Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Emin Əfəndiyevə şok ittiham-“POÇT ŞÖBƏSİNİ 650 MİN MANATA SATDI…”

 

“Azərpoçt” MMC-nin ötən il yenilənən rəhbərliyinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar kifayət qədər ciddi araşdırma predmeti təşkil edir.

Yenixeber.org: Rabitə sektorundakı mənbənin redaksiyamıza verdiyi məlumata görə, son zamanlar “Azərpoçt”un yerlərdəki poçt şöbələrinin yerləşdiyi əmlaklar yavaş-yavaş “əriyir” – özəlləşdirilərək satılır və şöbələrin əvvəllər hətta 500-600 kv.metr olan əraziləri 40 kv.metrə endirilir.

Rabitəçilər iddia edirlər ki, sonuncu dəfə belə bir “əməliyyat” «Azərpoçt» MMC-nin paytaxtdakı 2 saylı filialının 138 saylı poçt şöbəsində həyata keçirilib: “”Azərpoçt”un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan-başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçildilərək balaca bir otağa çevrilib. Məsələn, “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən 138 saylı Poçt Şöbəsinin də sahəsi satılıb. Şöbəyə əvvəlcə ATS-in binasında, sonra isə yeni açılan “Şəbəkə” xidmət mərkəzində yer verməklə kifayətləniblər”.

emin_efendiyev2

Qeyd edilir ki, həmin şöbənin yerləşdiyi əmlak “Azərpoçt”un rəhbərliyi tərəfindən satılıb: “100 kv.metrdən çox sahəsi olan poçt şöbəsi “Azərpoçt” rəhbərliyi tərəfindən 650 min manata satılıb. Ən maraqlısı odur ki, “Azərpoçt”un baş direktoru poçt şöbələrini satır, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürür…”

Mənbə qurumun rəhbəri Emin Əfəndiyevin hətta nazirlə də hesablaşmadığını iddia edir: “Maraqlı məqamlardan biri odur ki, baş direktor ya özü həddindən artıq sərbəst adamdır, ya da onun üçün bu cür sərbəstliyi yaradanlar var. Çünki o, hətta nazir Ramin Quluzadənin belə sözünə məhəl qoymur…”

Redaksiyamıza müraciət edən mənbə sonda rabitəçilərin “Azərpoçt”da baş verənlərlə bağlı narazılıqlarının nəzərə alınacağını və nəhayət, ölkə rəhbərliyinin, hüquq-mühafizə orqanlarının qurumdakı neqativ hallarla maraqlanaraq, ölçü götürəcəklərinə ümid etdiklərini bildirir.

Təəssüf ki, “Azərpoçt”un rəhbərliyi bu məlumatlara, şikayət və ittihamlara aydınlıq gətirmək istəmir.(azpolitika) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam