Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səhiyyə Nazirliyi ləğv olunacaq? – Deputatdan yayılan xəbərlərə reaksiya

 

2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək.

Yenixeber.org: Bu sözləri xəstəxana və poliklinikaların Səhiyyə Nazirliyindən alınmasından sonra bu qurumun görəcəyi işlər barədə danışan millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) pilot layihə kimi uğurlu nəticə verib:

“İTS vətəndaşlara istər profilaktika nöqteyi-nəzərdən, istərsə də müalicə nöqteyi-nəzərdən xidmət edən qurumdur. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamda da bütün bunlar öz əksini tapıb. Buna görə də 2020-ci ildən başlayaraq, Azərbaycan əhalisinə səhiyyə xidməti İcbari Tibbi Sığorta vasitəsiylə həyata keçiriləcək. 

Səhiyyə Nazirliyi isə dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək. Onun balansında olan bir sıra müəssisələr var ki, onlar TƏBİB-ə tabe edilməyəcək. Məsələn, Azərbaycan Tibb Universiteti və digər bu kimi digər müəssisələr. İcbari Tibbi Sığorta Agentliyi profilaktika və müalicə sahəsində icraçı qurumdur. Amma bu profilaktika qaydalarının, müalicə protokollarının həyata keçirilməsi və nəzarəti Səhiyyə Nazirliyinin funksiyalarına aiddir. Səhiyyə Nazirliyi gələcəkdə İcbari Tibbi Sığortanın keyfiyyətini müəyyənləşdirəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam