Redaktor seçimi
“Sipark İnşaat” ATV-yə 14 min
Göygölün icra başçısı Arif Seyidovun oğlunun dəbdəbəli həyatı-
Avtomobil yollarına sərf edilən milyardlar:
Abid Şərifovun Avropadaki biznesi –
Zakir Fərəcovun müavini Teymur Səmədova ŞOK ittihamlar-
Deputat Əsabil Qasımov Rusiyada daha bir sanatoriya alıb –
Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-
Pediatr icra başçısı, MTN məhbusu olan müavin: İradə – Fuad cütlüyünün Abşeron əməlləri-
Günün xəbəri

Qubanın icra başçısı Ziyəddin Əliyevin şirkətləri 8-ə çatıb-İDDİA

 Yenixeber.org: Qubanın icra başçısı Ziyəddin Əliyevin daha bir şirkəti üzə çıxıb. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün fb səhifəsində yazıb:

"Avropanın üç ölkəsində şirkətlər, hətta Ukraynada zavod və kombinat açan bir icra başçısının ciddi korrupsiya araşdırması tələb edən fəaliyyəti barədə dəfələrlə faktlar, sənəd-sübutlar təqdim etmişik. Söhbət Qubanın tamahı və əməlləri böyük "balaca kralı" Ziyəddin Əliyevdən gedir.
Ukraynanın Lvov vilayətinin Mikolayevsk rayonunda 10 milyon dollar investisiya ilə asfalt zavodu açan işbaz icra başçısının fəaliyyətinə hüquqi qiymət verilməyəcəyi əvvəldən aydın idi. Amma o qədəri əsla gözlənilən deyildi ki, "balaca kral" özü haqqında bu qədər detallı, imzalı, möhürlü sənədlər ortaya çıxandan sonra acığa Ukraynada yeni bir şirkət də açacaq.
Deməli, Ziyəddin Əliyev bu qədər ifşa olunandan sonra bu ilin aprelin 1-də Mikolayevskdə, İvan Mazeli 21/5 ünvanında SMANBUD TOV, yəni MMC qeydiyyatdan (şəhadətnamə nömrəsi 42809651) keçirib. Bu şirkət də yol tikintisi sahəsində fəaliyyət göstərməyə başlayıb.
Düzdür, şirkət Hacıyev Vüqar İsgəndər oğlunun adına rəsmiləşdirilib. Bu şəxs Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərini idarə edən əsas adamıdır və icra başçısının rəhbərlik etdiyi rayonun Maliyyə İdarəsinin müdiri olan Hacıyev Ruslan İskəndər oğlunun qardaşıdır. Hansı ki, Ziyəddin Əliyev Mikolayevskdə ilk dəfə “Alov” zavodunu açarkən də məhz onu direktor təyin etmişdi. 
Beləliklə Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin sayı 6-ya, ümumən xaricdəki şirkətlərinin sayı 8-ə çatıb".
1. ALOV ASFALT ZAVODU
2. MİKOLAYEV-LVOV İNŞAAT ŞİRKƏTİ
3. "ALOV" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
4. "ALOV TİCARƏT EVİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
5. "ALOV-BUD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
6. SMANBUD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    Saytımızı bəyəndiniz?