Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şirzad Abdullayev xaricdə şirkət açıb-TƏFƏRRÜAT

 

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev himayə etdiyi şirkətlər vasitəsi ilə ölkədən böyük həcmdə sərmayə çıxarmaqdadır.

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatlara görə, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövdə Şirzad Abdullayev büdcə vəsaitləri hesabına özünə yaxın olan şəxslərin şirkətlərinə böyük məbləğdə güzəştli kreditlər verib. Araşdırmalar zamanı məlum olub ki, bu kreditlər heç də təyinatı üzrə xərclənməyib. Məhz Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyinin merkantil maraqları səbəbindən büdcə vəsaitləri hesabına ayrılan güzəştli kreditlərin ölkə iqtisadiyyatına ciddi bir qatqısı müşahidə edilmir.

Şirzad Abdullayevin sayəsində Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan şirkətlər arasında “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lər də var. Meyvə istehsalı və satışı sahəsində ixtisaslaşmış bu şirkətlərə Dəmirovlar qardaşları – İsaməddin, Dəmir və Əmir – rəhbərlik edir. Şirzad Abdullayevin himayə etdiyi Dəmirov qardaşları şirkətləri vasitəsi ilə Sahibkarlığa Kömək Milli Fondundan on milyonlarla manat kredit götürüb. Kreditlər hesabına ölkə daxilində müəyyən işlər görən Dəmirovlar son illər biznesini xaricə çıxarmağa başlayıb. Belə ki, büdcə vəsaitləri hesabına Dubayda “Al Faydah Foodstuf Trading” LLC şirkətini quran Dəmirovlar son illər ölkə daxilindəki borc öhdəliklərindən məharətlə yayınmağa çalışır. Müşahidələr göstərir ki, İsaməddin Dəmirov Azərbaycanla birdəfəlik üzlüşmək istəyir.

Redaksiyamıza daxil olan məlumatlara görə, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lər heç də şəffaf fəaliyyət göstərmirlər. Vergi və başqa məcburi ödəmələrdən də məharətlə yayınırlar…

Səslənən ittihamlarla bağlı “D.Fruit” MMC ilə əlaqə saxlasaq da heç bir münasibət bildirilmədi.

Dəmirovlar qardaşlarının rəhbərlik etdiyi şirkərlərlə bağlı araşdırmalarımız davam edir.(aztoday)

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam