Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Hüseynqulu Bağırov "profilaktik" tədbirlərə əl atıb-Biznesi ilə bağlı

 Yenixeber.org: Araşdırmaçı-jurnalist Cavanşir Həsənli sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun Avropadakı biznes şəbəkəsi ilə bağlı yeni məlumat yayıb. Müəllif bu haqda özünün fb səhifəsində yazıb: 

 

"Vaxtilə "ən fağır nazir" kimi tanıdığınız Hüseynqulu Bağırov ailəsinə məxsus çoxsaylı şirkətlər barədə sənədlər yayılandan sonra bəzi "profilaktik" tədbirlərə əl atıb. 
Belə ki, sabiq ekologiya və təbii sərvətlər naziri Londonda qızı Sevinc Bağırovanın adına olan STAMINA CONSULTANCY & DEVELOPMENT LIMITED (şirkət qeydiyyat nömrəsi: 07838302) şirkətini bağlamaq üçün qızının adından Britaniya ədliyyəsinə rəsmi müraciət edib. Müraciət bu 2019-cu ilin fevralın 5-də reyestrə daxil edilib. Müraciətdə sözügedən şirkətin ləğvi xahiş edilir. Martın 13-dən şirkət rəsmən ləğv olunub. Yeri gəlmişkən bu şirkət 2011-ci ilin 8 noyabrından fəaliyyətdə idi.
Hüseynqulu Bağırov daha bir şirkəti ilə bağlı da diqqət çəkən addım atıb. Belə ki, o, qızının adına olan NORDFİELDS İNVESTMENTS LİMİTED (qeydiyyat nömrəsi: 08557695) şirkətini bu il martın 13-dən bacısı Düriyyə Nuriyevanın adına keçirib. 
Şirkətin 30 mart 2019-cu ildə Hüseynqulu Bağırovun qızının imzası ilə reyestrə daxil edilən sonuncu maliyyə hesabatına görə, keçmiş nazirin təkcə bu şirkətdəki cari aktivləri 1 milyon 860 min 945 funt sterlinqə (təxminən 2,5 milyon dollar) çatıb. 
Keçmiş nazirin oğlunun Almaniyanın Wuppertal şəhərindəki WU IMMO CENTER Gmbh şirkətinin aktivlərində də ciddi artım müşahidə olunub və son hesabata görə 6 milyon 170 min avrodan 10,9 miyon avroya çatıb."

Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam