Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İNGİLİS KƏŞFİYYATININ “AFRİKA QƏRARGAHI” NİYƏ PARTLADILDI? –2019-cu ildə bir çox ölkədə terror hücumları olacaq - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 18 yanvar 2019-cu il

 

Dünən Keniya və Suriyadakı partlayışlara toxunduq və qeyd etdik ki, buralarda hadisələr televiziya və qəzetlərdə təqdim edildiyi kimi qəbul edilir. Çox adamın səhnə arxasına keçmək kimi bir niyyəti yoxdur. Hal belə olunca, həqiqətlər bizdən çox uzaq düşər. Gedib tapa, görə bilmərik. Nə isə…

Yenixeber.org: Partlayışlardan başlayaraq irəliləyək. Görək qarşımıza nə çıxacaq?

Əslində, dünyanın getdiyi yönü daha yaxşı anlamaq üçün ABŞ-dakı daxili qarışıqlığı diqqətlə incələmək bu gün üçün yetərlidir. ABŞ-da nə baş verdiyini anladığımız anda bütün siyasətləri çözmək çox asan olur. Nəticədə son imperiya ABŞ-dır.

ABŞ-da baş verən ən son mühüm hadisə nə idi? Əlbəttə, hökumətin qapadılması. Bununla bağlı ABŞ Prezidenti Donald Tramp və demokratlar toqquşub. Böyük mübahisə, döyüş baş verib. Konqres rəsmən silkələnib.

Mövzu nə idi? Meksika ilə sərhəddə çəkiləcək divara pul ayrılması. Tramp 5 mlrd. dollarlıq əlavə büdcə istəyir. Demokratlarsa, təqribən 1,3 mlrd. dollarlıq əlavə büdcə üçün razılıq verəcəklərini söyləyirlər. “Maksimum 2 mlrd. dollar olsun” deyirlər. Yəni, 1 trilyon dollar xarici borcu olan ABŞ, sadəcə 3 mlrd. dollara görə federal hökuməti qapadır. Bunu oxuyanlar da inanır.

ABŞ mediasının önəmli yazarları “Hökumət qapandı, nələr olacaq? Çox ciddi bir durumla qarşı-qarşıyayıq” şərhləri verirlər. Halbuki yazılanlardan kənarda böyük bir həqiqət var. Kimsə dönüb ona baxmır. “Meksika divarı” məsələsində Rotşild ailəsinin çox önəmli bir planının uğurla başa çatdığını görməliyik.

Rotşild ailəsinin uşaqları kimi baxılan demokratların Senatdakı lideri Çak Şumerlə Nümayəndələr Palatasındakı lideri Nensi Pelosi, əslində, Trampın öz gücündən istifadə etməsi üçün hökumətin qapadılmasını təmin edib. Çünki ABŞ-da hökumət qapadıldığı anda Prezident “müharibə vəziyyəti” səlahiyyətləri alır. Bu, çox açıqlanmayan və istifadə edilməyən bir səlahiyyət – gücdür. Tramp, şəxsən çox sevdiyi Çak Şumer və Nensi Pelosi sayəsində bu gücü əlinə alıb.

ABŞ-ın çox önəmli qurumlarında çox önəmli dəyişikliklər edilib. Çünki hazırda Tramp, səlahiyyəti olan yeganə şəxsdir. 49 şəxsin dəyişdirilməsi və onların yerinə Trampın çox etibar etdiyi adamların təyin edilməsi gizli bir həqiqətdir. Bu müddətdə Pentaqondakı xüsusi qurumlarda çalışan 7 şəxs də Tramp tərəfindən dəyişdirilib.

Hazırda Pentaqon bu həmlə qarşısında çarəsiz görünsə də, Orta Şərqdən başlayan bir rüzgarla kürəkən Cared Kuşner və İvanka Trampı hədəf alacaqÇünki Tramp açılmamalı olan bir qutunu açıb. Artıq, demək olar ki, ABŞ-da gedən daxili mübarizə tərəflərdən birinin qələbə qazanması ilə nəticələnəcək.

Tramp tarixi qərar alaraq Pentaqona müharibə elan edib. ABŞ rəhbərliyində heç kim bu gücə qarşı müharibə elan etmə cəsarəti göstərə bilməzdi.

Tramp, daha öncə də buna bənzər addımlar atsa da, xüsusi prokuror Robert Müller sayəsində susdurulub.İndi də Pentaqonun əlindəki ən böyük kozır yenə Müllerdir. Əlbəttə, bir də onun yaxın dostu Con Kerri. Bu ikisi kollec illərindən dostdurlar. Onlar eyni zamanda katolik dünyasının iki önəmli siyasətçisidir.

2016-cı ildə Con Kerri Keniyanın paytaxtı Nayrobiyə gedib. “DusitD2 Otel”də ingilis “dərin dövlət”iylə bir görüş keçirib. Qarşısındaki şəxslər həddindən artıq önəmli idi. Kerri çox aydın danışıb. O, Rotşild ailəsinin ABŞ-a təsirinə artıq son verilməsini istəyi. İngiltərə də buna söz verib.

“DusitD2 Otel” ingilis “dərin dövlət”inin qərargahıdır. Burada keçirilən hər bir toplantı Mİ6-nın Afrika və Orta Şərqdə atacağı addımlar baxımından çox önəmlidir.

Yaxşı, bu otel son günlərdə qarşımıza nə ilə əlaqədar təkrar çıxıb? Terror hücumu ilə.

 

“DusitD2 Otel”ə niyə hücum edilib?

 

Keniyanın paytaxtı Nayrobinin “Westland” bölgəsindəki (Bura beynəlxalq kəşfiyyat ədəbiyyatında ingilis torpağı kimi tanınır) “DusitD2 Otel”“Əş-Şəbab” (Somalidə məskunlaşan, “Əl-Qaidə”yə bağlı olan terror təşkilatı – tərc.) hədəf seçdi, ölüm saçdı. 21 adamın öldürüldüyü bu hücumla ingilis “dərin dövlət”inə çox aydın bir mesaj verildi:“ABŞ hökumətinin qapadılmasına səbəb olan Rotşild ailəsinə qarşı səssiz qalmayın. İngilis “dərin dövlət”i” verdiyi sözü tutsun. Bu, ilk ciddi xəbərdarlığımızdır. Davamının gələcəyini bilirsiniz”.

Beləliklə, “Keniyadakı Mİ6 mərkəzinə hücum edilib” ifadəsi aydın həqiqət olaraq qəbul edilə bilər. Burada hədəf birbaşa ingilis “dərin dövlət”i idi. Bu da “Kraliyyət ailəsinin bir bölümü idi” demək olur. Pentaqon bu hücumdan daha da şiddətli olanını ingilis torpaqlarında da edə biləcək gücə sahibdir. Bunu dəfələrlə edib. Əgər ingilis “dərin dövlət”i Kerri ilə əldə edilən anlaşmaya sadiq qalmamaqda dirənərsə, Pentaqon İngiltərə torpaqlarını qan gölünə çevirər.

Bax, o zaman Rotşild ailəsinin ABŞ hökumətini qapatması da bir nəticə verməz. Kim bilir, bəlkə də hər kəsin itirəcəyi bir prosesin qapısı aralanır. Bilmək olmaz.

“Əş-Şəbab”, Afrika Buynuzunda (Afrika materikinin şərqində yerləşən, ərazisinin böyük qismi omlinin, az hissəsi isə Efiopiyanın tərkibinə daxil olan yarımada – tərc.) – aclığın, qıtlığın, xəstəliklərin at oynatdığı bölgədə fəaliyyət göstərən, daxilində çox sayda ABŞ hərbçisi olan qanlı bir təşkilatdır. Onun 7 ölkədə çox təsirli olan təşkilatları var. Bəlkə də, 2 ildir heç səsi çıxmayan “Əş-Şəbab”ın və İŞİD-in bir gün ara ilə iki böyük hücum (Nayrobi və Menbiçdə – tərc.) həyata keçirməsi də, – Fransadakı təbii qaz partlaması kimi, – təsadüf deyil.

2019-cu ildə bir çox ölkədə terror hücumları olacaq. O səbəblə, “Əş-Şəbab” və İŞİD terror təşkilatlarının adı təkrar gündəliyə gəlib. İndi bir çox ölkə diqqətli olmalıdı. Ya Pentaqonun Vaşinqtondakı binasında, ya da NATO-nun Brüsseldəki mərkəzində mövcud olan planlar 2019-cu ildə ayrı-ayrı terror hücumları olaraq bir neçə dəfə həyata keçiriləcək. Bunu anlamaq üçün kahin olmağa da ehtiyac yoxdur. ABŞ-ın daxili güc balansındakı yön axtarışını izləmək yetərlidir.

Orada sular durulmadıqca, heç kimə rahatlıq olmayacaq. Elə dünən “filan-filan ölkələrə getməyin” xəbərdarlıqları rəsmən başlayıb…

Mübarizə (və ya müharibə) qızışıb, əməlli-başlı zirvəyə yüksəlib. Bıçağın sümüyə dayandığı yerdəyik. Çalxantı böyük olacaq. Heç kim güvəndə deyil. Deyəsən, qəribə şeylər olacaq…Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam