Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Saleh Məmmədovun müəmmalı tenderləri-Fantastik məbləğlər

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müəmmalı tender əməliyyatlarından yazıb. Fantastik qiymətlərin yer aldığı araşdırma müəllifin fb səhifəsində yer alır:    

"Şübhəli dövlət satınalmaları və tenderlərlə bağlı Hafiz Babalı çox ciddi faktlar ortaya qoyub. İstər dövlət vəsaitlərinin məmurların şəxsi komfortları üçün sərf olunması, istər satınalmalar üzrə sifarişlərin qiymətlərinin böyük ölçüdə şişirdilməsi, istərsə də tenderlərin nəticələrinin ictimaiyyətdən gizlədilməsi - bütün bunlar ciddi korrupsiya faktorlarıdır. Məsələn bu ilin fevralında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələri və avadanlıqların satınalınması” məqsədilə açıq tender elan edib. 
Tender iki lot üzrə keçirilib və aprelin 11-də təkliflər açılıb. Lakin bu günə kimi tenderin nəticələri barədə ictimaiyyətə məlumat verilməyib. Üstəlik məbləğlər kifayət qədər şişirdilmiş görünür.

Lot 1: Bu lot üzrə ayrılan vəsait 600 min dollar, yaxud 1 milyon 200 min manat təşkil edib, ümulikdə sayı 8 ədəd olan xidməti maşınların və işçilərin daşınması üçün nəqliyyat vasitələrinin alışını nəzərdə tutub.
Bunlardan xidməti /nəzarət işləri üçün maşınlar - 4 ədəd;
İki-ekipajlı yüngül tonnajlı nəqliyyat vastələri (pik-up tipli) - 4 ədəd;
Avtobus - 2 ədəd.

2-ci lot üzrə tender 4 milyon ABŞ dolları, yaxud 6 miıyon 800 min manat həcmində müəyyənləşdirilib. Bura yol istismar avadanlıqlarının (1 ədəd yol təmiri üzrə çox-funksiyalı (hamısı birində) səyyar avadanlıq, 1 ədəd əyri xətli tir yuyan (süpürgə ilə birgə), 1 ədəd səbət tipli qaldırıcı kran (yol işıqlandırmasının təmiri üçün), 1 ədəd traktor bazasında ot biçən, su nasosu, çox funksiyalı generator və kompressor, 1 ədəd tozsoran qurğu və yol süpürən maşın, 3 ədəd duz, qum səpən, qar kürəyən maşın 4 ədəd sayrışan təhlükəsizlik işarələrinin quraşdırıldığı qoşqu, treylerlər, 3 ədəd qreyder, 1 ədəd mexanizmlərlə birgə yükləyici, 1 ədəd universal birçalovlu Təkərli Yükləyici, 1 ədəd iki-barabanlı vibrasiyalı vərdənə, 2 ədəd avadanlıqların daşınması üçün alçaq səviyyəli qoşqu, təmir avadanlığı (sayı və növü aydın deyil) daxildir.
Qeyd edim ki, bu avadanlıqlardan ən bahalısı qreyderlərdir. Məsələn, yeni Volvo istehsalı SDLG G9165 qreyderlər Ukraynada 130 min dollar dəyərindədir".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam