Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Xalq istəyir ki, siz hamınız rədd olub gedəsiz!”-Əlcəzair etirazları səngimir

 

Əlcəzairdə on illərdir hakimiyyətdə olan Abdeləziz Buteflikanın getməsinə baxmayaraq onun qurduğu siyasi sistemin tamamilə dəyişməsi tələbi ilə izdihamlı nümayişlər davam edir.

Yenixeber.org: Beynəlxalq KİV-lər xəbər verir ki, ölkədə Buteflikadan qalan mövcud siyasi sistemin nümayəndələrinin istefası, əsl demokratik islahatların keçirilməsi və həyat səviyyəsinin artırılması tələbi ilə dünən aprelin 26-da paytaxtda və bir sıra digər iri şəhərlərdə çoxminli mitinqlər keçirilib.

Bu aksiyalar eks-prezident Abdeləziz Buteflika ilə sıx bağlı olan tanınmış oliqarxlara qarşı cinayət işlərinin qaldırılması, ölkənin ən zəngin adamlarının həbsi fonunda keçirilir.

 

“Xalq istəyir ki, siz hamınız rədd olub gedəsiz! Rədd olsun sistem! Rədd olsun oğrular, ölkəni talayan mafiya!”-çoxminli kütlə bu şüarları səsləndirib.

Paytaxtın eyni zamanda bir neçə meydanında və küçələrində nümayişlər keçirən əlcəzairlilər tələb edir ki, müvəqqəti prezident Abdelkader Bensaleh, onun hökumətinin baş naziri Nureddin Bedui və hakim elitanın digər nümayəndələri istefa versinlər.

Habelə nümayişçilər aprelin 2-də istefaya getməyə məcbur olmuş Buteflikanın qardaşı Said Buteflikanın da həbs olunmasını tələb edir. Əlcəzairlilər onu “ölkəni böhrana sürükləyən bandanın başçısı” adlandırır.

 

Təhlükəsizlik qüvvələri nümayişləri nəzarətdə saxlayır, polis və xüsusi təyinatlılar hökumət binalarına aparan yolları bağlayır, paytaxt Əlcəzairə gedən yollarda jandarma avtomobilləri diqqətlə yoxlayır. Havada vertolyotlar dövrə vurur. Məlumatlara görə jandarma ölkənin regionlarından paytaxta nümayişlərə qatılmaq üçün gələnləri əngəlləmək üçün hər cür tədbirlər görür.

Aksiyaların təşkilatçıları deyirlər ki, küçələrə ancaq dinc yolla tələblərini irəlin sürmək və hakimiyyətə münasibətlərini ifadə etmək üçün çıxırlar. Fevralın sonlarından izdihamlı nümayişlər keçirməkdə olan əlcəzairlilər bir-birlərini içməli suya, peçenyeyə qonaq edirlər.

Xatırladaq ki, aprelin 22-də milli jandarmeriyanın istintaq briqadası Əlcəzairin bir sıra iri biznesmenlərini, o cümlədən ölkənin ən zəngin adamı olan İssada Rebrabanı və dörd Kuninef qardaşlarını həbs edib. Onlar korrupsiyada, vergilərdən yayınmaqda, çirkli pulların yuyulmasında ittiham edilirlər.

 

Məlumatlara görə korrupsioner oliqarxların həbsinin əsas təşəbbüskarı müdafiə nazirinin müavini, ordunun baş qərargah rəisi Əhməd Qaid Salahdır. Məhz ordunun təzyiqi ilə Buteflika növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməkdən imtina etmişdi və daha sonra istefa verməli olmuşdu.

Baş qərargah rəisi ədliyyə orqanlarını korrupsiya və dövlət vəsaitlərinin talanması işləri üzrə təhqiqatları sürətləndirməyə, xalqın pullarını oğurlayanlara tezliklə hökm çıxarmağa çağırıb. O, əmin edib ki, ordu komandanlığı məhkəmə orqanlarına bütün rüşvətxorlara, korrupsionerlərə qarşı təhqiqatı tam azad, təzyiqlər və məcburiyyət olmadan apara bilməsi üçün qarantiya verir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam