Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Ən ucuz market”in ən böyük “kəşfi”

 

 “Ən ucuz market”lər şəbəkəsinin istehsal məhsulları narazılıq doğurur

“Xeberinfo.com”: Son illər kiçik istehsal müəssisələrinin (sexlərin) məhsulları istehlakçılar tərəfindən narazılıq doğurmaqdadır. Bu müəssisələrin məhsulları xüsusi ilə keyfiyyəti baxımından birmənalı qarşılanmır. Lazımı gigiyenik normalara və standartlara cavab verməməsi səbəbindən bu məhsullar bəzən acı nəticələr də doğurur. Təsadüfü deyil ki, bu gün ölkə xəstəxanalarında yatmaq məcburiyyətində qalanların əksəriyyəti məhz bu məhsulların qurbanları sırasındandır. Təəssüf ki, bu problem medianın da diqqətini lazımınca çəkə bilmir. Nə isə...

Bu istiqamətdə “xeberinfo.com”a  “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı maraq doğuracaq məlumatlar daxil olub. Məlumat üçün deyək ki, “Ən ucuz market”lər şəbəkəsi Sumqayıt şəhərində məşhurdur. Sumqayıt şəhərində 7, Abşeron rayonu Ceyranbatan qəsəbəsində isə 1 “ Ən ucuz market” fəaliyyət göstərir. Marketin adı ilk baxışdan müştərini cəlb edir: “ Ən ucuz market”.

 Biz hələlik “Ən ucuz market”lər şəbəkəsi ilə bağlı əldə etdiyimiz bir faktdan bəhs etməyə çalışacağıq.                                  Bunu “Ən ucuz market”lər şəbəkəsinin ən böyük “kəşfi” də adlandırmaq olar. Söhbət “Ən ucuz market”lərdə çörək və müxtəlif adlı şirniyyat məhsullarının istehsalından gedir. Hansı ki, bu məhsullara təlabat daha da çoxdur. Başqa sözlə çörək və şirniyyat məhsulları daha çox alınan ərzaqlar sırasındadır. Redaksiyamıza daxil olan məlumatlara və apardığımız müşahidələrə görə “Ən ucuz market”lərdə istehsal olunan məhsulların əksəriyyətinin keyfiyyəti kimi, məlum sertifikatının olması da şübhələr doğurur. Müxtəlif alıcılarla söhbətimiz əsnasında “Ən ucuz market”in istehsal məhsulları ilə bağlı müxtəlif narazılıqlar eşitdik. Belə məlum oldu ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri bu anormallığı ya görmür, ya da görmək istəmir. Əgər məlum sertifikat varsa, onda bu narazılıq niyə doğrulmalıdır? Əgər məlum sertifikat yoxdursa onda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məsul şəxsləri niyə susur?

Qarşıdakı günlərdə sözügedən komitə rəsmilərinin mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.

 

Akif      

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam