Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Patriot”-“S-400” rəqabəti: BU, TÜRKİYƏNİ NATO VƏ YA AVRASİYA SEÇİMİ ETMƏYƏ YÖNƏLDİR

Cek Detş

“Əl-Monitor”, 22.08.2019

 

Yenixeber.org:   Donald Tramp rəhbərliyi “Raytheon” istehsalı olan “Patriot” raket hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması üçün 3.5 milyard dollarlıq müqaviləni avtomatik olaraq ləğv edib. Bu addım Ankaranın NATO-ya uyğun sistemlərlə əlaqəli qalması üzərindən xətt çəkib.

“Biz “S-400” sisteminin təhvil veriləcəyi təqdirdə, Türkiyəyə davamlı olaraq “Patriot” təklifinin geri alınacağını söylədik və bu təklifimiz başa çatdı”. Bunu Pentaqon təmsilçisi deyib.

Patrik Şanahanın müdafiə naziri vəzifəsində işlədiyi müddətdə Pentaqon bunu Türkiyəyə dönə-dönə bildirirdi. Beləliklə, Ankaranın NATO ilə təxminən 70 illik ittifaqı “S-400” ilə şübhəyə alınırdı.

Türkiyənin Rusiya sisteminə sahib olmasından 5 gün sonra keçirdiyi mətbuat konfransında müdafiə naziri məsləhətçisinin müavini David Traçtenberq “Patriot” anlaşmanın bitəcəyinə eyham vurmuşdu (Traçtenberq bir neçə gün sonra vəzifəsindən istefa verdi). “Biz “Patriot”ları Türkiyəyə dəfələrlə təklif etdik. Bu onları maraqlandığı təqdirdə, bizə bildirəcəkdilər”.

Dövlət Departamenti “Patriot”ların satışını dekabr ayında təsdiqləyib, buna qədər Türkiyə 2 dəfə yeni sistemə keçid dövründə olub: əvvəlcə Çin sisteminə dair bir razılaşma imzalanıb, daha sonra 2017-ci ildə 2,5 milyard dollarlıq “S-400”-lər satın alınıb.

ABŞ rəsmiləri “S-400” radarlarının “F-35” qırıcı təyyarələrini passiv şəkildə izləyə biləcəyindən narahat olduqlarını bildiriblər. Bu, Tramp administrasiyasını Ankaranı “F-35” proqramından çıxartmağa sövq edib. Türkiyə hava gəmilərinin eniş qurğularının hissələrini hazırlayıb və qırıcı təyyarələrin mühərriklərini əsaslı təmir etmək üçün depo yaratmağı planlaşdırmışdı.

Rusiya hərbi texnikasının böyük alıcılarına sanksiya tətbiqini tələb edən 2 illik ABŞ qanunlarına baxmayaraq, prezident Tramp, Konqresdəki respublikaçıların istəklərinə baxmayaraq, Türkiyəyə qarşı cəza tətbiq etməkdən çəkinib. Trampın 2017-ci ilin avqust ayında imzaladığı “Sanksiyalar vasitəsilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu” (CAATSA) 1 ildən sonra Rusiya sistemlərini almaq fikrində olan Asiyadakı Amerika müttəfiqlərinə təsir etməyib. Mütəxəssislər bu ilin əvvəlində bildiriblər ki, Türkiyə kimi NATO müttəfiqinə bu cür güzəşt tətbiq olunmayacaq.

Filadelfiyada yerləşən Xarici Siyasət Tədqiqat İnstitutunun Yaxın Şərq proqramının direktoru Aaron Steyn deyib: “Məncə, CAATSA ilə pis bir proses başladı, amma bu dastan bitməyib. 6 ay irəli baxdıqda belə, Türkiyədə “S-400” işlədən müttəfiqimiz və “Patriot”ları Türkiyəyə satmaq istəyən Trampı görürük”.

Ağ Evin bir köməkçisi bildirib ki, Rusiyaya yönəlmiş sanksiyalar əslində, “müttəfiqlərimizə hərbi məhsul satışını yasaqlamaqla, Moskvanın iqtisadiyyatını zəiflətməyə yönəldilib”.

Pentaqon “F-35” təyyarəsi ilə təlim keçən türk pilotlarına və texniki işçilərinə iyulun 31-dək ABŞ-ı tərk etməni əmr etsə də, Ankaranın əlində dörd “F-35” var. Onların qaytarılıb-qaytarılçmayacağı bəlli deyil.

Keçən ay “Reuters” agentliyi xəbər verib ki, Türkiyə “S-400”-ün ikinci partiyasını 2020-ci ildə almağa hazırlaşır.

Bununla yanaşı, ABŞ və Türkiyə avqustun 22-də Suriyanın şimalında təhlükəsiz bölgə haqqında razılığa gəlib. Müdafiə naziri Mark Esper və türkiyəli vəzifədaşı Hulusi Akar onun qurulması üçün səy göstərərək telefonla danışıblar.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam