Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

BÖYÜK REGİONDA YENİ GÜC MƏRKƏZİ YARADAN BALACA ÖLKƏ…-Qətər Türkiyə ilə birgə güclü hərbi-siyasi blok formalaşdırır

Özü balaca, dünya iqtsadiyyatındakı çəkisi böyük olan Qətər bu gün Milli Gününü (18 dekabr 1878-ci il) qeyd edir. Fars körfəzindəki digər ərəb ölkələrindən təcrid olunmasına baxmayaraq, Qətər son vaxtlar qətiyyətli addımları ilə yadda qalır. 2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Dohanı terrorizmi dəstəkləməkdə və onların daxili işlərinə qarışmaqda ittiham edərək Qətərlə diplomatik əlaqələri kəsdilər. Bunun ardınca Qətərə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq edildi. Həmin ölkələr öz hava məkanlarını da Qətərin üzünə bağladılar.

Yenixeber.org: Ərəb qonşuların bu qərarını əsassız hesab edən Qətər bütün bunların fonunda əmin addımlarla irəliləyir. Özünə yeni müttəfiqlər tapır, OPEK-dən çıxır, ABŞ iqtsadiyyatına milyardlar yatırır, Milli Gününü təntənəli şəkildə qeyd edir və 2022-ci il futbol üzrə dünya çempionatı üçün qızıl fasadlı stadion inşa edir. Bu arada, Qətər futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk Yaxın Şərq ölkəsi olacaq.

Bütün bunlar ortaya maraqlı suallar çıxarır. Qətərin müstəqil mövqeyi Yaxın Şərqdəki güc konfiqurasiyasını necə dəyişir? Regionda daha bir güc mərkəzi yaranırmı?

Ayın 16-da ölkənin energetika naziri Saad əl-Kaabi bildirdi ki, Qətərin dövlət neft şirkəti “Petroleum” ABŞ-ın energetika layihələrinə 20 milyard dollardan çox sərmayə qoyur. Bundan başqa, Qətər illik 77 milyon tonluq təbii qaz istehsalını qarşıdakı illərdə 110 milyon tona çatdırmağı planlaşdırır.

Saad əl-Kaabi

Dekabrın əvvəlində Qətər 57 ildir üzv olduğu OPEK-dən çıxdığını açıqladı. Ölkə bu təşkilatı rəsmən 2019-cu il yanvarın 1-də tərk edəcək. Bu bəyanat Rusiya və Səudiyyə Ərəbistanı “OPEK+”in neft hasilatının azaldılmasına dair razılaşmasını uzatmaq barədə qərarından iki gün sonra səsləndirildi.

2017-ci ilin 5 iyunundan Fars körfəzində Qətərlə bağlı diplomatik böhran davam edir. Səudiyyə Ərəbistanı başda olmaqla, əmirliyin ərəb qonşuları və onların müsəlman dünyasındakı müttəfiqləri Qətəri İŞİD-dən tutmuş, “Ən-Nusra Cəbhəsi”, “Müsəlman qardaşlar” və “Əl-Qaidə”yə qədər ən müxtəlif terrorçu qruplaşmalara dəstək verməkdə, KİV-lərin köməyi ilə onların ideologiyalarını yaymaqda, Türkiyə ilə “təhlükəli əlaqələr” qurmaqda və İrana dəstək verməkdə ittiham etdilər.

Qətər hökumətinə göndərilən 13 bəndlik siyahıda rəsmi Dohadan aşağıdakılar tələb olunurdu: Qadağan edilmiş və digər ərəb dövlətlərinin terrorçu təşkilat kimi tanıdığı “Müsəlman qardaşlar” hərəkatı ilə bütün münasibətləri dayandırmaq; Tələblər siyahısını tərtib edən ölkələrdən gələnlərə vətəndaşlıq verməkdən imtina etmək və hazırda onlardan Qətər ərazisində olanlarını bu ölkələrə geri göndərmək; Siyahı müəlliflərinin terrorçu kimi tanıdığı və axtarışa verdiyi şəxsləri təhvil vermək; ABŞ-ın terrorçu kimi tanıdığı bütün ekstremist təşkilatlara soponsorluğu dayandırmaq; Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrində maliyyələşdirilən müxalifətçilərin siyahısını təqdim etmək; Siyasi-iqtisadi siyasətdə və digər sahələrdə Əməkdaşlıq Şurasının qərarlarına zidd getməmək; “Əl-Cəzirə”, “Arabi21” və “Middle East Eye”i maliyyələşdirməyi dayandırmaq; Kompensasiya ödəmək; İranla diplomatik əlaqələri kəsmək; Türkiyə ilə hərbi əməkdaşlığı dayandırmaq və Qətərdəki nəhəng Türkiyə hərbi bazasının fəaliyyətinə son vermək.

Qətər bu tələbləri yerinə yetirməkdən imtina etdi. Əmir Tamim Əl Tani bəyan etdi ki, körfəz ölkələri Qətərdə hakimiyyət dəyişikliyinə çalışırlar, bu səbəbdən də əsassız ittiham və tələblər irəli sürürlər.

İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir neçə görüş keçirəndən və Ankaranın Dohaya tam dəstək verdiyinə dair bəyanatından sonra Tamim Əl Tani elan etdi ki, Türkiyənin əmirlikdəki hərbi iştirakı genişlənəcək. Qətərin hərbi hava və hərbi dəniz qüvvələrinin tərkibi isə yaxın vaxtlarda iki dəfəyədək artırılacaq.

Bügünlərdə Qətərdə 2022-ci il futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan əsas stadionun təqdimatı keçirildi. Baxmayaraq ki, körfəzin digər ərəb ölkələri çempionatın boykot edilməsinə və ya onun başqa ölkədə keçirilməsinə çağırışlar etmişdilər. Onlar iddia edirdilər ki, Qətər 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyini FİFA məmurlarını ələ almaqla qazanıb.

Qızıl fasadlı stadionun inşası 2020-ci ildə başa çatacaq. Paytaxt Dohadan 15 kilometr aralıda yerləşən bu stadionla bağlı layihənin ümumi dəyəri 45 milyard dollardır.

Hərbi-siyasi ekspert Mixail Maqid Qətərin özünü bu qədər müstəqil aparması, bu kiçik monarxiyanın Yaxın Şərqdə güc konfiqurasiyasını dəyişməsi, Səudiyyə ilə yanaşı İran-şiə blokuna qarşı da dirənməsini, həmçinin bütün bu prosesdə ABŞ, Rusiya, Çin, Türkiyə, İsrail və digər vacib oyunçuların rolunu şərh edib:

“Yaxın Şərq dövlətləri arasında qarşıdurma güclənir. Və gözümüz önündə üçüncü güclü Türkiyə-Qətər hərbi-siyasi bloku formalaşır. Gələcəkdə onlara Küveytin də qoşulması istisna deiyl. Dünyada neftin qiyməti düşür və bu fonda təkcə Qətər yox, bir sıra başqa ölkələr də OPEK-lə əlaqələri kəsmək və neftlə bağlı sərbəst qərar vermək istəyər. Çünki bu onlara OPEK-də qalıb onun qoyduğu məhdudiyyətlərə əməl etməkdən daha çox sərf edir. Əgər Qətər OPEK-dən çıxarsa, gündəlik neft hasilatını 100-150 min barrelə çatdırar. Bu o qədər də çox deyil və neftin dünya birjalarındakı qiymətlərinə təsir etməz. Amma Qətər üçün bu olduqca sərfəli olar.

İkincisi, hazırda Vaşinqtonda beynəlxalq “kartellərə” qarşı mübarizəyə dair qanun layihəsi hazırlanıb. Buna qədər ABŞ prezidentləri belə təşəbbüsləri bloklayırdı. Lakin Donald Tramp belə tədbirlərin tərəfdarıdır. Qətər ABŞ-ın mümkün belə sanksiyalarının təsiri altına düşməkdə maraqlı deyil. Qətərin marağında olan Vaşinqtonla münasibətləri yaxşılaşdırmaqdır”.

Bu vaxta qədər Fars körfəzi regionunda qarşudurma tərəfi Tehranla Ər-Riyad idi. İndi isə vəziyyət dəyişib. Özü də Qətər bu məsələdə tək deyil və Ankara ilə Çin onun tərəfindədir. Bu yaxınlarda Doha ilə Pekin arasında yüksək səviyyəli danışıqlar keçirildi. Qətər Çinin “Bir kəmər, bir yol” layihəsində də böyük rol oynayır. Bütün bu məqamları qiymətləndirən ekspert Türkiyə və Qətərdən ibarət üçüncü blokun formalaşdığını bildirib:

“Bu blok müstəqil siyasət yürütməyə iddialıdır. Hərbi baxımdan güclü olan müsəlman dövləti Türkiyə son illər aktiv xarici siyasət yürüdür. Nəhəng maliyyə resursları və “Əl-Cəzirə” kimi kanalı olan Qətərlə birləşən Türkiyə özü böyük və müstəqil bir gücdür. Ona görə də Ankara Qətəri bundan sonra da qorumağa davam edəcək. Bu arada, bu yaxınlarda Türkiyə ilə Küveyt arasında da hərbi saziş imzalanıb. Çinə gəldikdə, regionda baş verənlərdə olduqca vacib komponentdi. Lakin Çin sərhədlərindən böyük məsafədə yerləşən ölkələrin yerli siyasətinə açıq müdaxilədən yayınır. Pekin sadəcə öz pulları ilə bu siyasətə təsir göstərir. Qətərlə Çinin münasibətləri gücləndirməsi hər bir halda Qətərin siyasi təsirini də artırır”.Tərcümə Strateq.az-ındır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam