Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

TÜRKİYƏNİN 9-cu HƏRBİ-DƏNİZ BAZASI RUSİYADA TƏŞVİŞ YARADIB:“Onlar bölgəsəl dəniz dövlətinə çevrilmək istəyirlər” – Araşdırma

Aleksey Neçayev, Nikita Kovalenko, Mariya Trubina

vzqlyad.ru, 12.12.2018

 

Türklər Qara dənizdə hərbi-dəniz bazası qururlar. HDQ-nin sayca doqquzuncu bazası keçmiş sovet sərhədinin cəmi 100 km-liyində yerləşəcək. Türkiyə mətbuatında güman edirlər ki, bu obyekt Rusiyadan gələn qaz borusunu qorumalıdır. Bu belədirmi? Və Türkiyə Rusiyanın qara dəniz donanmasına qarşı nə qoya bilər?

Yenixeber.org: Türkiyə Qara dənizin şərq sahilində yeni hərbi-dəniz bazası yaratmaq niyyətindədir. Yerli “Milliyet” qəzeti bu haqda çərşənbə axşamı xəbər verib. Nəşrin məlumatına görə, yeni hərbi obyekt Trabzon şəhərinin 40 km-liyində Sürmənə yaşayış məntəqəsi bölgəsində yerləşəcək. Hərbi bazada 400 hərbçi və 200 mülki qulluqçu xidmət edəcək.

Habelə xəbər verilir ki, Türkiyə ABŞ Kerç boğazında böhran eskalasiyasından sonra özünün hərbi gəmilərini Qara dəniz akvatoriyasına göndərmək planları haqda məlumat verəndən sonra bu addımı atır.

Hərb-dəniz bazasının açılmasına daha bir səbəb noyabrın 5-də “Türk axını” qaz kəmərinin açılışı olub. Amma ekspertlər yada salırlar ki, onun inşası haqda planlar hələ soyuq savaş dönəmindən bəri bir neçə onillik boyu mövcud olub.

Qeyd etməyinə dəyər ki, qurulacaq hərbi baza Türkiyə HDQ-nin doqquzuncu bazası olacaq, indiki anda isə Türkiyənin dörd dənizdə səkkiz hərbi-dəniz bazası var: Aralıq dənizində Mersin və İskəndərunda, Egey dənizində Akzas və Foçedə, Mərmərə dənizində Gəlcükdə, Qara dənizdə Ereqlidə, habelə Bosfor və Dardanell boğazları bölgəsində İstanbul və Çanaqqalada.

Əslində, daha bir hərbi-dəniz bazası türklərin nəyinə gərəkdir?

Qara dəniz donanmasının keçmiş komandanı, admiral Vladimir Komoyedov “Vzqlyad” qəzetinə bildirib: “Bu baza Türkiyəyə açıqca ABŞ hərbi gəmilərindən qorunmaq üçün gərək deyil. Bu, haradasa, Avropadakı RƏM sistemlərinin İran raketlərinə qarşı durması kimi bir şeydir. Montre konvensiyasına əsasən, amerikalılar orada 21 gündən artıq ola bilməzlərsə, baza tikmək və orada hərbi-dəniz yumruğu yaratmaq Türkiyənin nəyinə gərəkdir?”

Komoyedov qeyd edib: “Şərq – incə bir məsələdir. Bu, təkcə hərəmxanalar deyilhəm də dənizdə yaratmağı bacardıqları gücdür. Və bu, düşünməyə vadar edir”.

Onun sözlərinə görə, özü də məhz Türkiyənin, çətin ki, Amerikanın planlarıyla bağlı olan niyyətləri haqda düşünməyinə dəyər.

Komoyedov qeyd edib ki, Amerikanın Qara dənizdə potensial güc eskalasiyası yalnız deklarativ səciyyə daşıyır. Admiral izah edib: “Hətta nəzəri güman etsək ki, ABŞ Montre konvensiyasına zidd olaraq Mərmərə və Aralıq dənizləri üzərindən Qara dəniz istiqamətində özünün aviadaşıyıcı və raket daşıyan gəmilərini cəmləməyə çalışır. Onun Qara dəniz kimi donanmamızın və Cənub dairəsnin gücləri tərəfindən eninə, uzununa atəşə tutulan qapalı hərbi-dəniz fəaliyyəti teatrına girməyinin heç bir mənası olmayacaq”.

Komoyedov habelə qeyd edib: “Qara dəniz və Türkiyə donanmaları bu gün, haradasa, eyni durumdadır. Mənim Qara dəniz donanmasına komandanlığım zamanı2000-ci illərin başında türk donanması bizimkindən dörd dəfə güclüydü”.

Həmsöhbətimiz deyib: “Türkiyə iqtisadi planda durmadan irəli gedib, öz gəmiləri, katerləri, sualtı qayıqları meydana çıxıb, bizim donanmanın isə, məsələn, cəmi bir sualtı qayığı vardı”.

Admiralın sözlərinə görə, amma Qara dəniz donanması yeni texnika alandan sonra Türkiyə ilə güc nisbəti tənləşib. Komoyedov açıqlayıb: “İndiki anda bizim tamdəyərli sualtı qayıqlar qrupumuz var, yeni gəmilər, o cümlədən raket gəmiləri və freqatlar meydana çıxıb”.

O, eyni zamanda vurğulayıb: “Türkiyə də yerində durmayıb, onlar da inkişaf ediblər. Bazalaşma sisteminin genişlənməsi tendensiyası varsa, deməli, ora qoymalı nəsə var”.

Donanmaya dəstək hərəkatının sədri, birnci dərəcəli kapitan Mixail Nenaşev hesab edir ki, “Qara dənizdə Türkiyə dəniz güclərinin inkişafı gözlənilən məsələdir, lakin onların öz ərazilərində etdikləri bölgə təhlükəsizliyinə və xeyirxah qonuluq münasibətlərimizə ziyan vurmursa, buna anlayışla yanaşırıq”.

Nenaşev açıqlayıb ki, donanmanın inkişafı Türkiyə üçün təbii prosesdir, çünki ölkə ticarətinin 80%-i donanma vasitəsilə aparılır, Türkiyənin ticarət donanması hərbi donanmasından xeyli güclüdür: “Türklər özgə ssenarilərinə qatılmırlarsa, onda qoy bizim etdiyimiz kimi öz infrastrukturlarını qursunlar. Başlıcası budur ki, Türkiyə mövcud sülh konvensiyalarının pozulmasına yol verməsin, artıq ölkələri ora buraxmasın və ölkəmizə münasibətdə fitnəkarlığa yol verməsin”.

Ekspert habelə qeyd edib ki, hərbi-dəniz güclərinin nisbəti baxımından Qara dəniz donanması birgə gücüylə Türkiyəninkindən müqayisəolunmaz dərəcədə güclüdür. “Türkiyə donanması Qara dəniz donanmasını suüstü gəmi və sualtı qayıqların sayına görə üstələdiyinə baxmayaraq,  kimsə bizi yoxlamaq istəsə, buraxa biləcəyimiz raketlərin sayına görə bizim donanma daha güclüdür”.

Onun sözlərinə görə, Türkiyə donanmasının sərəncamında 12-14 sualtı qayıq, 15 böyük suüstü gəmi (həm freqat, həm də keşikçi gəmilər) var, amma bunların hamısı “qocalıb”. Ekspert açıqlayıb: “Türklər indi öz tərsanələrini modernləşdirəcəklər, yeri gəlmişkən, onların gəmiqayırması bizimkindən daha yaxşıdır. Üstəlik xeyli sayda mina-tral gəmiləri desant gəmilərini ehtiva edir, artıq onlar da yaşlanıb”.

…Nenaşev beşillik modernləşmə proqramını baza inşasının gerçək səbəbi adlandırıb – Türkiyə buna əsasən təkcə Qara dənizdə deyil, həm də Aralıq dənizindəki bazalarını yeniləşdirir.

Həmsöhbətimiz qeyd edib: “Onlar birinci bölgəsəl dəniz dövlətinə çevrilmək istəyirlər. Bu, onların planıdır və yerinə yetirməyə çalışırlar”.

Nenaşev hesab edir ki, Türkiyənin Rusiyanı təhdid etməyinin heç bir mənası yoxdur: “Bizim kmi, türklərə də Suriyada münaqişə gərək deyil, çünki onların sərhədinin yanındadır, bu isə qaçqınlar və gərginlik problemidir”.

… Bu qayda ilə belə çıxır ki, baza təkcə “Türk axını” qaz kəməri naminə yaradılmır. Türkiyə özünün hərbi-dəniz gücünü artırmaq haqda düşünür – o cümlədən Qara dənizdə. Bunun Rusiya üçün önəmi az deyil. Ölkələrimiz indi, doğrudan da, taktiki müttəfiqlərdir, amma fakt deyil ki, həmişə belə olacaq. Xüsusən də Türkiyə qabaqkı kimi NATO-ya daxil olduğu üçün, Rusiyanın bu blokla münasibətlərini isə sadə saymaq olmaz.Tərcümə Strateq.az-ındır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam