Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

KQB şefinin iki casusun qətli barədə əmri... –İrina və Oleq necə “qeyb” oldu? – Şok dosye

 

 

         

1971-ci ilin sentyabrında 105 sovet diplomatının Böyük Britaniyadan deportasiya olunması əsrin casus qalmaqalı kimi tarixə düşüb. Bu hadisədən sonra SSRİ uzun müddət Böyük Britaniyada özünün agentura şəbəkəsini bərpa edə bilməyib.

Yenixeber.org: Bu maraqlı casus qalmaqalının tarixi və onun memarı haqqında yazını təqdim edirik.
Hadisənin baş verdiyi ərəfədə SSRİ kəşfiyyatının (KQB) 34 yaşlı zabiti Oleq Lyalinin fotoları Qərb mediasında səs-küy salmışdı.

Uzun illər hesab olunurdu ki, Oleq Lyalin sərxoş vəziyyətdə avtomobilində saxlanıldıqdan sonra İngiltərədəki SSRİ casus şəbəkəsini və ölkəsinin təxribat planlarını Qərb dövlətinə satıb.

Ancaq Federal Təhqiqatlar, Mərkəzi Kəşfiyyat və Mİ5-in ictimaiyyətə açılan arxivləri göstərib ki, Londonda sovet agentura şəbəkəsinə qarşı aksiya bir neçə il əvvəl hazırlanıb və diqqətlə planlaşdırılıb. Lakin Mİ5 xidməti hadisədən bir neçə ay əvvəl ikitərəfli agent olan Lyalinin “sərxoş” halda saxlanılması əməliyyatını quramaqla sovet agentura şəbəkəsinə qarşı özünün planlarını həyata keçirməyi bir qədər tezləşdirib.

Adları verilən sovet casusları əsasən, Londondakı SSRİ ticarət evinin, SSRİ səfirliyinin, “İnturist”in, Moskva Bankının London filialının, “Soveksportfilm”in, “Aeroflot”un və digər ticarət təşkilatlarının əməkdaşları olub.
“Siz, mənimlə bu tonda danışa bilməsiniz, siz mənə toxuna bilmərsiniz, mən KQB-nin zabitiyəm”, - Oleq Lyalin onu içkili vəziyyətdə saxlayan London polis zabitinə qışqırırmış. Bunu o dövrdə London polisi BBC-yə həbs haqqında danışarkən deyirib.

Bir neçə gündən sonra sovet kəşfiyyatçısının adı və fotoları artıq Qərb mediası tərəfindən çap olunur və beləcə beynəlxalq qalmaqal yaratmaq məqsədilə provokasiya hazırlanır. Lakin sovet kəşfiyyatçısı haqqında daha geniş informasiya MKİ və Mİ5-in arxivlərində saxlanılırdı. Bu arxiv sənədləri 2018-ci ilin fevralında açıq elan olunub.

Bu geniş informasiyalardan bəlli olur ki, Oleq Lyalin 1937-ci ildə Svestopolda doğulub və KQB-nin məktəblərində hazırlıq keçib. 1960-cı illərdə onu sovet ticarət nümayəndəliyinin adı altında Londona göndəriblər.

KQB-də Lyalinin işindən razı qalıblar və tezliklə Oleq xüsusi xidmət işinə bilavasitə qoşulub. Onu hətta SSRİ KQB-nin ən yüksək məktəbi olan Ali Kəşfiyyat Məktəbinə göndəriblər. Daha sonra Lyalin KQB-nin Beşinci İdarəsinə keçib. Hansı ki, bu idarə əsasən, əks-kəşfiyyat fəaliyyətinə cavabdeh idi və Qərb dünyası ilə ideoloji mübarizə aparırdı. Son 10 ilini Böyük Britaniyada informasiya toplamaq, həmçinin şəbəkəyə yeni informatorlar cəlb etmək, ehtiyac olduğu təqdirdə bu informatorları İngiltərədə SSRİ xeyrinə aktivləşdirmək kimi ciddi iş aparan Oleq Lyalin əsasən, sovet ticarət evinin əməkdaşı kimi pərdələnirdi. Bütün bu fəaliyyəti dövründə KQB zabitinin xanımı Rusiyada yaşayıb.

Lyalin özü Britaniya əks-kəşfiyyatına danışırmış ki, SSRİ xüsusi xidmət orqanları ordunun müflisləşməsini qabardaraq, ölkədə siyasi böhran yaratmaq haqqında düşünürmüş. Bu məqsədlə KQB Şotlandiyada yerləşən Xolil-Lox körfəzi istiqamətində suyu və hətta qrunt sularını radioaktiv maddələr hesabına yoluxdurmaq niyyətində imiş. Qeyd edək ki, həmin dövrdə qeyd edilən ərazidə ABŞ hərbi donanmasının bazası da yerləşirmiş. KQB qrunt sular vasitəsilə içməli su mənbələrinin tərkibini istədiyi formada dəyişdirmək planına malik imiş. Ancaq bu planın icra edilməsi haqda əmr verilməyib.

Bununla belə, SSRİ-nin ən güclü KQB məktəbini keçən Oleq Lyalinin nədən İngiltərə əks-kəşfiyyatının əlinə düşməsi, onlarla belə asanlıqla əməkdaşlıq etməsi Moskvada anlaşılmırdı. Çünki çekistlər içkili halda yaxalandıqda, bu faktdan onlara qarşı şantaj kimi istifadə edilməsi mümkün olsa da, agentin dərhal cəbhəsini dəyişməsi asan baş verə bilməzdi. Yəni bu ciddi şantaj sayılmır.

Bu mənada Oleq Lyalinin asanlıqla Mİ5-in qucağına düşməsinə dair bir necə versiya var. Bunlardan ən ağlabatını isə KQB zabitinin Londondakı sovet ticarət evinin əməkdaşlarından olan İrina Teplyakova ilə roman yaşaması və bunun Mİ5 tərəfindən izlənməsi olub.

Mİ5 Lyalini öz müdirinin xanımı İrina ilə eşq romanının olduğunu açıqlamaqla şantaj edib, bu informasiyanı KQB-yə və onun Rusiyada qalan xanımına ötürəcəyini deməklə Britaniyada olan sovet casuslarının adlarını tədricən ondan ala bilib və beləcə XX əsrin casus qalmaqalı hesab olunan 1971-ci il hadisəsi baş verib. O, da ciddi ehtimal olunur ki, KQB zabiti ilə eşq romanı yaşayan İrinanın özü də Britaniya əks-kəşfiyyatına cəlb edilən casus imiş.

Sovet KQB-də əks-kəşfiyyata rəhbərlik edər Oleq Kaluqin özünün memuarlarında qeyd edir ki, bu hadisə ortaya çıxdıqdan sonra KQB sədri Yuri Andropov Oleq Lyalinin aradan götürülməsinə dair şəxsən göstəriş verib. Lakin SSRİ casusları Lyalin və İrina Teplyakovanı tapa bilməyiblər. KQB ehtimal edib ki, xainlərə yeni sənədlər verilib və onların xarici görünüşü dəyişdirilib.

“Bizim Lyalinin verdiyi informasiyaların mötəbərliyinə heç bir şübhəmiz yoxdur”, - bunu İngiltərə əks-kəşfiyyatı müttəfiqi olduğu Mərkəzi Kəşfiyyat İdarəsinə göndərdiyi məxfi yazışmalarda qeyd edir. Sonradan Lyalinin haqqında informasiya ABŞ Prezidenti Riçard Niksonun milli təhlükəsizlik müşaviri Kissincerin masasına qoyulub. Lyalinin verdiyi informasiyalar sayəsində SSRİ-nin ABŞ, Kanada və Kolumbiyadakı şəbəkəsi də ifşa edilib.

Bununla belə SSRİ-yə böyük zərbələr vuran Lyalini KQB heç vaxt tapa bilməyib. Böyük Britaniyanın əks-kəşfiyyatı Lyalinin uzun sürən xəstəlik səbəbindən 1995-ci ildə dünyasını dəyişdiyini açıqlayıb. Ancaq onun konkret olaraq hansı xəstəlikdən öldüyü açıqlanmayıb.(teleqraf)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam