Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Prezidentin sadə qardaşı –Aleksandr Qorbaçov qardaşının imkanlarından bəhrələnmək istəməyib

 

Yenixeber.org: “1947-ci ilin sentyabr ayının 7-si idi. Atam gecə yarısı məni yuxudan oyadıb o biri otağa keçməyimi xahiş etdi. Yuxulu olduğumdan heç səbəbini də soruşmadım. Yerimi dəyişib yenidən dərin yuxuya getdim. Səhər oyananda atam dedi ki, sənin qardaşın dünyaya gəlib. O vaxt mənim 16 yaşım var idi. Qardaşımın adını da mən qoydum. Bir neçə aydan sonra isə mən valideynlərimdən ayrı yaşamağa başladım. Qardaşım Aleksandr məndən fərqli olaraq qayğı ilə böyüdü. Yaşamaq onun üçün daha rahat və daha asan oldu...”

Bu xatirələr SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun kitabında yer alıb.

Qorbaçov doğma qardaşı ilə çox da isti və sıx münasibətdə olmadığını da qeyd edib:

“Aleksandr valideynlərin himayəsində sevgi və diqqət içində böyüyüb. Atam və anam ona qarşı daha həssas olublar. O, bu rahatlıq və sevgi içində yaşayanda mən artıq həyatda müstəqil addımlarımı atırdım, uğurlarımı özüm qazanırdım, çətinliklərdən, maneələrdən təkbaşına keçirdim. Elə bəlkə də ayrı yaşamağımızdan, mənim çətin həyat yolu keçməyimdən biz tez-tez görüşə bilmirdik və aramızda o qədər də isti münasibət yox idi. Aleksandr öz yolunu seçmişdi, siyasətlə məşğul olmaq onun üçün maraqsız idi və o, arzuladığı sahəyə getdi, hərbçi oldu. Mən onu öz arxamca, çətin və mübarizəli həyata apara bilmədim...”

Aleksandr Qorbaçov orta məktəbi bitirdikdən sonra sənədlərini Stavropol Aviasiya məktəbinə verib. Qəbul imtahanlarında fizika fənnindən nəticələri məqbul olmadığından məktəbə qəbul olmaq şansını itirib. O, qardaşına zəng vuraraq fizika imtahanından keçmədiyini bildirib. Həmin ərəfədə Mixail Qorbaçov Stavropol diyar Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

                                                          Sergey Qorbaçov

Aleksandrın qardaşına zəng vurmaqda məqsədi ondan kömək istəmək olmayıb. O, sadəcə Qorbaçova vəziyyəti agah edib. Ümumiyyətlə o, heç vaxt Qorbaçovdan nəsə xahiş etməyib.

Amma təhsil məsələsində Mixail Qorbaçov fərqli davranıb. O, qəbul məsələsinə özü müdaxilə etməyib. Aleksandrın qəbul məsələsini yoluna qoymaq üçün Aviasiya məktəbinə Stavropol diyar komsomol komitəsinin birinci katibi Kaznaçeyevi göndərib.

Beləliklə, Kaznaçeyev məktəbdə hər şeyi yoluna qoyub, Aleksandr Qorbaçov Stavropol Aviasiya məktəbinin kursantı olub.
Sonradan Aleksandr Qorbaçov Leninqrad Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

Aleksandr Qorbaçov bir müddət Moskva qarnizonunda aviasiya hərbi hissəsində zabit kimi xidmət edib. O, uzun illər kapitan rütbəsində gəzib. Daha sonra onun xidmət yeri SSRİ Müdafiə Nazirliyinə dəyişdirilib və o, nəhayət, burada mayor rütbəsi alıb.

Mixail Qorbaçov hakimiyyətə gələndə Aleksandr Qorbaçovun Müdafiə Nazirliyində vəzifəsi dəyişməyib. Sadəcə tutduğu vəzifəyə görə o, növbəti podpolkovnik və polkovnik rütbələrini alıb.

Heç bir vəzifəyə can atmayan Aleksandr Qorbaçov digər hərbçilər kimi xidmət illərini başa vurduqdan sonra polkovnik rütbəsində təqaüdə çıxıb.

Səhhətində ciddi problemlər olduğundan Aleksandr Qorbaçov bir-neçə il Moskvanın xəstəxanalarında müalicələr alıb. 2001-ci ildə isə, 54 yaşında Moskva Mərkəzi Kliniki xəstəxanasında vəfat edib.

Aleksandr Qorbaçov zəngin həyat tərzi sürməyib. Özündən sonra da iki qızına nə var-dövlət, nə bahalı avtomobillər, nə də bağ evləri qoymayıb. İstefada olan polkovnikdən ailəsinə yalnız üçotaqlı mənzil qalıb.

Əmisini ehtiramla xatırlayan İrina Qorbaçova (Mixail Qorbaçovun qızı) mətbuata verdiyi müsahibələrdə onunla bağlı fikirlərini belə bölüşüb:

“Əmim olduqca sadə bir insan idi. Onun üçün ən rahat həyat sadə həyat tərzi sürmək idi. Xidmət etdiyi illərdə heç vaxt şan-şöhrət dalınca qaçmazdı. O heç vaxt atamın adından, vəzifəsindən istifadə etmədi. Və bu ada, vəzifəyə görə ona ediləcək güzəştlərdən qəti imtina etdi. Onun vəfatı atama çox pis təsir etmişdi. Həmin ərəfədə atamın da səhhətində ciddi problemlər var idi. Biz onu həmişə böyük ehtiramla yaxşı bir insan kimi xatırlayacağıq...”

Elə müasirlərinin söylədiklərinə görə də, Aleksandr Qorbaçov böyük karyera qurmaq üçün böyük imkanlara malik olmasına baxmayaraq, heç vaxt bu şanslardan istifadə etməyib.

Aleksandr Qorbaçov Moskva şəhərində, Troekurovski qəbirstanlığında dəfn olunub.

P.S. Qeyd edək ki, Aleksandr Qorbaçov Mixail Qorbaşovun yeganə doğma qardaşı olub.(müsavat) 

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam