Redaktor seçimi
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
KÜRDƏMİR SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR:
Muxtar Babayev islahatçı nazirdən “ekoloji terrorist”ə necə çevrildi?
Qardaşı Fuad Muradovu biabır etdi:
General Səfər Mehdiyevin qohumu maşınla adam öldürdü- 
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyada özbaşınalıq-
Feyziyevlə “Avromed”i prezident qarşısında ifşa edən həbsin sensasion –
Günün xəbəri

İradə Gülməmmədovanın da biznesi üzə çıxdı-ARAŞDIRMA

  “Rəsul Rza, Səttar Bəhlulzadə küçələri faciəvi vəziyyətdədir. Heç olmasa, çuxurları doldursunlar. Səkilər yoxdur, piyadalar yolun ortası ilə getməyə məcburdurlar. Ən çox əziyyət çəkənlər isə 7 nömrəli məktəbin şagirdləridir. Həsən Əliyev küçəsinə asfalt bir neçə ay əvvəl çəkilsə də, yol yenidən çökür. Bir də gördünüz ora ya avtomobil, ya da adam düşüb. Kanalizasiya suları yola axıdılır. Bir saat yağış yağsa, 10 gün keçilməz gölməçələr olur. “Yaşıl ada” restoranının yanından Xırdalanın içərisinə dönən küçənin asfaltı bəlkə də iki ildir dağıdılıb. Spirt zavoduna kanalizasiya xətti çəkildikdən sonra eləcə dağılmış vəziyyətdə qalır. Nəinki asfalt, heç adi kubik qırıntıları da tökülməyib”.

Sosial şəbəkə istifadəçisi Bəhmən Faziloğlu belə deyir.

Abşeron Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə tənqid olunur. Qurumun sosial şəbəkə hesablarına daxil olan bu şikayətlərin bəzisinə cavab verilir, bəziləri elə cavabsız qalır. Rayon ərazisində baxımsız küçələrlə yanaşı xüsusi diqqət göstərilən küçə də var – Məsud Davudoğlu küçəsi.

Küçənin xüsusiliyi ondadır ki, Davudoğlu 9-da “Zümrüd” uşaq bağçası, 12 a-da “Vimay” Tibb Mərkəzi, 34-də isə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və ailə üzvlərinin qeydiyyatda olduğu mənzil yerləşir.

İradə Akif qızı Gülməmmədova 1962-ci il sentyabrın 30-da Şuşa şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Tibb İnstitutuna (ATİ) daxil olub. ATİ-nin pediatriya fakültəsini 1985-ci ildə bitirib.

1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışan İradə Gülməmmədova, 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq işləyib. Onun ailə qurduğu Gülməmmədov Yolçu Katamazya oğlu da həkimdir və Balakən rayonunda birgə işləyiblər.

İ.Gülməmmədova 1995-2006-cı illərdə Abşeron rayonunda yerləşən uşaq poliklinikasına baş həkim təyin olunub. 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, 2014-2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb. 2015-ci ilin sentyabrından prezident İlham Əliyev tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1998-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. Sələfi hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovdur. Məhz onun dövründə vəzifəyə təyin olunub və müavini olaraq fəaliyyət göstərib.

İcra başçısının həyat yoldaşının şirkəti
İ.Gülməmmədovanın həyat yoldaşının iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində.

Y.Gülməmmədovun adına olan müəssisələr – “İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.

“İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçün cərimələnib. “İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – “İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.

İcra başçısının qardaşına və atasına məxsus şirkətlər
“İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. “Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

R.Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir.

Eyni ünvanda bir neçə şirkət
Abşeron rayonu, Rəsulzadə qəsəbəsi ŞTQ, Davudoğlu (M.Rəsulzadə qəsəbəsi) ünvanında daha bir MMC fəaliyyət göstərir “Vimay”. Qanuni təmsilçisi Umayeva Elnarə Vaqıf qızıdır.

E.Umayevanın adına daha bir MMC “Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. “Vimay” 2004-cü ildə, “Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müavini olub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.

Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən “Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri aztəminatlı ailələr arasından seçilən uşaqların pulsuz sünnət olunmasıdır.

Abşeronun icra başçısının da biznesi üzə çıxdı- ARAŞDIRMA
Nabat (Vimay) Tibb Mərkəzi

Mənbə: Google Maps

Yeri gəlmişkən, bu təşəbbüsün müəllifi İradə Gülməmmədova olub. Hazırda “Vimay-Med” Klinikasının qanuni təmsilçisi Zaidov Mirəzim Həsən oğludur. M.Zaidov eyni zamanda klinikanın baş həkimdir. E.Umayevanın adına bağlanan “Vimay” Tibb Mərkəzi həm Səhiyyə Nazirliyinin, həm də Vergilər Nazirliyinin reyestr məlumatlarında “Afgen” Klinikasıyla eyni adı daşıdığı bəlli olur. Baxmayaraq ki, “Afgen” özü Bioloji Təbabət Klinikasının binasında fəaliyyət göstərir. Bioloji Təbabət Klinikası haqda bir qədər sonra. “Vimay” Tibb Mərkəzinin keçmiş rəsmi elektron səhifəsi “vimayclinic.com” olub. Sonradan səhifə bağlansa da, “Facebook” sosial şəbəkəsində aktiv təmsil olunur. Klinika əsasən arıqlama, liposaksiya, döş böyütmə və kiçiltmə, eləcə də kosmetoloji əməliyyatların gerçəkləşdirməsini həyata keçirir.

E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, “Repose Travel” (VÖEN: 3102670111) adlı turizm şirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür

İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda üç müəssisə qeydiyyatdan keçib – “Nabat” firması (VÖEN: 3101168861), “Herbimed” MMC (vöen: 1001399851) və “Afgen” MMC (vöen: 1002041591).

“Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçi işləyir.

“Vimay”ın keçmiş adı “Nabat Klinikası” olub. Həmin ad “Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. “Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən “Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiq oğludur. “Nabat Med” “Mirpromtorq” MMC-nin nəzdindədir.

Təsisçilər arasında Türkiyə vətəndaşları da var
“Afgen” MMC-nin təsisçisi Gülməmmədov Yolçu Katamazya oğlu, Hüseynov Afiq Tapdıq oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Y.Gülməmmədovdur. 2011-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 30 manatdır. Afiq Hüseynov digər soyadla (Bərdəli) İzmir şəhərində fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetində İradə Gülməmmədova ilə eyni illərdə pediatriya fakültəsində təhsil alıb. Bir müddət “Afgen” Klinikasında da fəaliyyət göstərib. Onun haqda məlumatlarda klinikanın rəhbəri olaraq da göstərilib.

“Herbimed” MMC 2008-ci ildə təsis olunub. Onun qanuni təmsilçisi və təsisçisi də Y.Gülməmmədov olub. Hazırda vergi reyestrində qanuni təmsilçi Nəcəfov Azər Bayram oğludur. A.Nəcəfovla Y.Gülməmmədov sosial şəbəkədə də dostdurlar. A.Nəcəfovun da adına hazırda “Herbimed”lə yanaşı daha bir müəssisə “Atash-farm” MMC (VÖEN: 3101185981) qeydiyyatdan keçirilib. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər ev 5, mənzil 1-dir. Bu ünvanda da daha bir müəssisə qeydiyyata alınıb – “Harunfarm” MMC (VÖEN: 3101168861). Harun həm də icra başçısının oğul nəvəsinin adıdır. Hər iki müəssisə 2013-cü ildə qeydiyyata alınıb. “Harunfarm”ın keçmiş qanuni təmsilçisi Əliyev Taleh İsaxan oğlu, hazırkı qanuni təmsilçi Bəxtiyarov Babək Fərman oğludur. Müəssisələrin fəaliyyətinin genişliyini Taleh Əliyevin də timsalında görürük. Belə ki, onun adına daha bir müəssisə rəsmiləşdirilib – “Bioflora-M.V.” (VÖEN: 1701630621) MMC-dir. Nizamnamə kapitalı 20 manat olan müəssisənin ünvanı, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 25, mənzil 1-dir.

İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – “Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir.

Üçüncü dövrə
Keçək üçüncü dövrəyə. Y.Gülməmmədovun adına rəsmiləşən daha bir müəssisə “Fidanfarma”dır (VÖEN: 1400124391). Hüquqi ünvanı Nəsimi rayonu, 20 yanvar, ev 3, mənzil 4-dür. 2001-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

Səhiyyə Nazirliyinin özəl müəssisələr və onların fəaliyyəti haqda olan sənədində adı keçən “Afgen” klinikası əsasən 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Klinika 2012-ci ildən Bioloji Təbabət Klinikasının binasında fəaliyyətini davam etdirir. “Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən “Planeta” apteklər şəbəkəsi (VÖEN: 1400172851) satır. Bu apteklər ölkədə 7 ünvanda fəaliyyət göstərir. Əslində matryoşka kimi bir-birinin içindən çıxan bu müəssisələrin domein adresləri də bir-birinə bağlıdı. Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialı var.Abşeronun icra başçısının da biznesi üzə çıxdı- ARAŞDIRMA
Masallıda Bioloji Təbabət Klinikasının açılışı

Mənbə: Google

Ancaq Bioloji Təbabət Klinikasının (VÖEN: 1401424551) reyestr məlumatlarında qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. Elə bütün mətbuatda gedən xəbərlərdə də, o, iş adamı kimi təqdim olunur.

2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də “Planeta” İstehsal-Kommersiya Şirkətidir (VÖEN: 1400172851). 1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür.

E.Yaqubovun adına rəsmiləşən hazırda isə ləğvetmə prosesində olan daha bir müəssisə isə “Bioloji Tənzimləyici Təbabət Mərkəzi”dir (VÖEN: 1402836811). Nizamnamə kapitalı 10 manat olan müəssisə 2014-cü ildə təsis olunub.

İşsiz üzvü olmayan ailə
Bundan başqa, İ.Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova elə Abşeron rayonunda yerləşən “Zümrüd” uşaq bağçasının direktorudur. Bağça özəl fəaliyyət göstərir. 2 dekabr 2016-cı ildə fəaliyyətə başlayıb. Vergilər Nazirliyinin reyestrində isə “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004597731) 2017-ci ildə qeydiyyata düşüb. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.Abşeronun icra başçısının da biznesi üzə çıxdı- ARAŞDIRMA


“Zümrüd” uşaq bağçası

Mənbə: Facebook

                                “Abşeronda ev tikənin “dərisini soyurlar”
“Tam sənədli yerimdə ev tikirəm. Gəldi 4000 manat istədi. Üzümüzə dedilər ki, pul verməsən, sökəcəyik. Zorla 2000-ə saldırdıq. Yerimizin sənədli olmasının da əhəmiyyəti yoxdu, “onsuz da verməlisiniz” deyirlər. Hamı verir. Bunların yediklerinin qarşısında Ağstafa, Yevlax dənizdə damcı deyil”, deyir Abşeron rayon sakini. Adının anonim qalmasını istəyən şikayətçi hər zonanın özünün pulyığanı olduğunu da söyləyir: “Ev tikəndə gedirsən Abşeron Rayon İcra Hakimiyyətinə ki, ev tikirəm. Əvvəllər ev tikən şəxs birbaşa hesaba yatırırdı pulu. O hesab da Heyder Əliyev Fondu idi. İndi o yoxdu. Mədəni formada “Niva”lı qaqaşlar gəlir, bazarlıq edir. Seymur adlı oğlandı”.

Ola bilsin İradə Gülməmmədovanın oğlu, 1992-ci il təvəllüdlü Məhəmməd Gülməmmədov üçün rayon ərazisində ev tikdirmək “dərisi soyulmadan” başa gəlir. Belə ki, Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunu ərazisində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinin icazəsini hələ 2017-ci ildə alıb. M.Gülməmmədovun tikdirdiyi 1056 kv/m-lik evin qazancını necə əldə etməsiylə bağlı bilgi yoxdur.

Hüquqşünaslar deyir ki…
Meydan TV məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovadan münasibət öyrənə bilməyib. İcra hakimiyyəti, eləcə də icra başçısının yaxınları bu barədə açıqlama vermək istəməyib.

Hüquqşünas Ramil Süleymanov isə deyir ki, ölkədə vəzifəli şəxslərin gəlir bəyannamələri haqda bilgilərin ictimailəşməməsi bu kimi hallara səbəb ola bilər:

“Qanunvericiliyə görə biznes fəaliyyətinə başlayan insandan maliyyə mənbələrinin göstərilməsi tələb olunmur. Eyni zamanda həmin biznes maliyyəsi üçün sərmayənin haradan cəlb olunmasıyla bağlı da hər hansı bir tələb yoxdur. Digər tərəfdən, qanunvericilik vəzifəli şəxslərin ailə üzvlərinin biznes fəaliyyətini də qadağan etmir”.

Abşeronun icra başçısının da biznesi üzə çıxdı- ARAŞDIRMA

Hüquqşünas Ramil Süleymanov

Mənbə: Google

R.Süleymanov bildirir ki, bu mühitdə mənzil qeydiyyatlarının, eyni zamanda müəssisələrin vəzifəli şəxslərin qeydiyyatda olduğu ünvanlarda yaradılması, həmin şəxslərin bir-biri ilə qohum, tanış olması proseslərin icra başçısının vəzifəyə təyin olunduqdan sonra vüsət alması şübhələr üçün əsasdır.

“İcra başçısını həkim olması və biznesin də əsasən klinika və apteklərlə qurulması və bu fəaliyyətin də əsasən Abşeron rayonunu əhatə etməsi, eləcə də qanunvericilikdəki boşluqlar korrupsiyadan danışmağa əsas verir. Təəssüf ki…” – deyir, hüquqşünas

Elnarə Umayeva özünün linkedinn hesabında 2017-ci ilin sentyabrından 2018-ci ilin aprel ayına qədər Abşeron Rayon İcra Hakimiyyətinin kuratoru olduğunu qeyd edib.

Digər hüquqşünas Səməd Rəhimli isə mətbuata açıqlamasında deyib ki, əgər yaradılan özəl kommersiya hüquqi şəxs, yəni MMC, yaxud Səhmdar Cəmiyyət kimi yaradılıbsa, onda belə bir şəxs özlüyündə təsisçi ola bilər:

Abşeronun icra başçısının da biznesi üzə çıxdı- ARAŞDIRMA
Hüquqşünas Səməd Rəhimli

Mənbə: Google

“Problem orda yaranır ki, hüquqi şəxsin təsisçisi olan şəxs (vəzifəli şəxsin yaxın qohumu) belə bir biznes fəaliyyəti üçün sərmayəni haradan, yaxud hansı vasitələrlə əldə etdiyini açıqlasın. Əgər belə sərmayə həmin şəxsin vəzifəli şəxs olan yaxın qohumunun fəaliyyətindən irəli gəlirsə, bu halda korrupsiya mövcud olur və bu hal “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanununa ziddir”.

“Abşeron Rayon İcra Hakimiyyəti, bəs nəqliyyat məsələsi nə vaxt düzələcək? Hər gün taksi ilə gedib-gəlirik. Pik saatlarda şəhərə gedən iki avtobusun heç birinə minmək olmur, 135, 119 onlar da ancaq Şamaxinka, Memar Əcəmiyə gedir. Bəs nə zaman birbaşa mərkəzə – “28 May”a, İçərişəhərə, Gəncliyə avtobuslar olacaq ? Axı deyirlər, əvvəl var imiş, ta Bayıla qədər” – bunu da yenə sosial şəbəkədə rayon sakini Əzizə Məmmədova soruşur.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}