Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

SOÇİ ZİRVƏSİNDƏ TƏRƏFDAŞLAR NƏDƏ RAZILAŞDILAR?-Moskva bufer zonasının yaradılmasına sədd çəkdi

Ayla Cin Yakli

“Əl-Monitor”, 15.02.2019

 

ABŞ qüvvələri geri çəkildikdən sonra Türkiyənin Suriyanın şimalında bufer zona yaratma planlarına Rusiya və İran sədd çəkib. Soçi zirvəsində hər hansı bir bölgənin bufer zonaya çevilməsi üçün Şamdan razılığın alınmalı olduğu söylənib.

Yenixeber.org: Üçtərəfli görüşdə Rəcəb Tayyib Ərdoğan və onun Rusiya, habelə iranlı vəzifədaşı Donald Trampın Suriyada İŞİD-lə mübarizə aparan amerikalı əsgərləri çıxarmaq qərarını alqışlayıblar, Vladimir Putin hətta bunu “pozitiv addım” adlandırıb.

Amma Putin və Həsən Ruhani ABŞ əsgərlərinin boşaldıldığı bölgənin prezident Bəşər Əsədə qaytarılmalı olduğunu müdafiə edib. “Bu əraziləri Suriya hökumətinin nəzarətinə ermək yeganə doğru həll olacaq”, – Putin deyib.

Ərdoğan Türkiyənin milli təhlükəsizliyinə təhdid olaraq gördüyü, kürd milisərdən qurtulmaq üçün sərhədin cənubunda “təhlükəsiz zona” yaratma planlarnı təkrarlayıb. Ancaq Suriyadakı qüvvələr və digər ölkələrdən dəstək almadan bunu etmək qeyri-mümkündür.

Beynəlxalq birliyin böyük hissəsi Suriyadakı dağıdıcı müharibəni sonlandırma səylərindən kənarda qaldığından Türkiyə, İran və Rusiya yarım milyondan çox insanın öldüyü münaqişədə qarşı tərəfləri dəstəkləyir, amma siyasi gündəmənin müzakirəsinə liderlik ediblər. Ərdoğan siyasi həllə daha çox ümidli olduğunu söyləyib.

Ancaq Türkiyənin Suriyada iştirakçı ölkələrlə işi çətinləşir. Tramp dekabr ayında ABŞ-ın Suriyadan çəkiləcəyini açıqlayandan bəri bu daha aydın olub. Türkiyə və rəqibləri böyük boşluğu doldurmalıdır.

Rusiya Suriyada əməliyyata başlamazdan əvvəl Şamdan razılıq əldə etməyə çağırır. Türkiyə isə 2011-ci ildən Əsədlə danışıqlar aparmaqdan imtina edib, müxalif döyüşçülərə arxa olub. Ərdoğan son həftələrdə mövqeyini yumşaldıb, bu ayın əvvəlində Türkiyə və Suriyanın kəşfiyyat orqanları vasitəsilə “aşağı səviyyəli xarici siyasət” qurduğunu etiraf edib.

Türkiyənin prioritetləri dəyişib: Əsəd əvəzinə, “Suriya Demokratik Qüvvələri”nin (SDQ) əsasını təşkil edən YPG / PYD “təmizlənmə”. Ərdoğan dəfələrlə kürdləri təhdid edib. Zirvədən əvvəl Ərdoğan Rusiyanı dəstəyi ilə təhlükəsiz zona yaratmaq istədiyini və YPG-nin Suriyanın ərazi bütövlüyünü təmin etmədiyini vurğulayıb.

AB-nin Türkiyədəki sabiq səfiri Mark Pyerini deyib: “Rusiya və İran Türkiyə üçün təhlükəsizliyin gerçək narahatlıq olduğunu başa düşür, amma Türkiyəyə hərbi əməliyyat üçün yaşıl işıq yandırmırlar. Şam, Moskva və Tehran heç bir yerdə Türk hərbi əməliyyatına razılıq verməyəcək”.

Vaşinqtonla bufer zonası ilə əlaqədar danışıqlarda da razılıq əldə edilməyib və NATO müttəfiqləri belə bir zonanın yaradılmasını alqışlamır. ABŞ-ın niyyəti – kürdləri qorumaq, Türkiyənin əsas məqsədi – YPG-dən xilas olmaqdır.

Soçidə Ərdoğan yenə də Tramp administrasiyası ilə danışıqların tempindən məyusluğunu dilə gətirib.

ABŞ-ın YPG ilə əməkdaşlığına hiddət Türkiyədə güclü anti-Amerika duyğuları doğurur. Gələn ay Türkiyədə keiriləcək bələdiyyə seçkiləri öncəsi iqtisadi yavaşlama ucbatından Ərdoğanın partiyası qarşısında çətinliklər yaranıb.

Pyerini deyib: “ABŞ-dan mənfi cavab bu gün Türkiyənin işinə yaramır. Bütün Qərb qoşunları çıxarsa və kürdlər yiyəsiz qalarsa, Əsəd rejimi üstünlük qazanacaq”.

Soçidə Həsən Ruhani kürdlərin Suriyanın gələcəyinin formalaşdırılmasında ayrılmaz parça olduğunu söyləyib. Suriyadakı müharibədən bəri ilk dəfə türklərin hücumundan qaçınmaq və muxtariyyətlərini, qismən də olsa, qorumaq üçün kürdlər Şamdan himayə gözləyirlər.

Türkiyə İdlibə hücumu hələlik dayandıra bilib, amma Putinin səbrinin tükənməsi göz qabağındadır və o, zirvə toplantısında “terroristlərə köməyi tamamilə ləğv etməyə” çağırıb. Daha sonra onun sözçüsü üç liderin İdlibdə hərbi əməliyyata razılaşmadığını söyləyib.

İran və Rusiya bütün kartlara sahib deyil. Türkiyə Suriya ərazisinin təxminən 1500 kvadrat kilometrinə nəzarət edir və Suriyanın gələcəyinə dair danışıqlar masasında möhkəm yer tutur.

Moskva, həmçinin Rusiya hərbi zabitlərinə NATO sisteminə giriş imkan verə biləcək “S-400” sistemini Ankaraya satmaq niyyətindədir. İran ABŞ sanksiyalarından təzyiq altındadır, ticarət və siyasi dəstək üçün qonşusu Türkiyəyə güvənir. Ancaq Ankara və Tehran son illərdə həm də Səudiyyə Ərəbistanını hədəfə alıb.

Ərdoğan, Ruhani və Putinin zirvə görüşündə bir şeydə ümumi fikrdədir: onlar ABŞ-ın Suriyadan qaçışını alqışlayıblar.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam