Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Başsağlığının ümüdünə qalan mətbuat və rəsmən etiraf

 Yenixeber.org: Deputat Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanuna dəyişikliklə bağlı çıxışı ilə gündəmi dəyişdi. Həm də əməllicə... Söhbət deputatın rəsmi qəzetlərdə başsağlığına son qoyulması təklifindən gedir.

Sitat: “Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur. İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını haradan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver! Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əmək haqqını başsağlığı ilə verirsənsə, onda vay o jurnalistin halına!”.

Beş-altı cümləlik bu sitatda hər biri bir yazıya mövzu ola biləcək detallar var. Hakim partiyanın rəsmi şəxsi rəsmən iddia edir ki, rəsmən Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti xərcsiz çap olunur və Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur”. Hörmətli Siyavuş müəllimin “əlavə gəlirlər də olur” deyəndə nəyə eyham vurması da müzakirə predmeti ola bilər. Amma, bu yazıda məqsəd cənab Novruzovun çıxışında yer alan iddiaları çözmək deyil.

                           Mətbu problemin rəsmi etirafı

 “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov həmkarının iddialarına cavabında həm də çağdaş medianın problemlərini qabardıb...Ya bilərəkdən, ya da bilməyərəkdən:      

"Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb... Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”.

Başsağlığından əldə olunan vəsaitlə jurnalistlərə əməkhaqqı verilməsi ilə işimiz yox... Rəsmi qəzetin baş redaktoru rəsmən mediada reklam bazarının yoxluğunu etiraf edir. Nədənsə bu günə qədər dəfələrlə müstəqil qəzetləri “topa-tüfəngə tutan” rəsmi baş redaktorun yadına indi düşür ki, media reklam deyilən problemlər burulğanında rəsmən boğulur. Müstəqil media orqanının formalaşmasında və inkişafında reklamın başlıca rolu məlum. Bu zatən bütün dünya mətbuatında belə olub, olur və şübhəsiz ki, olacaq da.

Rəsmi baş redaktor məlum etirafı ilə həm də diqqəti mediamızın reklam probleminə çəkmiş oldu. Təəssüf ki, bizim mediada bu problem dünən də olub, bü gün də var. Bu günə qədər onlarla qəzet məhz bu səbəbdən fəaliyyətinə son qoymalı olub. İndiyədək az sayda media mənsublarının bu problemə toxunması isə nəticəsiz olub...

Şübhəsiz ki, reklam verilmir, qazanılır. Normalda reklam hər bir media orqanının da (İstər çap mediası olsun, istərsə də elektron media.) haqqı deyil. Normalda... Bu üzdən ən azı ictimai rəyə təsir edə biləcək mətbu orqan bu iddiada buluna bilər. Artıq burada medianın digər problemləri yada düşür. (Reklam verən təşkilatlara müxtəlif təsirlərlə bağlı iddialar da öz yerində.)

Bu gün Bəxtiyar Sadıqovun baş redaktor olaraq yaşadığı narahatçılığın oxşarını son 10-15 ildə çoxları yaşayıb və bundan sonra da çoxlarının yaşamayacağı sığortalanmayıb. Bunun adına acı həqiqət də deyillər...

İlqar Salmanov (Yenixeber.org)      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam