Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Yusif Qədimbəylinin Çexiyada biznesi aşkarlandı:alqı-satqı, icarə...

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Çexiyadakı biznesini ictimailəşdirib. Bu haqda müəllif fb səhifəsində yazıb:

"Son illərdə təkcə məmurlar deyil, iş adamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem, zorən stabillik heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır.
Məsələn, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir) bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb. "Sədərək"dən ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalivasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır. 
Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib. 
Düzdür, "Sədəkək"in sahibi Çexiyadakı şirkətini - GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).
Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. 
Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.
Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib.
Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5
Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır.

Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.
Cavanşir Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam