Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

YENİ ƏMƏLİYYAT MEYDANÇASI ORTA ASİYADIR –ABŞ İŞİD-i "Çin səddi"nə sarı göndərir - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 15 fevral 2019-cu il

 

Yenixeber.org: Dünən Soçidə bir araya gələn üç liderin – Ərdoğan, Putin  Ruhaninin önəmli mesajları var idi. Doğrusu, toplantının özü mesajların ən böyüyü idi. Lakin çıxan nəticələrə, verilən mesajlara baxılarsa, hamısı bizim dediklərimizi sonunadək təsdiq edirdi.

Hansından başlayacağımı bilmirəm. İstəyirsinizsə, sıra ilə gedək.

Ötən həftə qarşıdan gələn günlərdə baş verəcək hadisələri anlamağa və anlatmağa yararlı olacaq Aminullahdan yazdım. Aminullah, İŞİD-in həqiqi lideri idi. Təşkilatın beyni və vurucu gücü idi. Ancaq “Taliban”a əsir düşmüşdü.

MKİ dövrəyə girdi. Bəlkə də bugünədək verdikləri ən böyük miqdarda pulu masaya qoydular. 200 milyon dollar verərək, İŞİD-in həqiqi lideri olan Aminullahı aldılar. Çünki əməliyyat başlayacaqdı.

Aminullahla bərabər, çox sayda təşkilat lideri də azad edilmişdi. Və artıq hədəf Çin idi. Bu, aydın şəkildə ortadaydı. Bu səbəblə, Suriyada İŞİD bitirildi. Yer yarılıb içinə girməmişdilər. Sadəcə, tapşırıq yerləri dəyişmişdi. Vaşinqton buna görə “İŞİD bitdi” deyirdi. Əslində, yer dəyişdirirdi, daha böyük missiya yerinə yetirməyə gedirdi. Anlamırdıq, yanılırdıq…

Türkiyə, Rusiya  İran liderləri “Suriya məsələsi”ni müzakirə etmək üçün dünən Soçidə bir araya gəldilər. Altı cızılmalı olan nöqtələr vardı. Ancaq ən önəmlisi Ruhaninin sözləri idi. O, işlətdiyi “ABŞ İŞİD-in bitdiyini söyləməkdədir. Bunun həqiqətlə bir əlaqəsi yoxdur. Hamısının Əfqanıstana gəldiyini bilirik. Əfqanıstanın coğrafi mövqeyinə görə İŞİD-in nə üçün buralara gətirildiyini anlayırıq. Oyunu görürük” kimi ifadələrlə bizim 10 gün əvvəl yazdıqlarımızı təsdiq etdi. Doğrusu, Soçi görüşü öncəsi də buna bənzər çıxış etmişdi.

Soçidəki üçlü zirvə görüşündən bir gün öncə ABŞ, Varşavada “Fələstin-İsrail sülhü” şirması altında bir konfrans təşkil etmişdi. Əslində isə bu konfransın tək bir təməl məqsədi var idi: İrana müdaxilə!

Konfrans çox önəmliydi. 60 ölkə qatıldı. Fələstin yox idi. Qatılanların böyük əksəriyyəti müsəlman ərəb dövlətləri idi. Yəni, pulu verməli olanlar…

ABŞ-ın vitse-prezidenti Mayk Pens də orada idi. Xarici işlər naziri Pompeo isə, doğrusu, konfransı hazırlayan şəxs idi.

Konfrans haqqında xəbərlər yayılarkən İranla bağlı çox önəmli bir şey oldu. İslam İnqilabı KeşikçiləriKorpusunun (İİKK) əməkdaşlarını daşıyan avtobusa partlayıcı yüklü başqa maşınlarla hücum edildi. Yəni, intihar hücumu təşkil edildi. Bəzi qaynaqlara görə 40, bəzilərinə görə isə 70 inqilab keşikçisi həyatını itirdi.

Qəribədir ki, hücum Soçi zirvə görüşü öncəsi həyata keçirilirdi. Söylənilənlərə görə, hücum iki ayrı maşınla edilib. İranın rəsmi xəbər agentliyi İRNA, bu hucümun Sistan və Bəlucistan əyalətində, Zahedan və Kaş şəhərlərini bir-birinə başlayan yolda olduğunu, hadisə zamanı 20 adamın da yaralandığını bildirdi.

Hücumdan sonra şifrəni verən İİKK komandiri Əli Fadavi oldu: “Bu hücuma veriləcək cavab sadəcə ölkə sərhədləri içində qalmayacaq”. Yəni, hücumun arxasında kimlərin olduğunu bilirdilər. İŞİD, ya da MKİ Soçi sammiti öncəsi ona qarşı çıxdığını terrorla göstərirdi.

Gəlib vururlar, siyasi hədəfə bombalarla çatmaq istəyirlər. Bunu ilk dəfəmi yaşayırdıq? Əsla! Bizim yaxından tanış olduğumuz metoddur. Gəlib vururdular, qan və göz yaşı buraxırdılar.

İndi İŞİD, doğrusu, oralardadır. Yeni əməliyyat meydanı Orta Asiyadır. Çin, Rusiya və İran da bunu yaşayacaq. Çünki məqsədləri budur. Terrorla nəticə almaq istəyəcəklər. Bu, mümkündürmü? Heç deyil. Ancaq geri dönməyəcəklər, gedə bildikləri yerə qədər gedəcəklər.

İndi gələk ölkə daxilində baş verən hadisələrə.

Yazmaq istəmədim. Lakin ilk saniyədən etibarən ağlıma gəldi. Müdafiə naziri Hulusi Akar rus həmkarı Sergey Şoyqu ilə görüşdü. Akar görüşlə əlaqədar “Regionda həm sülh və sabitliyin, həm də hər iki ölkənin haqq və mənfəətlərinin qorunması üçün Rusiya ilə hər səviyyədə təmaslarımız olmaqdadır” açıqlamasını verdi.

Akar bu açıqlamanı verərkən canımızı yandıran bir hadisə baş verirdi. İstanbulda, Çekmeköydə bir hərbi helikopterimiz düşürdü. Milli Müdafiə Nazirliyi bu hadisə ilə bağlı təhqiqata başlayarkən, pilotumuz səbəbi məlum olmayan qəzada mülki şəxslərin ölməməsi üçün helikopteri boş sahəyə endirirdi. Pilotlarımız – kapitan Ümit Özerli, kapitan Semih Özcan, baş çavuş İlyas Kaya və çavuş Yakub Avşar şəhid olurdu.

Ağlıma gələn başqa bir şey də vardı. Həm Türkiyədə, həm də Almaniya və Fransada binalar çökürdü. Onların tikintilərində, əlbəttə, xətalar ola bilər. Kimsə çıxıb “ola bilməz” deyə bilməz. İstanbulun Kartal vilayətində çökən bina da tikintisi baxımından qüsurlu ola bilər. Zamin olacaq halımız yoxdur. Ancaq Avropada da oxşar hadisələr olunca, insan, təbii olaraq, “Görəsən, bunlardamı əməliyyatdır?” sualını verməyə bilmir.

Davam edək. ABŞ, Soçidəki zirvə görüşünə rəsmən etiraz edirdi. İrana qarşı əməliyyat keçirməyi hədəfləyən Vaşinqton, Rusiya ilə Türkiyənin İranla yan-yana olmasına görə dilxor idi. ABŞ Tehranı vuraraq Çinin yürüşünü cilovlamaq, Qərbə doğru “sürüşmə”sini əngəlləmək niyyətindədir. Buna görə İŞİD artıq Orta  Asiyadadır. Onun yeni tapşırıq yeri Çinin tramplin kimi istifadə etdiyi coğrafiyadır.

Yeri gəlmişkən, Putin zirvə görüşündən sonra Trampın əlinin rahat olmadığını, istədiyini həyata keçirə bilmədiyini diplomatik yolla söylədi.

Bəli, Tramp təkbaşına qərar verə bilsəydi, bəlkə də, Ərdoğan-Putin-Ruhani üçlüyünün yanında olardı. Bu, qəti və dəqiqdir. Ancaq silah lobbisi və Pentaqon buna izin vermir. O da çarəsiz qalıb, səhnə arxasında kürəkəni Kuşneri göndərərək, İrana yönəlik əməliyyatı əngəlləməyə və iqlimi yumşaltmağa çalışır. Yəni, Pentaqonu durdurmaq üçün əlindən gələni edir. Ancaq onlar durmurlar, durmayacaqlar…

Daima altını cızdığım kimi, 2019-cu il çətin bir il olacaq. Heç kim harada nə olacağını bilə bilməz. Ortalıq qarışacaq. Masanın hər bir tərəfi həmlə edəcək. Baxaq, görək, nələr olacaq.

Onu bilək ki, oyun kirli və qanlı olacaq. Həm də çox…Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam