Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ, HƏQİQƏTƏN DƏ RUSİYA VƏ ÇİNİ TƏCRİD ETMƏK İSTƏYİR –“ABŞ-ın gözündə Çin və Rusiya İŞİD-dən də pisdirlər”

abs

Çinin qabaqcıl özəl telekommunikasiya şirkəti “Huawei”-in maliyyə direktoru Men Vançjounun ABŞ Ədliyyə Nazirliyi ilə problemləri yaranıb. İrana qarşı yönəldilmiş sanksiya qanunu və intellektual mülkiyyətin oğurlanması ilə əlaqədar onun Amerikaya ekstradisiya olunması istənilir.

Yenixeber.org: ABŞ-ın fikrinə görə, “Huawei” şirkətinə qarşı yönəlmiş son ittihamlar Çinin dürüst oyun oynamadığını əks etdirir və qlobal baxımdan bu ABŞ-ın maraqlarına qarşı gəlməkdir.

ABŞ Milli Kəşfiyyat direktorunun dəftərxanası qlobal təhlükə barəsində öz dəyərləndirməsini dərc edib.
Həmin sənəddə Suriyanın adı 32 dəfə çəkilir ki, bu da İŞİD-in adının çəkilməsindən çoxdur. Şimali Koreyanın adı 27 dəfə, İranın adı isə 72 dəfə çəkilib. Bu siyahıda özünəməxsus qalib Çin və Rusiyadır. Amerika şirkətlərinin Asiyadakı rəqibi olan Çinin adı 87 dəfə hallanıb, ikinci yerdə gedən Rusiyanın adı isə 85 dəfə çəkilib.

Gəlin hər şeyi öz adı ilə çağıraq: biz yeni soyuq müharibə vəziyyətindəyik. Tramp və Si Çzinpin görüşünün birdən-birə bu vəziyyəti necə dəyişə biləcəyini anlamaq çətindir. İndi ABŞ-ın gözündə Çin və Rusiya yeni pis oğlanlardır, hətta onlar Bağdaddan və İŞİD-dən pisdirlər. Çin və Rusiya real ambisiyaları və milyonlarla əhalisi olan böyük ölkələrdir.

Milli Kəşfiyyatın fikrinə görə, demokratik kapitalizmə qarşı dayanmaq üçün Çin “avtoritar kapitalizm” təbliğatı aparmağa can atır. Milli Kəşfiyyatın 42 səhifəlik sənədində kommunizm kəlməsinə heç bir dəfə də rast gəlinmir, baxmayaraq ki, Çin Kommunist Partiyası keçən il Si Çzinpinə ömürlük prezident olmaq səlahiyyətləri verib.

Bu hesabatda həmçinin iki tərəf arasındakı “gələcək ideoloji döyüş” barəsində yazılıb.

Niderlandın “Rabobank” bankının analitiki Maykl Everi yazır: “Bu ideoloji qarşıdurma tənzimlənə biləcək tarif və subsidiyalarla bağılı olan bir sıra ziddiyyətlərdən daha ciddi məsələdir. Əgər indi ABŞ hakimiyyəti Çinin qlobal miqyasda avtoritar modelə istinad etməsini görürlərsə, onda ABŞ adı çəkilən ideoloji sistemlə necə ticarət sövdələşməsi bağlaya bilər? Burada heç bir məntiq yoxdur. Artıq “Rabobank”da 90 günlük barışın məhsuldarlığına inanan qalmayıb. Milli Kəşfiyyatın təhlükə barəsindəki xəbərdarlığı bu insanların şübhələrini təsdiq edib. Ticarət barışığı gələcək gərginlik üçün vaxt udmaq məqsədi daşıyır. Biz artıq hər iki tərəfin bu cür ssenarini ciddi qəbul etdiyinin əlamətlərini görürük. Bu yaxınlarda Çin bir sıra fiskal stimul zərfinin işə salınacağı barəsində bəyanatla çıxış edib. Bu Vaşinqtonla gözlənilən ticarət müharibəsinə səfərbərlik kimi başa düşülməlidir. Onsuz da atəşkəs 2 mart tarixində sona çatır”.

Əgər Çin düşmən № 1 sayılırsa, onda Rusiya düşmən № 2-dir.

Rusiya Vaşinqtonun Yaxın Şərq siyasətində ən böyük riskdir, çünki Putin Ağ Evin özünə dost bilmədiyi hökumətlərin ortadan qaldırılmasına qarşı əngəldir. Rusiya həmçinin ABŞ Müdafiə Nazirliyinin və kəşfiyyatın büdcəsinin maliyyələşdirilməsi yolunda istənilən Amerika hərbi komandanlığı üçün yaxşı vasitədir.
Rusiya OPEK üzvü olmasa da, ancaq bu ölkə ən təsirli neft ixracatçısı kimi mühüm əhəmiyyət daşıyır. Rusiyanın ABŞ kimi OPEK ölkələri ilə yaxşı münasibətləri var və bəzi hallarda Moskva bu ölkələr tərəfindən Vaşinqtonla müqayisədə daha pozitiv qarşılanır. Bunu Venesuela, İran və İraqla münasibtlərdə görmək olar. Səudiyyəlilər də Moskva ilə isti əlaqələr qurmaq niyyətindədir və ABŞ bunu bilir.

Bu gün kommersiya sferasında başlıca rəqib Çin sayılır. ”Huawei”, ”ZTE”, milyarder Cek Manın maliyyə nəhəngi (Ant Financial) və çoxsaylı digər şirkətlər artıq ciddi rəqibə çevriliblər. Asiyada Çin brendləri daha geniş təsir doğurmağa başlayıb. Çinin investisiyası bütün Asiyaya yayılır. Əvvələr bu Amerikanın rolu idi, indi isə onlar arasında qızğın rəqabət gedir.

Kolumbiyanın Boqota şəhərində tikilən ağıllı şəhər layihəsi Amerikanın “Cisko Systems” şirkəti tərəfindən deyil, “Huawei” şirkətinin sistemləri əsasında tikilir. ”Huawei”-in Amerikan və Avropa texnologiyasını oğurlamasından asılı olmayaraq, bu barədə qərarı məhkəmə verəcək. ABŞ hökuməti bu məsələni belə dəyərləndirir: çinlilər oğurlayırlar və elə məhz buna görə, qısa müddətdə onların texnologiyası bu cür irəliyə gedib.

Amerikan şirkətlərinin əksəriyyəti Çində intellektual mülkiyyətin oğurlanmasına qarşı əvvəllər bu cür aqressiv tədbirlərə əl atmaq istəməyiblər, çünki bu onların həmin ölkədəki biznesinə təsir göstərmə təhlükəsi yarada bilərdi. Şirkətlər ehtiyat ediblər ki, əgər şikayət etsələr, onda onları kənarlaşdırarlar və beləliklə də onlar öz bazar paylarını itirirlər. Amma yeni rəqiblər və keçmiş işgüzar tərəfdaşlar bu cür məhsulları artıq onlarsız yaradıblar.
“GMM Nonstick Coatings” şirkətinin baş direktoru Ravin Qandi deyir: ”Mən kimyəvi məhsul hazırlayaraq Çin firması ilə əməkdaşlıq etmişəm, sonra isə görmüşəm ki, bu əməkdaş necə kənara çəkilib mənim məhsulumu hazırlayır”.

Çindəki xarici şirkətlər üçün əsas problem zəif iqtisadiyyat yox, onlara qarşı aparılan ədalətsiz oyundur. Rəqabət daha da sərtləşir. İndi əksəriyyət onu ədalətsiz adlandırır. Düzdür, son dövrlər vəziyyət yaxşılaşır, lakin bazardakı bəzi oyunçular hesab edirlər ki, artıq xeyli gecdir.

Bu yaxın günlərdə ABŞ Federal Təhqiqatlar Bürosu kommersiya sirrinin oğurlanmasına görə “Apple” şirkətinin çinli əməkdaşını həbs edib. Həmin şəxs pilotsuz avtomobil şirkəti ilə bağlı sirləri oğurlayıbmış.

“Black Rock İnvestiment İnstitute” bu ilki ən böyük siyasi riski açıqlayıb. Avrozonadakı problem ilk yerdə gedir – həm də ki, burada daima Kreml ittiham olunur. Sonra NATO ilə Rusiya münasibətlərindəki gərginlik və həm də Yaxın Şərq ətrafındakı hadisələr yer alır.

Bütün bunların hamısı sanki yeni soyuq müharibənin alovlanmasının altına saman səpir. ”Black Rok İnvestiment İnstitute”-nin məruzəsinin Tom Donilon rəhbərliyi altındakı müəllifləri yazırlar ki, dünya bazarındakı sarsıntıların təsiri qısa müddətli ola bilər. Onların hesabatı soyuq müharibənin ən qızğın vaxtı olan 1962-ci ildən indiyədək baş vermiş 50 riskli hadisənin dəyərləndirilməsinə əsaslanıb.

Onlar yazırlar: ”Bazarlar geosiyasi risklərə daha həsassdır, çünki dünya iqtisadiyyatının böyüməsi ləngiyir”.

ABŞ Milli Kəşfiyyatının 29 yanvar tarixli hesabatından: “Önümüzdəki ildə ABŞ milli təhlükəsizliyinə qarşı olan təhlükələr artacaq, Çin və Rusiya ilə əlaqədar bu təhlükə şaxələnəcək. Ona görə ki, bu ölkələr müvafiq surətdə ABŞ və onun ənənəvi müttəfiqləri ilə daha intensiv rəqabət aparırlar. Bu rəqabət texnoloji və hərbi üstünlük daxil olmaqla bütün sferaları əhatə edir. Rusiya və Çin beynəlxalq sistem və regional təhlükəsizlik dinamikası formalaşdırmaqla yanaşı dünyanın hər tərəfində və xüsusən də öz sərhədləri yaxınlığındakı dövlətlərin siyasətinə və iqtisadiyyatına təsir göstərməyə çalışırlar.

- Çin və Rusiya arasındakı münasibətlər 1950-ci illərin ortasından indiyədək heç olmadığı qədər böyük harmoniyadadır və yəqin ki, bu əlaqələr önümüzdəki ildə daha da möhkəmlənəcək. Çünki onların bir sıra maraqları ABŞ və digər Qərb ölkələrinin irəli sürdükləri demokratik dəyərlər və insan haqları məsələsinə uyğun gəlmir.

- Çin və Rusiya dünyadakı təsir imkanlarını artırmağa can atdıqları üçün, mövcud təhlükəsizlik normalarını dağıdaraq Yaxın Şərq və Şərqi Asiyadakı regional münaqişələrdəki riski artırırlar”.

Yeni texnologiyaların tətbiqi həm risklər və həm də imkanlar yaradacaq. Dünya iqtisadiyyatının böyüməsinin ləngiməsi və iqtisadi rəqbət isə ABŞ iqtisadiyyatı üçün yeni təhlükələr törədəcək. Onda belə alınır ki, 1980-ci illərə xoş gəlmişsiniz.

(“Forbes”-ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam