Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sumqayıt İcra hakimiyyətində nüfuz savaşı-Gündüz Əliyev rəqiblərinə necə qalib gəlir?

 

 
   
 

bitmap-img6

 

 

 
Sumqayıt icra hakimiyyətində nüfuz savaşı gedir və gənc şöbə müdiri Gündüz Əliye rəqiblərini küncə sıxışdırır..
Yenixeber.org: Son vaxtlar ölkə mətbuatında Sumqayıt şəhərində baş verən sosial narazılıqla bağlı xəbərlərin sayı çoxalmaqdadır. Bu xəbərlərdə əsasən Sumqayıt İcra Hakimiyyətinin yüksək vəzifəli şəxsləri tərəfindən dövlət müəsissələrində işçilərdən yığılan qanunsuz xərac, həmçinin şəhər məktəblərində baş alıb gedən problemlər və  sahibkarlara qarşı edilən ayrı-seçkiliklərdən bəhs edilir.
 
Bütün bunların əsas səbəbkarları isə şəhər İcra Hakimiyyəti və onun rəhbərliyində vəzifə tutan məsul şəxslər göstərilir.  
Mətbuatda yayılan məlumatlara əsasən, son günlər Sumqayıt Şəhər İcra hakimiyyəti daxilində xüsusi gərginlik hökm sürür. Bunun başlıca səbəbi isə İcra Hakimiyyətində təmsil olunan bir neçə şəxsin ikincilik uğrunda açıq savaşa başlamasıdır. Belə ki, bu il Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı bir çox dövlət tədbirləri nəzərdə tutulduğundan hər kəs icra başçısı Zakir Fərəcovdan sonra Dövlət başçısının gözündə ikinci ən mühüm adam statusunda görünmək istəyir.
Mediada yayılan və təkzib olunmayan məlumatlara görə, əsas mübarizə icra başçısının birinci müavini Teymur Səmədov, başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynov və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev arasında gedir. Məlumata görə, hazırki situasiyada yaşının və dövlət qulluğu təcrübəsinin az olmasına baxmayaraq, Gündüz Əliyev digər rəqiblərini küncə sıxışdırıb.  
Maraqlıdır ki, məlumatlı mənbə Gündüz Əliyevin Zakir Fərəcovun yanında daha çox etimad qazanmasını gənc kadrın Sumqayıt İcra başçısının “bir nömrəli çuğulçusu” olması ilə əlaqələndirib. Hətta gənc kadrın müxtəlif kanallarla həm Teymur Səmədov, həm də Fəzail Hüseynov haqda icra başçısı Zakir Fərəcova dezinformasiyalar ötürdüyü və süni narazılıqlar yaradaraq bu narazılıqların ictimailəşməsinə şərait yaratdığı bildirilir.
Ä°lgili resim
Məhz bunun nəticəsidir ki, Sumqayıt şəhərinin 70 illik yubleyi ərəfəsində təltif olunanlar arasında şəhər bulvarının salınmasında müstəsna əməyi olan Fəzail Hüseynovun, şəhərin ictimai həyatını, təhsil və səhiyyə sahəsini diqqətdə saxlayan Teymur Səmədovun deyil, ən yaxın keçmişi “MTN-ə xərac verən mebelçi”  kimi tanınan Gündüz Əliyevin adı yer aldı. Cəmi bir neçə ildir dövlət qulluğunda çalışmasına baxmayaraq, onun haqqında dövlət başçısına təqdimat verilib və təxminən bir ay öncə Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əliyev Gündüz Aydın oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Gündüz Əliyevin belə qısa zamanda hansı “uğurlara” imza atdığını dəqiq deyə bilmərik. Amma bu şəxslə bağlı verilən məlumatlarda bildilir ki, o, indiki vəzifəsindən əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyinin rəis əvəzi postunda işlədiyi vaxt böyük korrupsiya və maxinasiyalara imza atması ilə yadda qalıb.
Bu sırada Gündüz Əliyevin rəhbərlik etdiyi həmin idarədə xeyli sayda “ölü canlar”ın olduğu, büdcədən ayrılan pulların düzgün təyinat üzrə yönəlmədiyi xüsusilə diqqət çəkir. 
Məlumatlarda qeyd olunur ki, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən və özünü “savadlı, idarəçiliyi elmi əsaslarla öyrənən” gənc kadr kimi təqdim edən Gündüz Əliyevin hazırda əsas fəaliyyət sahəsi Sumqayıt şəhərindəki iş adamlarını və obyektləri nəzarətdə saxlamaqdır. 
Bildirilir ki, gənc şöbə müdiri yaxın ətrafı ilə söhbətdə birinci müavin Teymur Səmədov və Fəzail Hüseynov barəsində ölkə mətbuatında tirajlanan xəbərlərin onun xeyrinə olduğunu və daha çox belə ciddi məlumatların yayılmalı olduğunu belə dilinə gətirib.(azfakt.com) 
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam