatı dövlət strukturları qarşısında məsələ qaldırıb, həllinə nail olmaq hər millət vəkilinin bacara biləcəyi iş deyil. Bundan ötrü hörmət, nüfuz sahibi olmaq gərəkdir...Eldar Quliyev kimi.

28 saylı Sabunçu III seçki dairəsinin bir özəlliyi də var. Bu dairənin əhatə etdiyi Bakının dörd qədim və böyük kəndinin – Maştağa, Zabrat, Bilgəh, Nardaran kənd sakinləri seçdikləri insanın köklü, əsilli-nəsilli olmasına da önəm verərlər. Bu mənada da Eldaq Quliyev seçiciləri üçün tam arzuolunandır...

Eldaq Quliyevin millət vəkili olmasını zəruri edən ikinci səbəb isə onun  qanunverici orqandakı fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi, Eldar Quliyev  Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinidir. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur. Millət vəkili olaraq bu statuslar gərgin zəhmətin nəticəsi olmaqla bərabər, həm də böyük etimad deməkdir. Eldar müəllim cənab prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə dövlətin aqrar siyasətinin formalaşmasında, bu sektorun inkişafında bir millət vəkili olaraq fəal iştirakçılar sırasındadır: Həm bir alim, həm də təcrübəli iqtisadçı kimi...

 

                                            Eldar Quliyev elm adamı kimi...    

O ki, qaldı Eldar Quliyevin deputat və iqtisadçı-alim kimi beynəlxaq arenada fəaliyyətinə–rəsmi mənbələrdə öz əksini tapıb: “İqtisad elmləri doktoru, professor Eldar Quliyev 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilib. 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunub.

 Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilib. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və BMT-nin İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunub, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırılmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülüb. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsəri və kitabı nəşr olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Ali məktəblər sırasında sözün müsbət mənasında fərqlənən Azərbaycan Kooperasiya Universitetinin rektorudur.

 

                                      Millət vəkili vətənpərvər olanda... 

Eldar Quliyev dəyərli elm adamı olmaqla bərabər, həm də bir vətənpərvər millət vəkilidir. Baxmayaraq ki, bu istiqamətdə bir yazıya sığmayacaq dərəcədə nümunələr sadalamaq mümkündür, amma bir epizod yetər: 2018-ci ilin noyabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Ermənistanın paytaxtı Yerevanda keçirilən 52-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak edən Eldar Quliyev  hətta təşkilata məxsus medaldan imtina etmişdir. O zaman Eldar müəllim mediaya verdiyi açıqlamada bu haqda demişdir: “Yubiley medalından imtina edəcəyimizi öncədən demişdim. Hətta mənə dedilər ki, medal təşkilata məxsusdur, Ermənistana aidiyyatı yoxdur. Mən də dedim ki, bilirəm, amma istəmirəm ki, bu medalı erməni spikerdən alım. Niyə onun imzası olan medalı almalıyam? İclas başlamazdan öncə xahiş edildi ki, siyasiləşdirməyək. Fikrim var idi ki, iclasda deyim Ermənistan Azərbaycanın 20 faizi torpağını işğal edib, nəticədə ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünü var, ona görə də medalı necə ala bilərəm? İclasda dedim ki, 4 dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilmişəm, təcrübəm var, amma beynəlxalq səviyyədə təcrübəm yoxdur deyə, bu medalı ala bilmərəm, yəni bu yüksək mükafatı almağa hazır deyiləm... Məndən öncə Gürcüstan nümayəndə heyətinin üzvü çıxışa başladı, o da medalı almaqdan imtina etdi. Belə əsaslandırdı ki, iclasda nümayəndə heyətinin rəhbəri iştirak etmir. Azərbaycan nümayəndə heyətindən sonra Türkiyə nümayəndə heyətinin rəhbəri Cəmil Öztürk çıxış etdi. Dedi ki, bu beynəlxalq təşkilatda təmsilçiliyi yenidir, ona görə medalı almaq istəmir. Ukrayna da medalı almaqdan imtina etdi. Faktiki 4 nümayəndə heyəti medalı almadı, onlar da həm təəccübləndilər, həm də şok vəziyyətinə düşdülər, bir-birlərinə baxırdılar”.

 Daha sonra Eldar müəllim əlavə edir: “Biz səfərdə olduğumuz müddətdə şəhərə gəzintiyə çıxmadıq, çünki müəyyənləşdirilmiş proqram vardı. Proqramda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək, tarixi muzeylərə getmək nəzərdə tutulurdu. Biz oranı niyə ziyarət etməliyik ki? Onların tarixi var ki? Hamısı uydurulub... Yalnız nümayəndə heyətinin üzvü Əflatun Amaşov və təşkilatın Parlament Məclisinin Azərbaycandan olan baş katibi Asəf Hacıyev Yerevanda Göy Məscidə baş çəkiblər. Əslində, Amaşova dedim ki, məsləhət görmürəm. Orada məscidə erməni rəhbərlik edir. Təsəvvür edin, məscidin rəhbəri ermənidir...”.

Bax belə, toxunduğumuz və xatırlanmasına lüzum duymadığımız digər səbələrdən bu dəfə də 28 saylı Sabunçu III seçki dairəsindən qalibin Eldar Quliyev olacağı şübhəsizdir...

İlqar (yenixeber.org)   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam