Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

NƏ ÜÇÜN «PETRİOT»-lar SƏUDİYYƏNİ HÜCUMDAN QORUMAYIB? –Səudlarla ABŞ-ın sui-qəsdi?

 


seudiyye

Məlumdur ki, Səudiyyə Ərəbistanının hava-hücumundan müdafiə (HHM) sistemi Amerika Birləşmiş Ştatlarının (ABŞ) aşkarlama vasitələrinə və «Petriot» raket kompleksinə əsaslanır. Səudiyyə neftyayırma zavodlarına endirilən son zərbələrin qarşısında tam effektsizlik nümayiş etdirən bu sistem indi ABŞ-ı çıxılmaz vəziyyətə salıb.

Yenixeber.org: Xəbər verildiyi kimi, hücumdan dərhal sonra Yəməndəki husi üsyançıları məsuliyyəti öz üzərinə götürdü. Səudiyyə tərəfi də bu hücumda məhz husiləri günahlandırdı. Amma ABŞ tərəfi gözlənildiyi kimi, İranı günahlandırdı – guya İran «dron»ları İraq ərazisindən uçaraq, gəlib səudiyyəni bombalayıb.

ABŞ-ın «uydurmaları» bununla da bitmədi – sonradan elan edildi ki, Səudiyyənin neftayırma zavodları «dron»larla yox, məhz İran raketləri ilə vurulub. Üstəlik, qəribə olsa da hücumdan az sonra ABŞ tərəfi raketlərin uçuşunun kosmosdan çəkilmiş şəkillərini də təqdim etdi. Həm də bu zaman heç fərqinə varılmadı ki, əgər ABŞ-ın kosmik vasitələri İran raketlərinin uçuşunu izləyə bilibsə, o zaman nə üçün onarın heç Səudiyyə ərazisinə çatmamış havadaca zərərsizləşdirilməsi barədə düşünən olmayıb?

Raketa_Petriot_051112

Səudların və digər müttəfiqlərin qarşısında özünü təmizə çıxarmaq cəhdləri göstərən ABŞ Dövlət Departamentinin (DD) başçısı Mayk Pompeo da ağılabatan bir versiya səsləndirə bilməyib və ərz eləyib ki, ABŞ-ın hava-hücumundan müdafiə sistemləri dünyanın müxtəlif bölgələrində «ziddiyyətli nəticələr göstərir və hətta onların ən yaxşıları da həmişə hədəfi «tuta» bilmir və s.

Dövlət katibi inandırmağa çalışıb ki, amerikalılar bu «uğunsuzluq»un üzərində işləyirlər ki, bir də belə hücumlar baş tutmasın. Uşaq nağılıdır, deyilmi?

«Petriot»ları təkmilləşdirmək üçün mütləq Səudiyyənin zavodlarının vurulmasını gözləmək lazım imiş?!

Amerikalı məmur əlavə edib ki, ABŞ ilk dəfədir ki, belə miqyaslı hücumla qarşılaşır və «Saudi Aramko» zavodlarına hücumu «müharibə aktı» hesab edir. Bu da «niyyətin hara, mənzilin də ora» anlamına gəlir.

Pompeonun söylədiyi «uşaq nağılı» bir sıra ekspertləri başqa nəticəyə gəlməyə məcbur etdi. Onlar istisna etmirlər ki, Səudiyyənin neft sektoruna edilən bu hücum səudlarla amerikalıların özlərinin sui-qəsdi nəticəsində həyata keçirilib və minimum, iki məqsədə xidmət göstərib: Neftin qiymətini sabit saxlamaq və bu hücumda İranı günahlanırmaq!(azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam