Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

PAŞİNYANIN ƏKS-İNQİLAB QORXUSU:Ermənistan baş naziri "köhnə komanda"nın təxribatından ehtiyatlanır - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 13 fevral 2019-cu il

 

Yenixeber.org: Ermənistan Baş naziri Nikol Paşinyan hökumət proqramını parlamentə təqdim edərkən deyib ki, “İdarəçilik sisteminin 90%-i köhnə, 10%-i isə yeni vəzifəli şəxslərdən ibarətdir. Köhnələr öz fəaliyyətlərində nə isə bir yenilik etmək, yenilər isə köhnəni dəyişmək istəyirlər”.

Beləliklə, Baş nazir həssas və çoxqatlı reallığı praktiki olaraq təsbit edib.

Baş nazir Paşinyan faktiki bəyan edib ki, “əks-inqilab” idarəçilk sistemində yerləşib və təxribata cəhd etməyə çalışır.

Bu cəhd elə ötən ilin mayından, məsələn, vergilərin lazımi qaydada yığılmaması formasında edilib. Bundan əlavə, Nikol Paşinyan həmçinin bəyan edib ki, parlament seçkilərində Ermənistan Respublika Partiyası (keçmiş iqtidar partiyası – red.) məhz məmur-seçicilərin böyük miqdarda cəmləndiyi yerlərdə daha çox səs alıb. Baş nazir, mahiyyətcə, nəinki əks-inqilab təhdidini “qüvvədə saxlayıb”, həm də bəyan edib ki, o, məhz idarəçilik sistemindədir.

Bu təsbit bir neçə baxımdan diqqətçəkəndir. Hər şeydən öncə, Nikol Paşinyan, əlbəttə, özü üçün əks-inqilab təhdidilə haqq qazandıra biləcək müəyyən hərəkət diapazonu saxlayır. Bu kontekstdə o, faktiki olaraq, güclü Baş nazirlik hakimiyyətini saxlamağı və müəyyən planda hökumətin səlahiyyətlərini yenidən bölüşdürməyi nə üçün vacib hesab etdiyini əsaslandırır və arqumentlər gətirir.

Digər tərəfdən, Paşinyan öz bəyanatı ilə idarəetmə sisteminin bu təbəqəsinə və ya 90%-nə bildirib ki, onlar sayıq və zillənmiş diqqət altındadırlar və istənilən anda “əks-inqilab”la mübarizə hədəfi ola bilərlər. 

Eyni zamanda, məsələnin incəliyi ondan ibarətdir ki, Nikol Paşinyan vəziyyətin və təhlükələrin qiymətləndirilməsində haqlıdır, kadrların göstərilən nisbəti, ola bilsin, bir neçə faizlik xəta ilə, həqiqətən doğrudur və təxribat reallığı faktiki mövcuddur.

Burada sual yaranır: bəs ona daha çox kim nəzarət edir? Əmrlər yollayan köhnə sistem, yoxsa bu təbəqələrə Baş nazir vasitəsilə xəbərdarlıq edən yeni hökumət?

Bəlkə özbaşına hərəkət edən, nəzarət olunmayan və ya necə deyərlər, “öz-özünə yetərli” olan təxribat komponenti var. Bu halda, köhnə sistemin himayəsindən məhrum olan, eyni zamanda idarəçilik sistemində qalan orta və aşağı səviyyəli məmurlar sadəcə, necə deyərlər, “öz təşəbbüslərilə” üsyana qalxırlar.

Böyük ehtimalla, həm bu, həm də o biri hal var. Lakin necə olmasından asılı olmayaraq, heç bir şübhə yoxdur ki, idarəçilik sistemində təxribat və müəyyən əsəb və mövqe mübarizəsi, yeni hökumətin və köhnə sistemin birbaşa və dolayı yolla təsiri var.

Burada sual yaranır: nə üçün “təxribatçılar” sistemdən uzaqlaşdırılmırlar? Yoxsa bunu aydınlaşdırmaq və əsaslandırmaq kifayət qədər mürəkkəbdir və ya “idarəolunan təxribat” Baş nazirin əlində olan siyasi xəritədir.

Digər tərəfdən, “agentlərin aşkar edilməsi”nin müəyyən bir prinsipi də var. Bu prinsipə əsasən, onların əks tərəfə qarşı istifadə edilməsi nəzərdə tutulur. Bu halda onlardan köhnə sistemin, necə deyərlər, “qərargahı”na çıxmaq üçün istifadə oluna bilər.  

Ancaq nəticədə dövlət idarəçilik sistemində bütün bunlar – taktiki xarakterli mövqe mübarizəsi baş verir. Lakin aydın deyil ki, bu mübarizə hansı dairədə, hansı intensivliklə gedir, idarəçiliyin effektivliyinə necə təsir edir. Əlbəttə, qaçılmaz, xüsusən də fəlakətli reallıq yoxdur, ancaq idarəçilik sisteminin bu “ikili” reallığı nə qədər davam edəcək?Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam