Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məhkəmə qərarı belə icra olunur-İsmayıllıda

 Yenixeber.org: Redaksiyamızın elektron poçtuna İsmayıllı şəhəri H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Şəki  Apellyasiya  məhkəməsinin  28 sentyabr  2016-cı il tarixli 2(107)-1226/2016  nömrəli  qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmamasından bəhs edir. Təəssüf ki, müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"Cənab Prezident!

Mən Babaverdi Hacıyevin oğluyam.  Atam Babaverdi Hacıyev  cavabdehlər Qasımov Fərhad Barat oğlu, Novruzova Şukufə Telman qızı, Qasımlı Nərgiz Barat qızı və Qasımlı Fərhad Barat oğlu tərəfindən tutulmuş ona  məxsus İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən xususi mülkiyyətin  tamamilə boşaldılaraq atamın sahibliyinə və istifadəsinə verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli 2(107)-1226/2016 nömrəli qətnaməsinin İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə daxil olmasına baxmayaraq icra şöbəsinin qanuna müvaviq tədbir görməməsi haqqında dəfələrlə cənab Prezident sizə Vitse- Prezident Mehriban xanım Əliyevaya Ədliyyə Nazirliyinə,  Milli Məclisin Hüquq Məsələləri və Dövlət Quruculuğu Komitəsinə  müraciətlər etmişdir. Bu müraciətlərə baxmayaraq bu günə kimi heç bir tədbir görülməmişdir. Atam Babverdi Hacıyevin müraciətlərinə belə  cavablar verilib. “Cavabdehlər qaçqın olduqlarına,  1997-ci ildən  bu  ünvanda  müvəqqəti məskunlaşdıqlarına və  onların başqa yaşayış yerləri olmadığına görə bu qətnamənin icrası müvəqqəti dayandırılmışdır”. 

Atam Babaverdi Hacıyevə verilmiş bu cavablar qanunsuz və əsassızdır. Çünki, Cavabdehlər 2000-ci ildən sonra atama məxsus  M. Müşviq küçəsi 21 nömrəli ünvanda yerləşən  xususi  mülkiyyətdə  yerləşiblər. Bunu subut edən əlimizdə tutarlı sənədlər var. Belə ki,  2000-ci ildə cavabdeh Qasımlı Nərgiz Barat qızı birinci sinfə  qəbul olunan zaman ona yaşayış yerindən arayış verilib.  Həmin arayışda cavabdehlərin  yaşadığı yer İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda deyil,  İsmayıllı şəhəri Nizami küçəsi 8 nömrəli ünvan qeyd olunub. Mən bu arayışın bir sürətini ərizəmə əlavə edirəm.  

Qeyd edim ki,  Şəki  Apellyasiya  məhkəməsi də  28 sentyabr  2016-cı il tarixli 2(107)-1226/2016  nömrəli  qətnaməsini bu iki arayışa əsaslanaraq çıxarmışdır. Eyni zamanda  məhkəmə qətnaməsinin dördüncü və beşinci səhifələrində  Qaçqın və Məcburi  Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin verdiyi saxta arayışla Qasımov Barat Fərhad oğlunun və ailə üzvləri ilə birlikdə guya 1997-ci ildən İsmayıllı şəhəri M. Müşviq küçəsi 21 nömrəli ünvanda məcburi köçkün kimi məskunlaşdıqları  göstərildiyi xususi qeyd olunub.

Qeyd edim ki,  bizə verilən belə cavabların səbəbkarları İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyev və Qaçqın və Məcburi Köçkünlər  üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi  Tahir Əliyevdir. Bu iki vəzifəli şəxslər bizə məlum olmayan səbəblərə görə əlaqəyə girərək müraciət etdiyimiz aidiyyatı orqanlara cavabdehlərin atama məxsus mülkiyyətində guya 1997-ci ildən yaşamaqları ilə bağlı saxta arayışlar təqdim edirlər. Belə saxta arayışlar verməklə Taleh Quliyev və Tahir Əliyev cənab Prezident sizi  və müraciət olunmuş digər şəxsləri aldadaraq vətəndaşları sizdən və sizin təyin etdiyiniz rəhbər şəxslərdən narazılıq yaratmağa çalışırlar.

 Mülkiyyətimizə qarşı olan bu haqqsızlığa və qanunsuzluğa dözməyən atam infarkt keçirdərək bir müddət reanimasiyada qaldıqdan sonra dünyasını dəyişdi. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi Taleh Quliyevin və Qaçqın Məcburi Köçkünlər  üzrə  Dövlət  Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin  vəzifəsini  daşıdıqları  dövlətə həmin dövlətin rəhbərinə və vətəndaşına etdikləri xəyanəti atam həzm edə bilmədi. Ona görədə dünyasını dəyişdi. Hal-hazırda onun  varisi  mənəm. Varislik haqqında rəsmi sənədim  var.

 Mən inanıram ki,  bizə qarşı olan bu qanunsuzluğun və haqsızlığın qarşısını alacaqsınız və bu ümüdlədə sizə müraciət edirəm. Xahiş edirəm İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəsi Taleh Quliyevin, Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu üzrə nümayəndəsi  Tahir Əliyevin mülkiyyətimizə qarşı etdikləri bu qanunsuzluqların və haqsızlıqların obyektiv araşdırılaraq  qarşısının  alınmasına  və Şəki Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli 2(107)-1226/2016 nömrəli  qətnaməsinin icra olunmasına köməklik göstərəsiniz".

 

 

 















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam