Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

ƏN AZ İŞLƏYƏNİ 10 GÜN, ƏN ÇOX İŞLƏYƏNİ 2 İl 7 AY…-Tramp prezidentliyi dövründə 20-dən çox məmuru istefaya göndərib - ARAŞDIRMA

 

Bu gedişlə Donald Tramp Amerika tarixində məmurları tez-tez dəyişən prezident kimi də yadda qalacaq. Səlahiyyətlərini icra etməyə başlayandan bu yana ABŞ prezidenti onlarla kadrla vidalaşıb. 

Yenixeber.org: Onların arasında peşəkar adlandırdığı, öyərək vəzifə verdiyi insanlar da olub. Son belə səs-küylü qərar milli təhlükəsizlik üzrə müşavir Con Boltonla bağlı verildi. Və güman ki, bu, son belə qarar olmayacaq. Görək, bu müddətdə Tramp Bolton da daxil olmaqla hansı məmurlarla yollarını ayırıb…

 

Con Bolton

 

Bolton milli təhlükəsizlik üzrə müşavir kimi vacib bir postda cəmi 17 ay qala bildi.

Sentyabrın 10-da Tramp onu vəzifədən azad etdi. Bolton isə deyir ki, istefa qərarını verən Tramp yox, özü olub. İkili arasında xarici siyasət məsələlərinə dair fikir ayrılıqları vardı. Bolton Şimali Koreya, İran və Venesuela ilə bağlı daha sərt siyasətin tərəfdarı idi. Həmçinin əfqan taliblərlə təmaslara qarşı çıxırdı.

 

Deniel Kouts

 

ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Deniel Kouts təxminən iki ay əvvəl istefa verdi.

Kouts xarici siyasətdə təhlükəsizlik məsələlərinə cavabdeh yeganə kadr idi ki Tramp prezident postunu tutandan bəri komandada yer alırdı. Lakin onun da vaxtı çatdı. Kouts çəkinmədən Trampın mövqeyindən kəskin şəkildə fərqlənən fikirlər səsləndirirdi. Xüsusən də ABŞ-Rusiya, ABŞ-Şimali Koreya, ABŞ-İran əlaqələrinə dair.

 

Aleksandr Akosta

 

Əmək naziri Aleksandr Akosta iyulun 12-də istefa verdi.

Səbəbsə Akostanın on il əvvəl – hələ Floridanın baş prokuroru olarkən iş adamı və milyarder Cefri Epşteynlə sövdələşməsi idi. Epşteyn uşaq alverində və seksual təcavüzdə ittiham edilirdi.

 

Patrik Şanaxan

 

Bu il yanvarın 1-də Patrik Şanaxana müdafiə nazirinin səlahiyyətlərini icra etmək həvalə olundu. Lakin o, bu postda cəmi yarım il qala bildi.

“O, öz vaxtını daha çox ailəsinə həsr etmək istəyir”, – deyə Tramp Şanaxanın istefasını belə izah etdi. ABŞ mətbuatının yazdığına görə, “Boeing” konserninin keçmiş meneceri olan Şanaxanın adı ailə dramına (keçmiş arvadanı görə) qarışmışdı.

 

Sara Sanders

 

İyunun 13-də Tramp öz mətbuat katibi Sara Sandersin Ağ Evdən getdiyini elan etdi.

Saranı möhtəşəm adlandıran Tramp onun öz vətəni Arkanzas ştatına qayıdacağını bildirdi. Sandersin jurnalistlərlə münasibəti gərgin idi. Media nümayəndələrinin sözlərinə görə, Ağ Evdəki brifinqlər zamanı xanım Sanders onlara bir neçə dəfə yalan danışıb. Jurnalistlər həm də Ağ Evdəki gündəlik brifinqlərin ləğv olunmasından narazı idilər.

 

Kevin Hasset

 

Trampın iqtisadi məsələlər üzrə müşaviri Kevin Hasset bu il iyunun 3-də – ABŞ-la Çin arasında ticarət savaşının, həmçinin Birləşmiş Ştatlarla Meksika arasında böhranın ən qızğın vaxtında istefa verdi.

Tramp “Twitter”dən Hassetə minnətdarlıq etsə də, onun getmə səbəbini açıqlamadı. Hasset özü “Washington Post”a müsahibəsində bildirdi ki, onun istefası bu məsələlərlə bağlı deyil.

 

Rendolf Alles

 

Aprelin 8-də bəlli oldu ki, Tramp Məxfi Xidmətin rəhbəri Rendolf Allesi istefaya göndərib, yerinə də Ceyms Mürreri təyin edib.

Məxfi Xidmət ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin nəzdindədir və ölkənin birinci şəxslərinin, eləcə də prezidentin mühafizəsinə məsuldur. Həmçinin maliyyə maxinasiyalarını, insanların şəxsi pullarının oğurlanmasını araşdırmaqla, pulların saxtalaşdırılmasının qarşısını almaqla məşğuldur.

 

Kirsten Nilsen

 

Daxili təhlükəsizlik naziri Kirsten Nilsenin istefası haqda Tramp aprelin 7-də “Twitter” hesabından məlumat verdi.

Bu nazirlik miqrasiya siyasətində vacib rola malikdir. Son vaxtlar Tramp bir neçə dəfə Nilsenin fəaliyyətindən narazılığını dilə gətirmişdi. Qurumun yeni rəhbəri Sərhəd Xidmətinin gömrük işləri üzrə keçmiş rəhbəri Kevin Makalinan olacaq.

 

Ceyms Mettis

 

Pentaqon “şefi” Ceyms Mettis ötən ilin 20 dekabrında – ABŞ prezidenti qoşunları Suriyadan çıxardıqlarını bəyan edəndən sonra istefa verdi.

“Fikirləri sizinki ilə üst-üstə düşən nazirlərlə işləmək haqqınız var”, – deyə Mettisin Trampa yazdığı məktubda deyilirdi. Elə həmin gün Tramp “Twitter”də yazdı ki, Mettis fevralın sonlarında postunu tərk edəcək.

 

Mira Rikardel

 

Noyabrın 14-də Donald Tramp milli təhlükəsizlik üzrə müşavirinin müavini Mira Rikardeli vəzifədən kənarlaşdırdı.

Bu, birinci ledinin ictimai şəkildə Rikardelin istefasını tələb etməsindən bir gün sonra baş verdi. ABŞ KİV-lərinin yazdığına görə, Melaniya Trampla Mira Rikardel arasında münaqişə yaranıb. Rikardelin prezident administrasiyasındakı bəzi məmurlarla da konflikti vardı. Lakin onun getməsində əsas rolu Melaniyanın açıqlaması oynadı.

 

Ceff Seşns

 

ABŞ-ın Baş prokuroru, həmçinin ədliyyə nazirinin funksiyalarını icra edən Ceff Seşns noyabrın 7-də istefa verdi.

Seşns bəyan etdi ki, o, prezident Trampın istəyi ilə istefa verib. Seşns bir ildən artıq idi ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinə dair araşdırmaya görə Trampın hücumlarına məruz qalırdı.

 

Devid Şulkin

 

Donald Tramp bəyan etdi ki, Veteranlarla iş üzrə nazirlikdə Şulkini Ağ Evin baş həkimi Ronni Cekson əvəz edəcək.

Cekson ilin əvvəlində tibbi qiymətləndirmə edərək bildirmişdi ki, 71 yaşlı Tramp sağlamdır və prezident səlahiyyətlərini yerinə yetirmək iqtidarındadır. Şulkin həyat yoldaşı ilə birgə dövlət büdcəsi hesabına səyahətə çıxdığı üçün maliyyə maxinasiyalarında ittiham olunurdu.

 

Gerbert Reymond Makmaster

 

Tramp martın 22-də milli təhlükəsizlik üzrə müşaviri Gerbert Makmasteri istefaya göndərdi.

Makmaster bu postu 2017-ci ilin fevralından tuturdu. Və bu vəzifədə Maykl Flini əvəzləmişdi.

 

Reks Tillerson

 

Tillersonun istefaya göndərilcəyinə və onu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonun əvəzləyəcəyinə dair söhbətlər hələ 2017-ci ilin noyabrından dolaşmağa başlamışdı.

2018-ci ilin martında Tramp Tillersonu istefaya göndərdi. Səbəb kimi də siyasi baxışları arasındakı ziddiyyətləri göstərdi. Dövlət katibi İranın nüvə proqramı, Şimali Koreya ilə münaqişə və s. məsələlərlə bağlı prezidentin xarici siyasət kursunu tənqid etmişdi.

Entoni Skaramuççi

 

Entoni Skaramuççi Ağ Evin kommunikasiya üzrə direktoru postunda cəmi 10 gün qaldı.

Nyu-Yorkdan olan 53 yaşlı sərmayəçi bu vəzifə üçün özünün fondunu satmışdı. Elə ki Ağ Ev aparatı rəhbərliyinə Con Kelli gəldi, Skaramuççidən dərhal getməsi istənildi. Skaramuççinin prezidentin bəzi işçiləri haqda fikirləri Trampın xoşuna gəlməmişdi.

 

Rayns Pribus

 

Rayns Pribus Ağ Ev əməkdaşları aparatının rəhbəri vəzifəsində 6 ay fəaliyyət göstərdi.

Onun istefasına Skaramuççi ilə arasındakı ictimai mübahisə səbəb oldu. Deyilənlərə görə, Pribus Skaramuççinin təyinatına ən çox qarşı çıxanlardan olub.

 

Uolter Şaub

 

Uolter Şaub özü istefa verdi.

ABŞ-ın federal etika idarəsinin keçmiş rəhbəri bu qərarı iyul ayında – Ağ Evdə ABŞ prezidentinin maliyyə aktivləri ilə bağlı çaşqın vəziyyəti şərh edə bilmədikdən sonra qəbul etmişdi.

 

Şon Spayser

 

Həm mətbuat, həm də prezident Trampla gərgin münasibətlərdə olan Ağ Evin mətbuat katibi Şon Spayser Skaramuççinin təyinatına etiraz olaraq istefa vermişdi.

O Trampa bildirmişdi ki, Skaramuççinin Ağ Evin kommunikasiya üzrə direktoru olmasına qətiyyən razı deyil.

 

Maykl Dabki

 

Administrasiyanın kommunikasiya üzrə keçmiş direktoru Maykl Dabki may ayında istefaya göndərildi.

Tramp Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsinə dair mövzunun işıqlandırılma formasından narazı qalmışdı.

Ceyms Komi

 

Trampın ən çox səs gətirən qərarlarından biri Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifədən uzaqlaşdırması idi.

Rəsmi əsaslandırma belə idi ki, Komi Hillari Klintonun elektron yazışmalarının sızması ilə bağlı aparılan istintaqın öhdəsindən gələ bilmədi. Lakin sonradan Tramp özü də etiraf etdi ki, bu qərarın verilməsində Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinə dair yaranmış qalmaqal da rol oynayıb.

 

Maykl Flin

 

İstefada olan general Maykl Flin Tramp administrasiyasını ilk tərk edənlərdən oldu.

Milli təhlükəsizlik üzrə müşavir olan Flinn fevralda istefa vermək məcburiyyətində qaldı. Səbəbsə onun ABŞ-ın Rusiyaya sanksiyaları məsələsini Rusiya səfiri Kislyakla müzakirə etməsi, lakin bu faktı vitse-prezident Mayk Pensdən gizlətməsi idi.

 

Selli Yeyts

 

Selli Yeyts ədliyyə nazirinin səlahiyyətlərini icra edirdi və bu postu Obamanın dövründən tuturdu.

Yeyts bəyan etmişdi ki, Ədliyyə Nazirliyinin əməkdaşları Trampın miqrasiya fərmanını məhkəmələrdə müdafiə etməyəcəklər. Bu bəyanatdan dərhal sonra Tramp Yeytsi istefaya göndərdi.

 

Prit Bharara

 

Tramp Prit Bhararanı – Nyu-Yorkun keçmiş federal prokurorunu vəzifədə saxlayacağını bəyan etsə də, artıq may ayında onu istefaya göndərdi.

Prokurorun nəzarətində iri dələduzlar və fırıldaqçıların işləri var idi. Ən böyük işlərdən biri də Rusiyada çirkli pulların yuyulmasına dair araşdırma idi. Bharara vəzifəsindən azad edildikdən sonra bu işə xitam verildi.

 

Heri Kon

 

Donald Trampın iqtisadi məsələlər üzrə baş müşaviri Heri Kon 2018-ci ilin 6 martında istefa verdi.

Ehtimal olunur ki, istefa Trampın qərarı ilə bağlı olub. Belə ki, Tramp Konun tövsiyələrinə zidd olaraq alüminium və polad idxalına rüsumlar tətbiq etdi. Kon isə bu tədbirin ABŞ iqtisadiyyatına mənfi təsir göstərəcəyini söyləyərək Trampın təşəbbüsünü tənqid etmişdi.

 

Xoup Hiks

 

Ağ Evin kommunikasiyalar üzrə direktoru Xoup Hiks 2018-ci ilin 28 fevralında istefa vermişdi.

İstefanın səbəbi açıqlanmasa da, belə söhbətlər gəzirdi ki, Hiks Trampın seçki qərargahının Rusiya rəsmiləri ilə əlaqələrinə dair sualları cavablandırmaq istəmirmiş. Hiksin gedişi ilə Tramp ən yaxın və ən sadiq köməkçilərindən birini itirmiş oldu. Yeri gəlmişkən, “Vanity Fair” jurnalı Hiksi “Trampın övladlığa götürülmüş qızı” adlandırmışdı…(strateq)

Tərcümə etdi: G.Hüseynova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam