Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem

         

                      Xaçmazın Yaquboba kəndində Şahlar Qurbanovsayağ "həkimlik"

Yenixeber.org: Türkəçarə ilə müalicə həmişə olub, var və belə görünür ki, bundan sonra da olacaq. Bu müalicə üsuluna ictimai rəy isə dünən də birmənalı olmayıb, bu gün də birmənali deyil. Media da bu məsələni vaxtaşırı qabardıb, mütəxəssislər də rəylərini sərgiləyib...

Xüsusi ilə regionlarda türkəçarə ilə müalicə üsulu geniş yayılıb. Mütəxəssislər bu tendensiyanın da səbəbsiz olmadığını bildirirlər. Səbəblər sırasında regionlarda səhiyyə xidmətinin təşkilindəki problemlə yanaşı, əhalinin nisbətən savadsız və maddi imkansızlığı da sadalanır.

 

                                   Özfəaliyyətin etirafı və təhdid

Təəssüf ki, mövzu hələ də aktuallığını qorumaqdadır... Bu istiqamətdə yenixeber.org-a daxil olan yeni məlumatlarda Xaçmaz rayonunun Yaquboba kəndində Şahlar Qurbanovun “həkimlik” fəaliyyətindən bəhs olunur. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Şahlar Qurbanov özünü müxtəlif sümük-oynaq xəstəliklərinin müalicəsində ustad kimi tanıda bilib. Onun fəaliyyət dairəsi sınıq-çıxıq travmaları, eləcədə onurğanın müxtəlif xəstəliklərini əhartə edir. İllərdir bu istiqamətdə fəaliyyətdə bulunan Şahlar Qurbanovun hətta həyətyanı ərazisində “Ambulator məntəqə” açdığı da bildirilirdi. Bu “Ambulator məntəqə”də gündəlik qəbul olunan xəstələrin sayı və xidməthaqqı ilə bağlı isə müxtəlif rəqəmlər səslənir...

“Doktor” Şahlar Qurbanovun özfəaliyyətində iki faktor narahatlıq doğurmaqla araşdırma tələb edir: Birincisi bu yolla hansısa xəstəliyi sağaltmaq mümkündür, yoxsa əksinə... “Qaş düzəldilən yerdə göz çıxarıla bilər”. İkincisi isə Şahlar Qurbanovun fəaliyyəti ilə bağlı müvafiq hüquqi razılığın (Lisenziya və s.) varlığı-yoxluğu məsələsidir. (Bu haqda aşağıda mütəxəssislərin də rəyləri var. Red.)

 

Hələlik ötəri toxunduğumuz bu və digər məlumatlarla bağlı hörmətli Şahlar Qurbanovu da dinləmək istədik. Və dinlədik də... Bizimlə söhbətinə “həkim” Qurbanov cibindən çıxardığı kiçik daş parçası ilə başladı. Dediyinə görə illər əvvəl bu daş göydən onun üçün düşmüş və bundan sonra o ata-babasından ötürülən bu istedadı ilə fəaliyyətə başlayıb(?) İllərdir ki, bu işlə məşğul olduğunu və yetərincə müştərisi olduğunu da bildirdi. Dediyinə görə vergilən nazirinin bir müavinindən tutmuş müxtəlif vəzifə sahibləri də onun “pasiyenti” olub. Onu da əlavə etdi ki, hələlik ondan narazı olan olmayıb. Söhbətimiz zamanı o da məlum oldu ki, bütün günü “Ambulator məntəqə”də olan bu şəxs həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır(?) Olsun,... özfəaliyyətindən həvəslə danışan həmsöhbətimizi bizim bəzi suallarımız yumşaq desək qane etmədi. Xüsusi ilə də “həkimlik” fəaliyyəti ilə bağlı gərəkən müayinələrin aparılmamasını, müvafiq instansiyalardan razılığın olmamasını özü də etiraf etdi: “Heç bir lisenziyam-filan yoxdur, nə vergidə, nə də Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatım yoxdur”. Ümumiləşdirsək belə...

Bundan sonra da onun haqqında, bu özfəaliyyətindən yazmamağımızı israr etdi. Biz məlum vəzifə borcumuzu dəfələrlə xatırlatsaq da, “həkim” israrında davam etdi. Hətta bizim üçün müxtəlif dövlət təşkilatlarında dost-tanışlarının varlığını da “xatırlatdı”. Hələlik adını yazmağı uyğun bilmədiyimiz nüfuzlu bir xanımın adından təhdid etməkdən də çəkinmədi. (Təhdid demişkən bu istedad sahibi iki  dəfə müxtəlif telefon nömrələrindən baş redaktorumuzu, təhqir və təhdid etdirməkdən də çəkinmədi.Red.)

                                          Mütəxəssislər belə deyir...        

Bəzən özünü həkim adlandıran şəxslər insanların etibarından sui-istifadə edərək nəinki onları hansısa travmadan qurtarır əksinə, yeni travmalarla başbaşa buraxırlar.

 

Mövzu ilə bağlı Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun professoru Qələndər Canbaxışov yenixeber.org-a türkəçarə ilə müalicənin təhlükəli olduğunu bildirdi: “ Manual terapiya tibbdə tətbiq olunur. Amma ilk növbədə xəstə dəqiq müayinədən keçməlidir.Tibbin başlıca prinsipi xəstəliyin müalicəsi üçün vacib olan ilkin müayinə və analizlərdir. Əgər böyük yırıtqlar varsa cərrahi əməlliyat aparılır, disk çıxarılır. Kiçik yırtıqlarda konservativ medikamentoz müalicə aparıla bilər. Yəni dərmanlarla. Təkrar edirəm dəqiq müayindədən sonra, əks halda ciddi fəsadlar yarana bilər. Bu çox qorxuludur,  təhlükəli ola bilər.

Təcrübədə elə hallar da olur ki, bəzən türkəçarə ilə guya müalicə olunur, sonra isə əksinə yeni travmalar meydana çıxır”.

 

Hüquqşünas Ellada Bayramovanın bir müddət əvvəl mediaya açıqlamasına görə, belə şəxslər həkim deyil və onlar həkimlik adından istifadə edərsə, yaxud, xəstənin səhhətini daha da pisləşdirərsə, cinayət məsuliyyəti daşıyırlar: “Elə həkimlər var ki, onlar universitet bitirib, həkimlik diplomu da var və bitkilərlə müalicə etməyi bacarır, bu öz yerində. Amma belə həkimlər xəstəxanada həkim kimi işləyə bilməz. Bitkilərin tərkibini bilmək türkəçarə müalicəsi aparmaq üçün əsas vermir. Həmin adamın tibbi bazası mütləq olmalıdır. Sırf türkəçarə müalicəsi aparılması ilə bağlı qanunda hər hansı qadağa yoxdur. Əgər belə şəxslər özünü həkim adlandırmadan müalicə edirsə və pasientlər ondan şikayət etmirsə, bu halda o, qanunu pozmuş sayılmır. Lakin belə şəxslərin xəstəyə tövsiyə etdiyi bitkilər onun sağlamlığına zərər vurarsa, bu halda özünü həkim adlandıran şəxs sağlamlığa qəsdən zərər vurma maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Düşünürəm ki, bu məsələ müvafiq qurumlar tərəfindən diqqətə götürülməli, və belə şəxslərin fəaliyyəti qanunla tənzimlənməlidir”.

Yenixeber.org-un Araşdırma Qrupu

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?