Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

15 il DTK-nın, 15 ay SSRİ-nin rəhbəri olan Yuri Andropov haqqında ən maraqlı 15 fakt

 

Onun adı Kreml tarixinə ən müəmmalı, mürəkkəb xarakterli, təkəbbürlü, həmişə birinciliyə iddialı, olduqca qapalı bir siyasi fiqur kimi düşüb. Onu “Stalin rejiminin davamçısı” da adlandırıblar.

Yenixeber.org oxuculara 15 il DTK-ya, 15 ay SSRİ-yə rəhbərlik etmiş Yuri Andropov haqqında ən maraqlı 15 faktı təqdim edir.

1. Yuri Andropovun tərcümeyi-halı müxtəlif dövrlərdə fərqli təqdim olunub. Onun Stavropolda, yaxud Moskvada anadan olması, milliyətcə kim olduğu bu günə qədər də qeyri-müəyyəndir.

2. Gələcəyin baş katibi 7 illik məktəbdən sonra Rıbinsk su nəqliyyatı texnikumunda və Moskva Ali Partiya məktəbində təhsil alıb.

3. Uşaqlığı ağır və çətin keçən Andropov ilk əmək fəaliyyətinə 16 yaşında anbarda yük daşımaqla başlayıb.

4. Gələcəyin ordu generalı hərbi xidmətdə olmayıb və 1941-45 müharibəsində iştirak etməyib. Sağlamlığında olan problemlərə görə ona “ağ bilet” veriblər.

5. Andropov iki dəfə ailə həyatı qurub. Birinci nikahdan bir oğlu və bir qızı olub. Oğlu Vladimir 23 yaşına qədər iki dəfə məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra işkiyə qurşanıb və 35 yaşında qaraciyər serrozundan vəfat edib. Andropov oğlunun dəfnində iştirak etməyib. İkinci nikahdan da bir oğlu, bir qızı olub.

6. Andropovun siyasi fəaliyyəti Yaroslavlda komsomol orqanlarından başlayıb, bir neçə ilə o, vilayət komsomol komitəsinin birinci katibi vəzifəsinə qədər yüksəlib, sonrakı fəaliyyətini isə partiya orqanlarında davam etdirib.

7. 1953-cü ildə Vyaçeslav Molotovun təşəbbüsü ilə Andropov Xarici İşlər Nazirliyinin strukturuna keçirilib, qısa müddət nazirliyin aparatında şöbə müdiri işlədikdən sonra Macarıstana səfir göndərilib. Məhz elə Andropovun siyasi fəaliyyətində diqqət çəkən, yadda qalan və gələcək karyerasında mühüm rol oynayan məqamlardan biri onun Macarıstanda səfir işlədiyi dövr olub. Həmin dövrdə Macarıstanda kommunist rejiminə qarşı baş verən üsyanların yatırılmasında Andropov böyük fəallıq göstərib. Belə ki, üsyanların yatırılması üçün sovet qoşunlarının ölkəyə daxil olmasına birbaşa Andropov rəhbərlik edib. Hadisələr zamanı Andropov xidməti maşınında üsyançıların müqavimətinə də rast gəlib. Səfir məcburiyyət qarşısında qalıb avtomobildən düşərək üsyançılardan yaxa qurtara bilib. İki saat piyada getdikdən sonra səfirliyə çatıb. O, yol boyu kommunistlərin necə ayaqlarından asıldıqlarının da şahidi olub. Yuri Andropov Macarıstan hadisələri zamanı infarkt keçirib.

8. 1957-1967-ci illərdə Yuri Andropov Mərkəzi Komitədə şöbə müdiri vəzifəsində işləyib. Həmin ərəfədə strukrur dəyişikliyinə görə o, 1962-ci ildən həm də Mərkəzi Komitənin katibi olub.

9. 1967-ci ildən DTK-ya sədr təyin olunan Andropov SSRİ-nin siyasi elitasında mühüm fiqurlardan birinə çevrilib. Onun bu quruma rəhbərlik etdiyi dövr bir çox hadisələrlə yadda qalıb. Andropovun dövründə ştat vahidləri artırılaraq DTK-nın rayon şöbələri yaradılıb. Faktiki olaraq DTK ölkənin bütün sahələri üzrə nəzarət funksiyasına malik olub. Andropovun dövründə “Alfa” qrupu yaranıb. Andropov DTK-da rüşvət və korrupsiya hallarının qarşısını alıb. Həmin dövrdə DTK əməkdaşları milis və hərbçilərdən fərqli dərəcədə daha çox maaş alıb. Andropov DTK-nın hətta sıravi əməkdaşlarının şəxsi problemlərinin həllində lazımi tədbirlər həyata keçirib.

10. Andropov SSRİ-yə 15 aylıq rəhbərliyi dövründə də ölkə tarixində silinməz izlər qoyub. Onun hakimiyyəti dövründə 18 nazir, 37 vilayət və şəhər partiya komitələrinin birinci katibləri vəzifələrindən uzaqlaşdırılıb. Böyük əks-səda doğuran hadisələrdən biri sabiq baş katibin qızı Qalina Brejnevanın və həyat yoldaşı general Yuri Çurbanovun həbsləri olub. Andropovun təzyiqi ilə SSRİ daxili işlər naziri Nikolay Şelokovun öz postundan uzaqlaşdırması, partiya sıralarından xaric edilməsi və sonda nazirin intihar etməsi dövrün ən səsli-küylü hadisələrindən biri olub. Andropov üçün Şelokov hələ onun “milis qiyam”ı etmək istədiyi vaxtdan hakimiyyətdə arzuolunmaz bir fiqur sayılıb. Qeyd edək ki, həmin intihardan bir neçə müddət sonra Şelokovun həyat yoldaşı Andropovun yaşadığı evin liftində silahdan bir neçə dəfə atəş açmış və sonda özünü güllə ilə öldürmüşdü. Siyasi rəqiblər Andropov və Şelokov Kutuzov küçəsində eyni binada yaşayıblar.

11. Müasirləri Andropovun fəaliyyətini islahatçı baş katib kimi deyil, Brejnevin səhvlərini düzəldən rəhbər kimi qiymətləndiriblər.

12. Yuri Andropov zəngin həyat tərzinə meylli olmayıb. Ona bağışlanan hədiyyələri o, dövlət fonduna təhvil verib. Vəfat etdikdən sonra ailəsinə yalnız Kutuzov küçəsindəki mənzil qalıb. Andropov heç bir şəxsi əmlaka, bağ evinə, həmçinin avtomobilə və şəxsi hesabında pul vəsaitinə malik olmayıb.

13. Baş katibin Dmitri Ustinovla sıx dostluq əlaqələri olub. Andropov Kreml məmurlarının səhhətinə cababdehlik daşıyan Yevgeni Çazovla da yaxınlıq edib. Amma bu yaxınlıq siyasi motivlər daşıyıb. Andropov həmçinin ədəbiyyat nümayəndələri ilə də mehriban münasibətlər qurub. Ölümündən sonra məlum olub ki, Andropov özü də şeirlər yazıb.

14. Bir ənənə olaraq Kreml məmurlarının dəfni zamanı mərasim iştirakçıları papaqlarını çıxarıblar. Amma Andropovun dəfnində bu ənənə pozulub. Andropovun matəm mitinqində çıxış etmək Çernenkoya həvalə edilib. Çıxışdan qabaq mikrafonların işləməsini nəzərə almayan Çernenko yanında durmuş Tixonovdan soruşub:

- Şapkalarımızı çıxardaq?

Tixonovun narazı görkəmdə susduğunu görən gələcək baş katib narazılığını bildirib:

- Yoldaş Tixonov, axı hava soyuqdur...

Beləliklə də Andropovun dəfnində Kreml məmurları şapkalarını çıxarmayıblar...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam