Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Böyük Britaniyanı gözləyən qorxunc Brexit Qiyaməti:

Olqa Samofalova

vzqlyad.ru, 30.11.2018

 

Böyük Britaniyanı İkinci dünya savaşından bəri ən güclü süqut gözləyir və bu, ucuz analitiklərin mənasız qondarması deyil, İngiltərə Bankının rəsmi proqnozudur. 

Yenixeber.org: Ölkənin AB-dən çıxmasının – Brexit deyilənin – ssenarilərindən biri, ən azı, məhz belə səslənir. Hansı şəraitdə bu cür qiyamət qopa bilər və Britaniya tənzimləyicisi öz əhalisini niyə vahiməyə salır?

Böyük Britaniyanın Avropa Birliyindən uğursuz çıxışı halında Britaniya iqtisadiyyatını dörd aydan sonra sərt süqut və funt sterlinqi dərin ucuzlaşma gözləyir. İngiltərə Bankı öz araşdırmasında belə bir ssenari təsvir edib.

Çıxışın sərt ssenariləri artıq çox olub. Lakin İngiltərə Bankı, yəqin ki, bunlardan ən fəlakətlisini təqdim edib. Brexit ölkə üçün hətta on il qabaqkı (2008-ci il) kürəsəl böhranın nəticələrindən daha ağrılı ola bilər. İqtisadiyyat 2023-ə doğru 8% oturacaq, Britaniya funtunun kursu isə tam 25% çökəcək. “Bloomberg” xəbər verir – bu, Britaniya iqtisadiyyatının İkinci dünya savaşı dönəmindən bəri ən güclü düşümü olacaq.

Böhran istisnasız olaraq Britaniyanın fəaliyyətinin bütün sahələrinə təsir edəcək. İnflyasiya 6,5%-ə çatacaq, halbuki 90-cı illərdən hətta 4% səviyyəsinə də yetməmişdi. İşsizliyin səviyyəsi 7,5%-ədək ikiqat artacaq, rifah səviyyəsi düşəcək və əhalinin ölkədən kütləvi axını başlanacaq. Həm yaşayış, həm də kommersiya əmlakının qiymətləri kəskin oturacaq – 30–50%.

Bu qədər radikal ssenarinin gerçəkləşməsində əsas şərt ÜTT-nin şərtlərilə deyil, AB ilə sövdələşməsiz və keçid dövrü olmadan Brexit-dir. Söhbət birinci növbədə ondan gedir ki, London Avropa Birliyi ölkələrilə indi malik olduğu ticari imtiyazları saxlamağa nail olmayacaq. Bu isə rüsumların və başqa ticari maneələrin meydana çıxacağını bildirir ki, bu da Britaniya iqtisadiyyatını yatırımçılar və yaşayış üçün artıq o qədər də maraqlı etmir. “Alor Broker”dən Aleksey Antonov deyir: “İngiltərə AB ilə ticari münasibətləri yenidən qurmalı olacaq, şirkətlər iştirakı saxlamaq istədiyi bütün ölkələrdə təmsilçilik açmalı, ticari rüsumların və inzibati xərclərin çoxalmasına pul itirməli olacaq”.

AMB-da hesab edirlər ki, Britaniyanın AB-dən sazişsiz çıxışı daha bir təhlükə yaradır – avrozonanın sabitliyi üçün. Səbəb yüksək əməliyyat xərcləri və bəzi ölkələrdə bankların hədsiz sayıdır. Britaniya bankları da böhran halında “yıxıla” bilər.

Bununla yanaşı, Böyük Britaniyanın sazişsiz AB-dən çıxması təhlükləsi tamamilə gerçəkdir. Britaniya müxalifəti Brexit üzrə AB ilə ölkənin baş naziri Tereza Meyin təklif etdiyi sazişə qarşı çıxış etmək istəyir. Parlamentdə səsvermə dekabrın 11-də olacaq. Müxalifətin məqsədi bu sazişləri pozmaq və AB-yə üzvlük və ÜTT-nin şərtlərilə blokdan çıxmaq haqda ikinci referendum keçirməkdir. Əlbəttə, İngiltərə bankı Meyin tərəfində oynayır və ehtimal ki, qiyamət proqnozlarıyla müxalifəti qorxutmaq istəyir.

Lakin Tereza Meyin Brexit üzrə Avropa Birliyi ilə bağladığı saziş Amerika prezidenti Donald Trampa da xoş gəlmir. Onun sözlərinə görə, bundan sonra Britaniya ABŞ-la ticarət müqaviləsi bağlaya bilməz, bu isə London üçün son dərəcə önəmlidir.

Antonov deyir: “Hakim partiyadakı ikitirəlik buna gətirib ki, görünür, İngiltərə əvvəlcə AB-də öz imtiyazlarını itirməli, sonra isə üzvlük haqqını ödəməyə borclu olduğu dövrdən keçməli və yalnız bundan sonra “normal iqtisadi həyat”a qayıtmağa cəhd etməli olacaq. Funt sterlinqin kursu 25% düşərsə, bu, ağır məsələ  olacaq”.

“Finam” ŞQ-dan Aleksey Korenyev deyir: “İngiltərə Bankı, doğrudan da, vahimə yaradıb. Onun bəyanatı çoxları tərəfindən yaxınlaşan “Armaqeddon” kimi qəbul edilib”.

Amma ekspertlər İngiltərə Bankından ən mənfi ssenarini ağlabatan da saymırlar. Ancaq burası da var ki, ən nikbininə də inanmırlar.

Antonov deyir: “Daha doğrusu, London və Brüsselin saziş əldə etdiyi, amma sonra həvəssiz əməkdaşlıq edəcəyi necəsə orta bir ssenari gözləmək olar. Funt bu zaman 2-3% möhkəmlənəck, İngiltərə ÜDM isə cari artım tempini saxlayacaq”.

Qaldı ki Rusiyaya, Böyük Britaniya ilə ticarət bağlarımız o qədər güclü deyil ki, Brexit iqitsadiyyatımıza güclü təsir edə bilsin. Aleksey Korenyev deyir: “Ola bilsin, Rusiya qarşılıqlı ticarətin hansısa önəmsiz detallarında və işgüzar əməkdaşlıqda udacaq, nədəsə müəyyən çətinliklər meydana çıxa bilər. Amma bu problemlər o miqyasda deyil ki, vətən iqtisadiyyatının dinamikası və inkişaf yönünə təsir edən daha dəyərli amillər fonunda gözədəyən olsun”.

Rusiyanın mal dövriyyəsinin cəmi 2%-ə yaxını Birləşmiş Krallığın payına düşür. Antonov hesab edir: “Biz İngiltərəyə əsasən başqa bazarlara asanlıqla göndərilə biləsi, düzdür, Brexit nəticəsində arta biləcək xammal satırıq”.

O əlavə edir – neft və qaz qiymətlərinin sıçrayışından yayınmaq üçün Rusiyaya əlverişlidir ki, Brexit mümkün qədər yumşaq keçsin.

Həmsöhbətimiz yekun vurur: “Bu hadisə Rusiya üçün daha çox ölkə daxilində ikitirəlyiə yol verməmək baxımından önəmlidir, bizdə də belə dağıdıcı populizmə yol verməmək gərəkdir”.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam