Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Karolina Valiant da yoxlanılır?-Açıqlama

 

Yenixeber.org: Məlum olduğu kimi bir neçə gün əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs olundu. Daxil olmuş şikayətləri araşdıran DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bondotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığını, sexlərdə tikilmiş malların dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Məlum olub ki, mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış.

Bu olaydan sonra digər məşhur mağazalar şəbəkəsi də diqqət mərkəzinə gəldi. Hansı ki, bu mağazalarda da dünyaca məşhur brend məhsullar satılır. Özü də kifayət qədər yüksək məbləğə. Bir həqiqət də var ki, belə mağazalar şəbəkəsi haqqında ictimai rəy də birmənalı deyil...

Mediada yer alan məlumata görə artıq “Femina” xəz-dəri mağazasında da yoxlamlar başlayıb. Bu gün yenixeber.org-a daxil olan məlumata görə məlum yoxlamaların başladığı məşhur mağazalardan biri də Karolina Valiant-dır...

Xatırladaq ki, Karolina Valiant təxminən on ildir ki, Azərbaycan və Rusiya bazarına çıxıb. Şirkətin məhsulları ölkəmizdə “Binə” Ticarət Mərkəzindəki mağazada satılır. Saytındakı məlumata görə Karolina Valiant mağazalarında İtaliya, İspaniya, Almaniya, Yunanstan, Amerika, Kanada, Rusiya, Finlandiya və Türkiyədə istehsal olunmuş təbii kürk və dəri məhsulları satılır. Göründüyü kimi, dünyanın nəhəng dövlətlərinin sadalandığı məşhur brend məhsullardan bəhs olunur.   

Karolina Valiant-ın məhsullarının keyfiyyəti və bu məhsullarla bağlı ictimai rəy başqa bir yazının mövzusudur...

Məlum qanun və prinsiplərə uyğun olaraq, Karolina Valiant-da yoxlamalara başlanılması ilə bağlı məlumatı qarşı tərəflə dəqiqləşdirməyə çalışdıq. Bizimlə telefon söhbətində Karolina Valiant-ın baş meneceri Elnur müəllim yoxlamalarla bağlı xəbəri təkzib etdi: "Hazırda  heç bir yoxlama yoxdur. Amma mənə maraqlıdır ki, mənim şirkətmlə bağlı bu uydurmanı kim yayır..."

Hörmətli Elnur müəllimin əsas xəbərə aidiyyatı olmayan “cavab”ını geniş yazmağı lüzum bilmirik.

Mövzu diqqətimizdədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam