Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

SSRİ-nin intihar edən ikinci milis naziri –Puqo əvvəlcə arvadını vurub, sonra özünü....

 

1991-ci il avqustun 22-də Rusiya Ali Sovetinin sesiyasında iclasın sədri məruzəçinin çıxışını dayandırır və katiblikdən daxil olmuş məlumatı ona ötürərək oxumasını xahiş edir. Məruzəçi bir cümlə ilə SSRİ daxili işlər naziri Boris Puqonun intiharı ilə bağlı məlumatı sessiya iştirakçılarının diqqətinə çatdırır. Zal bu xəbəri uzun sürəkli alqışlarla qarşıyır.

Yenixeber.org: Nazir bu “sevgi”ni necə qazanmışdı?

General hansı xidmətlərinə görə “alqışlanırdı”?

Milliyətcə latış olan Boris Puqo Tverdə anadan olub. Atası 1930-cu illərdə “NKVD”-də xidmət edib, 1940-cı ildən isə Riqa şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.

Atasının yolunu davam etdirən Boris Puqo Riqa Politexnik institutunu bitirdikdən sonra komsomol orqanlarında işə başlayıb. Vəzifə pillələrini sürətlə qalxan gənc fəal qısa müddət ərzində Latviya komsomoluna rəhbərlik edib. Komsomol işindən partiya orqanlarına keçid edən Puqo 1975-1976-cı illərdə Riqanın birinci katibi vəzifəsinə təyin edilib.

Moskvadan Puqoya dövlət təhlükəsizliyi orqanlarına keçmək tövsiyə olunanda o, bu təklifdən imtina etməyib. 1977-ci ildə Latviya Dövlət Təhlükəzisliyi Komitəsinin sədr müavini təyin olunan Puqo üç ildən sonra bu qurumun rəhbəri vəzifəsinə irəli çəkilib.

Kreml növbəti dəfə Boris Puqoya daha böyük etimad göstərərək onu Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kürsüsünə əyləşdirib.

İddiasız və “sözəbaxan” sovet məmuru kimi tanınan Puqo 1988-ci ildə Moskvaya dəvət olunub. O, Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinə sədr təyin edilib. Onu bu vəzifədə də çox saxlamayıblar. Qorbaçov Bakatini dazili işlər naziri postundan uzaqlaşdırdıqdan sonra Boris Puqoya general-polkovnik rütbəsi təqdim edərək onu nazir təyin edib.

Boris Puqo təkcə SSRİ-nin sonuncu daxili işlər naziri kimi yox, həm də Nikolay Şelokovdan sonra intihar edən ikinci nazir kimi yadda qalıb. Həm də “QKÇP” üzvü kimi...

1991-ci ilin avqust ayında Boris Puqo ailəsi ilə birgə Krımda istirahət edəndə Kremldən gələn zəng onun istirahətini yarımçıq qoyub. Avqustun 18-də Moskvaya dönən Puqonu DTK sədri Kryuçkov gecədən xeyli keçmiş Kremlə dəvət edib. Nazir “QKÇP” ilə bağlı tam məlumatlandırılıb, sövdələşmə baş tutuqdan sonra Puqo səhər saat 5-də dövlət avtomobil müfəttişliyinə zirehli texnikaların Moskvaya maneəsiz daxil olunmasının təmin edilməsi haqqında göstəriş verib. Daha sonra nazir saat 16-da “QKÇP”-nin keçirdiyi mətbuat konfransında iştirak edib, iki gün kabinetini tərk etməyən Puqo yalnız avqustun 21-də evə qayıdıb. Baş tutmayan avqust qiyamının onun üçün nə ilə nəticələnəcəyini dərk edən Puqo mənzilinə daxil olanda ailə üzvlərinə dediyi ilk ifadə belə olub: “Bu hər şeyin sonudur, məni satdılar...”

Məhz elə həmin gün SSRİ Prokurorluğu hadisə ilə bağlı cinayət işi qaldırıb, “QKÇP” üzvlərinin həbsinə sanksiyalar imzalanıb, o cümlədən Boris Puqonun da. Çiyinlərində general rütbəsi daşıyan nazir öz əməkdaşları tərəfindən qollarının qandallnmasını general şərəfinə sığışdırmayıb və özü öz hökmünü verib.

Avqustun 22-də səhər saat 10-da həbs haqqında sanksiyanı təqdim etmək üçün Rusiya DTK-sının sədri Viktor İvanenko, Rusiya daxili işlər nazirinin birinci müavini Viktor Yerin, Rusiya baş prokurorunun müavini Yevgeni Lisov və Rusiya Nazirlər Soveti sədrinin keçmiş müavini Qriqori Yavlinski Puqonun mənzilinə təşrif buyurublar. Qapını çağrılmamış qonaqların üzünə açan Puqonun 90 yaşlı qayınatası “bizim evdə bədbəxtlik baş verib” deyərək onları mənzilin yataq otağına dəvət edib. Otaqdakı dəhşətli mənzərə yüksəkçinliləri heyrətə gətirib. Yataqda nazir, paltar şkafının qarşısında yerdə isə nazirin həyat yoldaşı Valentena Puqo güllə yarasından ölümcül vəziyyətdə olublar. Naziri xilas etmək mümkün olmayıb, həyat yoldaşını isə xəstəxanaya çatdırsalar da, həkimlər onun da həyatını xilas edə bilməyiblər. Puqo əvvəlcə tapança ilə həyat yoldaşını vurub, sonra isə özünü...

Sonradan evdə axtarış apararkən hər ikisinin məktubu aşkar olunub. Puqo intihar öncəsi bu sətirləri qeyd edib: “...Mən həyatımda böyük bir səhv etdim. Bu səhv həm də böyük bir cinayət idi. Məni bağışlayın. Mən ömrüm boyu təmiz və vicdanla yaşamışam...”

Daxili İşlər Nazirliyinin təkidi ilə Puqonun və həyat yoldaşının nəşi yandırılıb (kremasiya) və bu şəhərdən kənarda məxfi şəkildə həyata keçirilib. Moskva qəbirstanlıqları Puqo cütlüyünün yandırılmış nəşinin külünü basdırmaq üçün torpaq ayırmaqdan qəti şəkildə imtina ediblər. Nəhayət, dörd aydan sonra xüsusi qablarda saxlanılan kül Moskva şəhərində Troekrovski qəbirstanlığında torpağa basdırılıb.

Qeyd edək ki, Boris Puqo intihar edəndə 54 yaşı olub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam