Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hitlerin 130 yaşı: Anası həkimə 8 gün tez getsəydi, tarix fərqli yazılacaqdı -polad furajkalı narkoman, vegeterian

 

130 il öncə aprelin 20-də dünya iddialı Adolf Hitler dünyaya göz açıb. İllər ötsə də, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən 3-cü Reyx haqqında yeni maraqlı faktlar ortaya çıxmaqdadır.

Yenixeber.org: “130 yaşlı” Hitler haqqında çoxlarımızın bilmədiyi 13 faktı təqdim edirik:

1. Almaniyada ilk dəfə olaraq seks oyuncaqları Hitlerin təşəbbüsü və göstərişi ilə hazırlatdırıb. Boyu 176 sm olan rezin kuklaların hazırlanması alman döyüşçülərinin əcnəbi qadınlarla intim əlaqədə olmaması üçün nəzərdə tutulub.

2. Hitlerin öz ölkəsinə gətirdiyi “yenilik”lərdən biri şəhər nəqliyyatında ciddi intizamın yaradılması ilə bağlı olub. Şəhər nəqliyyatından biletsiz istifadə edən sərnişinlər birbaşa dayanacaqlarda güllələniblər.

3. Fürer şizofreniya və nevroz xəstəliklərindən ciddi əziyyət çəkib. Xəstəliklər haqqında Hitlerin şəxsi işində rəsmi olaraq xüsusi qeydlər aparılıb.

4. Hitlerin dünyaya gəlişi də təsadüfi olub. Anası ona hamilə olanda qəti şəkildə abort haqqında qərar verib. Amma həkimlər hamiləlik dövrünün müddətinə görə buna icazə verməyiblər. Əgər ana 8 gün əvvəl həkimə müraciət etsəydi, dünya tarixinə Adolf Hitler adlı şəxsiyyətin adı yazılmayacaqdı.

5. Adolf Hitler 1942-ci ildən başlayaraq 1945-ci ilə, ömrünün sonuna qədər narkotik vasitələrdən istifadə edib.

6. “Taym” jurnalı ilk dəfə Hitlerə görə öz ənənəsini pozub. 1938-ci ildə jurnal Hitleri “İlin adamı” elan edib, ancaq onun şəkli jurnalın üz qabığına verilməyib.

7. Hitlerin furajkası həmişə başının ölçüsünə görə böyük olub. O təhlikəsizliyinə görə furajkasının dairəvi hissəsinə polad tökmə bağlatdırıb.

8. Adolf Hitler hətta yay fəslində havanın temperaturundan asılı olmayaraq kitelini çıxarmayıb. Maraqlı faktlardan biri odur ki, Hitler insanlar arasında heç vaxt paltosunu, pencəyini, kitelini soyunmayıb. Bunun səbəbi bu günə qədər sirr olaraq qalır.

9. Adolf Hitler və Yeva Braun ölümlərindən 10 dəqiqə əvvəl nikah kəsdiriblər. Bu nikah Yevanın arzusu ilə baş tutub. Belə ki, Yeva Braun tarixdə fürerin rəsmi həyat yoldaşı kimi qalmaq istəyib.

10. Güclü natiqlik qabiliyyətinə malik olan Adolf Hitler saatlarla kütlələr qarşısında heç bir kağızdan istifadə etmədən nitq söyləməkdən yorulmayıb. Əgər o öz çıxışını əvvəlcədən hazırlayıbısa, iki makinaçı onun sürətlə dediklərini yazmağı güclə çatdırıblar.

11. 40 yaşına qədər hər gün iki qutudan artıq siqaret çəkən fürer sonralar bu zərərli vərdişdən əl çəkib, iştirak etdiyi məclislərdə və yığıncaqlarda siqaret çəkməyi qadağan edib.

12. Adolf Hitler vegeterian olub. 1931-ci ildən onun qida rasionundan ət məhsulları çıxarılıb.

13. “İnsanları daha yaxşı tanıdıqca, itləri daha çox sevməyə başlayıram” deyən Hitler əməllərində də bunu sübut edib, o, 11 milyon (rəqəm bəzi mənbələrdə fərqli göstərilir) dinc əhalinin ölümünün səbəbkarı olub. Bundan başqa, onun təşəbbüsü ilə başlayan II dünya müharibəsində 50 milyondan çox hərbçi həlak olub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam