Redaktor seçimi
Sumqayıt bulvarında yarım hektar ərazi kimə satılıb?-
“Azərenerji”-nin prezidenti ilə bağlı daha bir ilginc olay:
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Günün xəbəri

Vüsal Kərimli milyonların hesabatını niyə vermir? -İTTİHAM

 

 
   
 

bitmap-img6

 

 

 
Bakı Nəqliyyat Agentliyi tərəfindən (BNA) ölkəyə 300 ədəd sərnişin avtomobilinin gətirilməsi məsələsi qalmaqala səbəb olub. 
Yenixeber.org: Qeyd edək ki, bu məsələ hələ ötən ilin avqust ayından gündəmdədir və hələ o vaxt sözügedən avtobusların qısa zamanda ölkəyə gətiriləcəyi deyilirdi. Amma artıq sərəncamın imzalanmasından 1 ildən artıq vaxt keçib. Xatırladaq ki, ölkə başçısı İlham Əliyev ötən il avqustun 8-də sərəncam imzalayaraq Bakı Nəqliyyat Agentliyinə (BNA) 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə 47 milyon 924 min manat ayırıb. 
Yuxarıda qeyd olunanlar məsələnin rəsmi hissəsidir. Artıq BNA 300 avtobusun sifarişini verib, amma onların ölkəyə gətirilib-gətirilmədiyi, yaxud nə zaman gətiriləcəyi bəlli deyil, rəsmi olaraq da zaman açıqlanmır. Qeyd edək ki, yeni avtobuslar  ölkəyə Türkiyədən gətiriləcək. Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən avtobusların 280-i 12, 20-si isə 18 metrlikdir. 
BNA ilə “BMC Otomativ Sanaye ve Ticaret A.S.” arasında 2018-ci il oktyabr ayının 23-də, yəni Prezidentin sərəncamından 76 gün sonra müqavilə bağlanıb. 
Müqaviləyə, əsasən, Bakı üçün istehsal edilən avtobuslar “BMC Procity (12 M) CNG” və “BMC Procity (18 M) CNG” modelləridir. Bu avtobuslar sıxılmış qazla işləyir. 12 metrlik avtobus 90 sərnişin (30 oturacaq + 60 ayaq üstə), 18 metrlik avtobus isə 165 sərnişin (38 oturacaq + 138 ayaq üstə) tutumuna malikdir.
Müqavilə şərtləri ilə real qiymətlər arasında diqqətçəkən məqamlar var. Məsələn, BNA və "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 300 ədəd avtobusun satın alınması haqqında bağladığı müqavilənin dəyəri 141 milyon 801,18 min manatdır. Amma sözügedən 12 metrlik280 ədəd avtobus BNA-ya 145 milyon 422 min 200 manata başa gələcək. Yerdə qalan 18 metrlik 20 ədəd avtobusun dəyərini də nəzərə alsaq, bu müqavilədə göstərilən rəqəmdən artıq olur. Qeyd edək ki, "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkətinin rəsmi saytında 12 metrlik avtobusun 1 ədədinin qiyməti 381 min 880 manatdır. Həmin avtobusun ölkəyə gəlməsi üçün isə 36 faizlik əlavə dəyər vergisi ödənilməlidir ki, bu da 137 min 476 manat edir. Yəni BNA-nın alacağı avtobusun 1 ədədi ökəyə 519 min 356 manata başa gələcək.
Rəqəmlər arasında olan fərqi açıq şəkildə görmək mümkündür. Digər diqqəti çəkən məqam isə ölkə başçısının sərəncamında yer alan rəqəmdir. Belə ki, ölkə başçısı 300 sərnişin avtobusunun alınması üçün 47 milyon 924 min manat vəsait ayırıb, BNA isə "BMC Otomativ Sanaye ve Ticaret A.S" şirkəti ilə 141 milyon 801,18 min manat dəyərində müqavilə imzalayıb. Belə çıxır ki, qalan vəsait ya BNA-nın öz imkanları hesabına ödəniləcək, ya da hökumət yenidən hansısa mənbədən vəsait tapmalıdır. Müqavilə dəyəri və avtobusların qiymətində yaranan fərq narahatedici məqamdır. Dövlət yenə də üzərinə borc götürməyə məcbur qalacaq. Çünki avtobusların qiyməti ilə  müqavilədəki rəqəmlər arasında fərq mövcuddur.  Məntiq budur ki, “BAKU BUS” təcrübəsindən istifadə olunacaq. 
Qeyd edək ki, rəqəmlər arasında böyük fərqin olması məsələsi “BAKU BUS” MMC-nin 302 ədəd sərnişin avtobusunda da özünü göstərmişdi. Belə ki, Fransadan gətirilən bu avtobusların alınması üçün Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb. Bu vəsait Nazirlər Kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və “BAKU BUS” MMC tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə ayrılıb. Qeyd edək ki, 2014-cü ildə 1 dollar 0.78 manat təşkil edirdi və bu, o deməkdir ki, “BAKU BUS” MMC-yə 38 milyon 461 min 538,5 dollar vəsait verilib. “BAKU BUS” avtobuslarının 1 ədədinin qiyməti isə o zaman üçün 330 min dollar civarında qiymətləndirilirdi. Nəzərə alsaq ki, ölkəyə 302 avtobus gətirilib, bu isə o deməkdir ki, ümumilikdə bu avtobuslara 99 milyon 660 min dollar pul ödənilib. Göründüyü kimi, ayrılan pulla xərclənən pul arasında 3 dəfəyə qədər fərq var. Bu fərqin özü də dövlət tərəfindən ödənilir. Çünki “BAKU BUS” 2017-ci il hesabatında şirkətin zərərinin (Hesabat şirkətin öz saytında dərc olunub-müəl.) 151,5 milyon manatı keçdiyi göstərib.
Hesabata görə şirkətin səhm kapitalı 18 milyon 49 min 357 manatdır. Dövlət sərmayəsi isə 181 milyon 697 min 106 manat təşkil edir. Yığılmış kəsir isə 151 milyon 569 min  938 manat təşkil edib. Belə ki, avtobusların alınmasından ötrü hökumət Fransa bankından 2014-2015-ci illərdə üç kredit xətti üzrə təxminən 130 milyon avro kredit götürüb. 2017-ci ilin yanvar ayının 1-nə banka 138,2 milyon manat borc var və o, 2021-ci ilin noyabr ayınadək tam ödənilməlidir.
302 ədəd “BAKU BUS” avtobusuna görə hökumət hələ də borc ödədiyi halda, yenidən 300 bahalı avtobus gətirməklə borc yükünü artırmaq nəyə lazımdır?
Ekspertlərin fikrincə, bu bahalı avtobusları daha səmərəli nəqliyyat vasitələri ilə əvəzləmək daha doğru seçim olardı.
Məsələnin digər maraqlı tərəfi isə odur ki, avtobusların nə qədəri gətirilib, qalanı nə vaxt gətiriləcək? Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli 2017-ci ilin 18 dekabrında müsahibə verərək bir sıra məsələlərə, o cümlədən ölkəyə gətiriləcək 300 sərnişin avtobusla bağlı məsələyə də münasibət bildirib. “Gələn il ölkəyə 300-350 müasir avtobus gətiriləcəyi nəzərdə tutulub. Yeni avtobusların hansı daşıyıcıya veriləcəyi hələlik məlum deyil”- deyə, Vüsal Kərimli 2017-ci ildə deyib. 2018-ci ildə BNA rəhbərinin dediyi avtobuslar gəlmədi,  nə vaxt gələcəyi isə hələ də məlum deyil. Üstündən xeyli müddət keçsə də, BNA bu məsələyə aydınlıq gətirmir və məsələ məhz bu səbəbdən müəmmalıdır. 
Bakı və ətraf qəsəbələrin nəqliyyat sistemində isə problemlər olduğu kimi qalmaqdadır. Problemlər ciddi narazılıq yaradır və sərnişinlər Bakı Nəqliyyat Agentliyinin 300 avtobusu 1 ildən çox keçməsinə baxmayaraq ölkəyə gətirilməsini, xətlərə buraxılmasını gözləyirlər.(cebhe.info) 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?