Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

"Baku City Hospital"ın həkiminə ittiham-"...əlimi şikəst etdilər"

           

             "...bu  həkimlər  məndən  6000  manata  qədər  pul  aldılar"

Yenixeber.org: Redaksiyamıza Sabunçu  rayon  Balaxanı  qəsəbə  sakini  Hüseynov   Vidadi  Paşa  oğlunun Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevə və Azərbaycan  Respublikasının  Baş  Prokuroru  cənab  Zakir  Qaralova ünvanlanmış şikayət ərizəsinin surəti daxil olub. Müəllif müraciətində “Baku  City  Hospital"  klinikasında qarşılaşdığı problemlərdən, ona dəyən maddi ziyandan və nəhayət həkim diqqətsizliyi səbəbindən şikəst qalmasından bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

 “Yazıb sizə  bildirirəm  ki,  12.08.2018-ci  il  tarixində  əlim  biləkdən  yuxarı  kəsildiyi  üçün  sığorta  olunduğum  şirkət  tərəfindən  "Baku  City  Hospital"  klinikasına  əməliyyat  üçün  yönləndirildim.  Sığorta  şirkəti  biləyimdə  tikiş  əməliyyatı  aparmaq  üçün   2500  manat  vəsait  ayırsa  da,  bu  klinikanın  rəhbəri  Bayram  Qorçiyev  əməliyyatdan  sonra  mənə  bildirdi  ki, bu  əməliyyat  çox  çətin  olduğu  üçün  əlavə  3000  manat da ödəməlisən.  Sığortaya  müraciət  etdikdə  oradan  dedilər  ki,  sənin əməliyyatın  üçün  2500 manat  artıqlaması  ilə  kifayətdir.  Mən çox  yalvar-yaxardan  sonra  Bayram  Qorçiyevi  1500  ödəməyə razı  sala  bildim.  Baxmayaraq  ki,  bu  pulu  da  borc  alıb,  ödədim .  Beləliklə  bu  tikiş  əməliyyatı  mənə  4000 manata başa  gəldi.  2  gündən  sonra  evə  buraxıldım.  35  gündən  sonra  tikiş  söküldü  və  mənə  dedilər  ki,  barmaqların  işləməsi  üçün  fizioterapiya  lazımdır.  Onların  klinikasında  qiymətlər çox  baha  olduğu  üçün  başqa  yerdə  fizioterapiya  aldım.  Lakin "Güvən "   klinikasında  Elektroneyromioqrafiya  müayinəsi  etdikdən  sonra  məlum  oldu  ki,  tikiş  əməliyyatı  düzgün  aparılmayıb  və  yenidən  əməliyyat  olmalıdır.

 Cənab  Prezident!  Mən  kasıb  birisiyəm.  Sığorta  olunmağıma  baxmayaraq  fizioterapiya  ilə  birlikdə  bu  həkimlər  məndən  6000  manata  qədər  pul  aldılar.  Nəticədə  isə  əlimi  şikəst  etdilər. İndi  də  yenidən  əməliyyat  üçün  mənə  qiymət  oxuyurlar.  Bu klinikanın  rəhbəri  Bayram  Qorçiyevin məni məruz  qoyduğu  vəziyyətlə  bağlı  tədbir  görmənizi  sizdən  xahiş  edirəm”.

                                          Bayram Qorçiyev

Redaksiyadan: Biz məlum qayda və prinsiplərə uyğun olaraq, hörmətli Bayram Qorçiyevlə də əlaqə saxladıq. Bizimlə telefon danışığında həkim belə bir məsələdən xəbərdar olduğunu bildirdi: “Bəli belə bir vətəndaş əlinin sinir və damarları kəsilməsi ilə bizə müraciət edib.  Ya işlədiyi şirkət, ya da dövlət ona sahib çıxıb. Onun əli kəsilməkdən qurtulub. Tərəfimizdən lazımı əməliyyat olunub, onun sinir və damarları müəyyən qədər tikilib. Bunun tam sağalması üçün zaman lazımdır. Bizdə Fizioterapiya şöbəsi var, gəlsin orada məşğul olsun. Bu işlərin heç biri qarantiya deyil ki, əvvəlki kimi tam bərpa olunsun. O ki, qaldı dediyi məbləğə, bəli belədir.

Əməliyyatı assisentlər deyil, mən özüm üç həkimlə etmişəm. Bunun sağalması uzun çəkən prosesdir. Yenə deyirəm, zaman lazımdır. Biz yenə də ondan imtina etmirik. O ki, qaldı mən klinikanın baş həkimi deyiləm”.

"Baku  City  Hospital"  klinikası ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?