Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Hüseynbala Mirələmov, yoxsa Fuad Abbasov-33-də gərginlik olacaq

Yenixeber.org: 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülən  Hüseynbala Mirələmovun başı dərddədir. Bu haqda yenixeber.org-a siyasi dairələrdən məlumat daxil olub. Məlumata görə Hüseynbala Mirələmova hakim siyasi partiya tərəfindən stavka olunmasına baxmayaraq nəticə onun üçün arzuolunmaz da ola bilər. Bunun başlıca səbəbi isə rəqibləri sırasında tanınmış jurnalist, "MİSRA" İNFORMASİYA MÜBADİLƏSİ VƏ TƏŞƏBBÜS İCTİMAİ BİRLİYİNİN sədri Fuad Abbasovun yer almasıdır.  Fuad Abbasovun məlum xidmətləri ilə nəinki Azərbaycanda, eləcə də Türkiyə və Rusiya daxil xarici ölkələrdə məşhur simaya çevrilməsi Mirələmovun parlamentə gedən yolunda “şlaqbaum”a çevrilib...

Xatırladaq ki, geniş ictimaiyyət Fuad Abbasovu 2015-ci ildə Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması zamanı tanıyıb. Onda Türkiyə Rusiya təyyarəsinin onun sərhədini pozduğunu iddia etmiş, Rusiya isə bunu inkar etmişdi. Həmin vaxt Rusiya ilə Türkiyə arasında gərgin münasibət yaranmışdı. Rusiya televiziyalarında tez-tez bu məsələ müzakirə edilir, Türkiyənin də mövqeyini çatdırmaqdan ötrü ora, əsasən jurnalist Fuad Abbasov dəvət olunurdu.

Fuad Abbasov Rusiya televiziyalarında tək Türkiyənin yox, elə Azərbaycanın mövqeyindən də dəfələrlə çıxış edib.

Beləliklə də bu olay və sonrakı yaşantılar jurnalist Fuad Abbasovu Azərbaycan ictimaiyyəti üçün yaxından tanıtmış və sevdirmişdir.

Fuad Abbasovun bir neçə xarici dili bilməsi, məlum siyasi potensialı onun Milli Məclisdə yer almasını stimullaşdıran faktorlar sayıla bilər. Cənab prezidentin kadr islahatlarındakı meyarları da nəzərə alsaq, onda Fuad Abbasov daha cəlbedici və real naimzəd kimi diqqət çəkir.

Hüseynbala Mirələmovun isə bu meyarlardan uzaq olması bir yana, onu təmsil etdiyi dairə sakinləri də qəbul etmir...  Məzahir Rüstəmov küçəsinin sakinləri yenixeber.org-un əməkdaşı ilə söhbətində Hüseynbala Mirələmovu bir millət vəkili olaraq yumşaq desək birmənalı qəbul etmədiklərini bildirdilər: “Deyilənə görə illərdir ki, Hüseynbala Mirələmov bizim deputatımızdır. Amma bu illər ərzində biz belə bir təmsilçimizin varlığından bixəbərik. Dəfələrlə görüşüb, ümumi problemlərimizi ona çatdırmaq istəsək də alınmayıb. Adamı “Gündüz çıraqla tapa bilməmişik”. İndi siə yenidən bizim səsimizi istəyir. Ehtiyacımız olanda bizim səsimizi eşitməyənə biz necə səsimizi etibar edək?”. 

33 saylı Xətai birinci seçki dairəsindən deputatlıq uğrunda 12 namizəd mübarizəyə qoşulub. Bu sırada ictimai-siyası arenada tanınan digər namizəd isə həkim-stomotoloq Zəlimxan Məmmədlidir. Ekspertlər Zəlimxan Məmmədlini şanslı biri kimi dəyərləndirmirlər. Zatən cənab Məmmədli bütün parlament seçkilərinə qatılmasına baxmayaraq mandat sahibi ola bilməyib.

Beləliklə də 33-də gərginlik olacaq- Hüseynbala Mirələmovun və Fuad Abbasovun sayəsində... Başqa sözlə mandatın bu iki şəxsdən birinin olacağı qaçılmazdır.

İnformasiya şöbəsi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam