Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TÜRKİYƏYƏ SANKSİYA MƏSƏLƏSİ VAŞİNQTONU BÖLDÜ –Tramp sanksiyaları 180 gün təxirə sala bilər - TƏHLİL

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 15 iyul 2019-cu il

 

S-400 raket sisteminin hissələrinin Türkiyəyə təslim edilməsindən sonra ABŞ Senatının sanksiyaların tətbiqi haqda təzyiqini artırması ilə əlaqədar hakimiyyət daxilində iki fraksiya yaranıb.

Yenixeber.org: Fraksiyalardan biri sərtlikdən və Türkiyəyə güzəştə getməməkdən yanadır. Bu fraksiya uzun müddətdir Ərdoğana qarşı sərt siyasət aparılmasını müdafiə edənlərdən təşkil olunub. Onlar Prezident Trampa müvafiq 12 sanksiyadan ən ağır olan 5-ni seçməsini təklif edirlər. Bu fraksiya Senatla əlaqəli şəkildə çalışır.

Digər fraksiya isə son günlərdə səsini daha çox eşitdirməyə başlayıb. Onlar son bələdiyyə seçkilərini, xüsusən də Əkrəm İmamoğlunun İstanbul bələdiyyə sədri seçilməsini xatırladaraq, bunaların Türkiyədə demokratiyanın, nə qədər zərbə alsa da, hələ işləməkdə olduğunu və xalqın azad iradəsiylə hakimiyyəti dəyişdirə biləcəyini göstərdiyini vurğulayırlar. Bu fraksiyada olanlar hazırkı mərhələdə Vaşinqtonun, ağır nəticələrini xalqın yaşayacağı iqtisadi sanksiyaları tətbiq edəcəyi halda, bunun onsuz da antiamerikan reaksiyaları intensiv olan əhalidə ABŞ əleyhdarlığının daha da güclənməsinə yol açacağını söyləyirlər.

Vaşinqtonun öz demokratik iradəsini göstərmiş olan bu xalqı cəzalandırma yoluna getməməli olduğunu söyləyən bu qrup sərt sanksiyaların tətbiq edildiyi təqdirdə, bunun ABŞ-ın uzunmüddətli maraqlarına zidd olacağını da söyləyir. Ayrıca, bu qrup Türkiyənin NATO-dan uzaqlaşmasının ABŞ-a baha başa gələcəyini də vurğulayır.

Bütün bu arqumentləri gətirən həmin qrup Prezident Trampa təqdim edilən 12 sanksiyadan ən yüngül hesab edilən 5-nin seçilməsini təklif edir.

Əgər qərar qəbulu sadəcə özündən asılı olsaydı, Prezident Tramp, birbaşa yümşaq sanksiyalar seçərək qanuni məsuliyyəti öz üzərindən atardı. Lakin Senatda olan sərtlik tərəfdarı bir qrupun təzyiqləri də davam edir.

Gələn məlumatlara görə, S-400-lə bağlı məsələnin bu gün içindən çıxılması çətin olan qarışıq bir hala gəlməsində Türkiyənin məsuliyyət daşımadığını və əsil məsuliyyət daşıyanın Obama adminsitrasiyası olduğunu düşünən Tramp, iki ölkə arasındakı bu böhrana açıq məsələnin yumşaq sanksiyalar tətbiqiylə aşılmasından yana mövqe tutacaq.

Bu məsələdə prezidentin nə qədər müvəffəqiyyət qazana biləcəyini isə yaxın bir neçə gün içində görəcəyik.

7 iyun 2019-cu ildə Senat 2020-ci maliyyə ili üçün müdafiə büdcəsi haqqında qanunu 86 səslə (8 səs əleyhinə olmaqla) qəbul edib. Bu qanunda yazıldığına əsasən, S-400-lərin təslimatının həyata keçirildiyi halda, F-35-lərin verilməsi həmən dayandırılmalıdır.

Ayrıca, qanun Senatda müzakirə edilərkən, verilən bir düzəliş təklifi də qəbul edilib və qanun mətninə əlavə olunub. Bu dəyişiklik təklifiylə birlikdə, prezidentin raketlərin təslimatından sonra Türkiyəyə bir sıra sanksiyalar tətbiq etməsi də qanun halına salınıb. Bu sanksiyalar da CAATSA çərçivəsində tətbiq ediləcək.

CAATSA qanunu prezidentə istənilən sanksiyanı 180 gün təxirə salma haqqı da verir. Ancaq bunun olması üçün prezident Senata sanksiya tətbiqi nəzərdə tutulan ölkənin davranışında yumşalma və ya ABŞ baxımından yaxşılaşmaya doğru getmə yönündə işarətlər olduğunu göstərməlidir.

Bu səbəblə, Prezident Trampın Türkiyəyə tətbiq ediləcək sanksiyaları 180 gün təxirə salmağa getməsi ehtimalı çox yüksək görünmür.

Ancaq prezidentə daha bir seçim haqqı tanınmışdır. Əgər CAATSA tətbiq ediləcəksə, 12 sanksiya növündən istifadə edilə bilər. Prezident də bunlardan 5-ni seçib tətbiq edə bilər. Bax, məhz bu mərhələdə Prezident Trampın Türkiyəyə ən az mənfi təsir edə biləcək sanksiyaları seçərək, iki ölkə arasındakı münasibətləri qoruma ehtimalı vardır.

Bu qərarlar çox sürətlə alınmayacaq. Çünki rəhbərlik 15 iyul çevriliş təşəbbüsünün  arxasında ABŞ-ın olması düşüncəsinin hakim olduğu Türkiyəyə yönəlik sanksiyalarının açıqlanmasının bu günlə tam üst-üstə düşməsini istəmir. Deyilənə görə, ötən cümə günü Pentaqon tərəfindən açıqlanması gözlənilən bəyanat da bu üzdən təxirə salınmış ola bilər.

Yumşaq sanksiyaların tətbiqi haqqında qərar verilsə də, bu mərhələdə Türkiyənin F-35 proqramından çıxarılması və bu növ döyüş təyyarələrinin ölkəmizə verilməməsi qəti kimi görünür. Çünki haqqında bəhs etdiyim hər iki fraksiya da bunun ABŞ-ın milli maraqları baxımından lazımlı olduğunu düşünür. Ayrıca, yumşaqlıqdan yana olan fraksiya F-35-lə bağlı sanksiyaların Türkiyə iqtisadiyyatına ən az təsir edəcək sanksiya növlərindən biri olduğu görüşündədir. Ancaq burada bildirilir ki, bunun son dövrlərdə yüksəlişdə olan türk müdafiə sənayesinə də mənfi təsirləri ola bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam