Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Lütvəli Babayev şəhid ailəsini təhqir edir-aprel şəhidinin atasından ŞİKAYƏT/FOTO 

          

Lütvəli Babayev oğlumun ruhunu təhqir edir- aprel şəhidinin atasından ŞİKAYƏT/FOTO
Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Zərdab rayon Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev tərəfindən şikayət ünvanlanıb. Müəllif müraciətində rayon rəhbərliyi tərəfindən qarşılaşdığı haqsızlıqlardan, təhqirlərdən bəhs edir. Biz müraciətdə yer alan ittihamlarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"Mənim oğlum Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub.
Evimiz yaşamağa yararsız vəziyyətdə olduğu üçün preziden cənab İlham Əliyevə ərizə ilə müraciət edib yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş etmişdim.Həmin ərizəm icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi.Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam mən bunu bacararam.
Həyat yoldaşım bu alçaqlığa görə intihar etmək istəyir. Artıq bu haqsızlığa görə xəstəlik tapmışıq.İnsan nə qədər əzazil ola ki, şəhid olmuş şəxsin valideyinlərinə camaatın gözü qarşıında çəkinmədən belə yaramaz alçaqlıq edər.
Mən özüm Qrabağ müharibəsi veteranıyam, qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir.Bizim ailə vətənpərvərdir, ancaq Lütvəli Bbayevin özü və yaxınları vətən uğrunda gedən döyüşlər zamanı qaçıb gizləniblər. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Allahdan Lütvəli Babyevə isə cəza diləyirik. Allah onun bəlasını versin. 
Yenixeber.org olaraq qarşı tərəfi dinləməyə hazırıq!






0

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam