Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

SOCAR Pakistana kreditlə 100 milyon dollarlıq neft məhsulları satmaq istədi, iki struktur etiraz etdi -BÜROKRATİK ƏNGƏL

 

SOCAR Pakistana kreditlə 100 milyon dollarlıq neft məhsulları satmaq istədi, iki struktur etiraz etdi - BÜROKRATİK ƏNGƏL

Pakistanın Ticarət Nazirliyi və dövlət satınalmalarının nizamlanması üzrə Orqanı (PRPA) Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın bu ölkəyə 3 aylıq kreditlə 100 milyon dollarlıq neft məhsulları və sıxılmış qaz satmaq təklifinə etiraz edib.

Yenixeber.org: Pakistan KİV-ləri xəbər verir ki, həmin strukturlar hökumətin yerli PSO şirkəti ilə SOCAR arasında kreditlə neft məhsullarının alınmasına dair müqavilənin imzalanmasına dair yanvarın 1-də verdiyi təklifə qarşı çıxıb.

Həmin müqavilə Pakistanla Azərbaycan arasında hökumətlərarası razılaşma çərçivəsində imzalanmalı idi. Razılaşmaya əsasən Pakistan tərəfi PSO şirkətini SOCAR-la dövlət qarantiyası olmadan 100 milyon dollarlıq kredit xəttinin açılmasına dair sövdələşmənin imzalanması üçün müvəkkil təyin edib.

Təklif yanvarın 1-də Pakistan hökumətinin iqtisadi koordinasiya Komitəsinin (ECC) iclasında müzakirə edilib. Lakin Ticarət Nazirliyi və PRPA təklifin onlarla əvvəlcədən müzakirə edilmədiyini əsas gətirərək qarşı çıxıblar. Bundan sonra ECC SOCAR-la müqavilənin bağlanması məsələsini təxirə salıb.

Azərbaycanla kredit xətti SOCAR-a Pakistana neft və sıxılmış qaz ixrac etməyə imkan verəcəkdi. Bildirilirdi ki, Azərbaycan tərəfi Pakistanla dostluq münasibətlərindən çıxış edərək bu ölkəyə neft və sıxılmış qazın güzəştli şərtlərlə, dövlət qarantiyası olmadan kreditlə satılmasına razılıq verib. Pakistan əsasən Yaxın Şərq ölkələrindən kreditlə 3.2 milyard dollarlıq neft almağa ümid edir ki, ölkədə yanacağa olan tələbatı ödəyə bilsin.

Pakistanın valyuta ehtiyatlarının sürətlə tükəndiyi bir vaxtda hökumət Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə neft krediti xəttini genişləndirməyə nail olub. Belə bir vaxtda Azərbaycan hər hansı suveren qarantiya olmadan neft məhsulları almaq üçün Pakistana 100 milyon dollarlıq kredit xətti açmağa razılılıq verib. Bu təklif kiçik olsa da yerli mətbuat yazır ki, Pakistanın valyuta ehtiyatlarının tükənməsinin qarşısını almağa kömək edəcəkdi. Lakin bu razılaşma Pakistanda bürokratik əngəllərlə qarşılaşıb. İndi ECC xüsusi icazə verməlidir ki, Azərbaycan şirkəti ilə müqaviləni PRPA qaydalarından yan keçməklə imzalamaq mümkün olsun.

Məlumata görə PSO şirkətinin direktorlar şurası SOCAR-la sövdələşmə layihəsini razılaşdırıb və hökumətdən xahiş edib ki, Azərbaycandan neft məhsulları idxal etmək üçün ona PRPA qaydalarından yan ötməyə icazə versin.

Planlaşdırılır ki, SOCAR Pakistana neft məhsullarını Birləşmiş Ərəb Əmirliklərindəki Fujeyra terminalından çatdıracaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam