Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Beriyanın adamı, Kremldə rus millətçisi –Bununla belə, Zimyaninə ölkənin ikinci adam postu təklif edilib

 

Leonid İliç Brejnevin də iştirak etdiyi qeyri-rəsmi kiçik tədbirlərin birində Yuri Andropov Mixail Zimyaninə təkliflə müraciət edib:

Yenixeber.org: - Mixail Vasilyeviç, biz Leonid İliçlə öz aramızda belə bir qərara gəlmişik ki, artıq sizi Siyasi Büroya keçirməyin vaxtıdır. Amma bir şərtlə...

Andropov fikrini tam bitirməmiş Zimyanin təklifə münasibət bildirib:

- Əgər bu şərt mənim ruspərəst olmağımdan əl çəkməyimdirsə, demək, mən Siyasi Büronun üzvü olmayacam...

- Hər halda siz bu məsələ haqqında düşünün.

O isə heç vaxt bu haqda düşünməyib. Bütün siyasi fəaliyyətində “rusofil” cizgilərini büruzə verib, ölkə rəhbərliyində qeyri-rus millətlərindən olan məmurlara isə bunu daha qabarıq şəkildə ifadə edib. Amma hələ siyasi karyerasının ilk yüksəliş illərində özündən də xəbərsiz qeyri-rus olan Lavrenti Beriyanın qarmağına keçib.

İosif Stalinin ölümündən sonra Beriya mövqelərini möhkəmlətmək üçün yüksək vəzifələrə öz adamlarını yerləşdirməyə cəhd edəndə, təhlükəli marşal müttəfiq respublikaların da rəhbərliklərində dəyişiklik etmək üçün bütün vasitələrə əl atıb. Belarusiyanı ilk hədəf seçən Beriya bu respublikaya Mixail Zimyanini birinci katib təyin etmək qərarına gəlib. Həmin ərəfədə Zimyanin xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Beriya məsələni anlatmaq üçün gecə ikən Zimyaninə zəhg edib:

- Mixail Vasilyeviç, yəqin ki, bu gecə yarısı yenə də təkbaşına şahmat oynayırsınız. (Şahmat həvəskarı olan Zimyanin çox vaxt gecə yarıya qədər təkbaşına şahmat oynayırmış).

- Xeyr, Lavrenti Pavloviç, hələ ki, şahmata vaxt tapa bilmirəm, sənədlər üzərində işləyirəm.

- Mixail, mənə diqqətlə qulaq as, biz öz xəttimizlə Belarusiya rəhbərliyinin yarıtmaz işi ilə bağlı böyük arayış hazırlamışıq. Mərkəzi Komitədən Belarusiyada növbədənkənar plenumun keçirilməsi ilə bağlı qərar olacaq. Bizim arayışı da götürüb Minskə getməlisiniz. Belə düşünürük ki, Belarusiyanın birinci katibi vəzifəsini sizə həvalə edək.

- Lavrenti Pavloviç, etimada görə təşəkkür edirəm. Amma mən bu haqda öz nazirimə, Vyaçeslav Molotova məruzə etməliyəm.

- Buna görə narahat olmayın, biz bütün məsələləri razılaşdırmışıq.

Zimyanin Belarusiyaya yaxşı bələd olub. O, vaxtilə bu müttəfiq respublikada komsomolun birinci katibi və partiya orqanlarında yüksək vəzfələrdə çalışıb.

Beləliklə, Zimyanin Belarusiya paytaxtına yola düşüb. Özünü artıq birinci katib kimi hiss edən Zimyanin plenumda elə od püskürüb ki, iclasın ikinci hissəsində hələ ki, birinci katib vəzifəsində olan Patoliçev düşüb zalda əyləşib.

Amma Zimyanin “padşahlığı”, Patoliçevin isə gərginliyi çox da uzun çəkməyib. İclasın gedişi zamanı Zimyaninə məlumat veriblər ki, təcili Kremldən onu telefona çağırırlar. Zəng vuranlar Nikita Xruşov və Georgi Malenkov olub. Zimyaninə tapşırılıb ki, plenumun gündəliyindən kadr məsələlərini çıxarsın və özü də təcili Moskvaya qayıtsın.

Moskvaya qayıdan Zimyanin böyük problemlərlə üzləşib. Onu Beriya ilə yaxın münasibətdə olmaqda ittiham ediblər.
Zimyanin uzun-uzadı izahatlardan sonra özünü xilas edə bilib və o, SSRİ-nin Vyetnamdakı səfirliyinə “sürgün” edilib.
Bir müddət Vyetnamda səfir vəzifəsində işləyən Zimyanin daha sonra SSRİ-nin Çexoslovakiyadakı səfiri vəzfəsinə təyinat alıb.

Nəhayət, 1965-ci ildə Brejnev Zimyanini Moskvaya qaytarıb. Ona Mərkəzi Komitənin orqanı olan “Pravda” qəzetinin baş redaktoru vəzifəsi həvalə olunub. Qeyd edək SSRİ- dövründə bu qəzetin baş redaktor vəzifəsi kifayət qədər böyük bir vəzifə sayılıb. Zimyanin həm də SSRİ Jurnalistlər İttifaqının sədri vəzifəsini də daşıyıb.

10 il bu vəzifələrdə işlədikdən sonra 5 mart 1976-cı ildə keçirilən plenumda Mixail Suslovun təşəbbüsü ilə Zimyanin Mərkəzi Komitənin katibi seçilib. O, partiya xətti ilə elm, təhsil, mədəniyyət, idman və kütləvi informasiya vasitələrinə nəzarət edib.
Yuri Andropov hakimiyyətə gəldikdən sonra Zimyanini pariyanın ikinci şəxsi, ideologiya üzrə katib (Suslovun yerinə) vəzifəsinə təyin etmək təklifini verib:

- Mixail Vasilyeviç, siz uzun illər ölkəmiz və partiyamız üçün böyük işlər görmüsünüz. Mən Siyasi Büroda sizin Mərkəzi Komitənin ideologiya üzrə katibi vəzifəsinə seçilmək məsələsini qaldırmaq fikrindəyəm. Suslovun apardığı işləri yalnız siz davam etdirə bilərsiniz, onunla işləyən bir şəxs kimi onun dəsti-xəttinə siz daha yaxşı bələdsiniz.

Zimyanin qəti şəkildə fikrini bildirib:
- Mən buna razı deyiləm, Kreml qeyri-rus millətindən olan məmurlarla doldurulub. Rus xalqına ürəkdən xidmət etməyənlərlə mən işləyə bilmərəm.

Beləliklə, Zimyanin ölkənin ikinci şəxsi olmaq təklifindən imtina edib.

Mixail Qorbaçov hakimiyyətə gəldikdən sonra Zimyanin Kremldə çox qərar tuta bilməyib. Öz komandasını yığan baş katib

Mixail Zimyanini 1987-ci ildə bütün vəzifələrindən uzaqlaşdırıb.

Ömrünün son illərində memuarlarını yazmaqla məşğul olan Mixail Zimyanin 1995-ci ildə, 80 yaşında vəfat edib. O, Moskvada Troekurovski qəbirstanlığında dəfn edilib.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam