Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

CƏNUBİ QAFQAZ ÇƏKİCLƏ ZİNDAN ARASINDA:ABŞ geopolitik toqquşma mərkəzini bu bölgəyə keçirir – TƏHLİL

Stanislav Tarasov

regnum.ru, 18.11.2018 

 

Amerikanın Azərbaycan səfirliyi məlumat verib ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Departamentinin “Amerikanın İrana qarşı sanksiyalarını hökumətlərə izah etmək və Vaşinqtonun İran üzrə qəsdiylə bağlı suallara cavab məqsədilə” yerlərdə rəsmilərlə və işgüzar çevrələrin təmsilçilərilə  danışıqlar aparan ekspertlər qrupu 13-16 noyabrda Bakı, Tiflis və İrəvanda olub.

Yenixeber.org: Səfirlik bununla yanaşı dəqiqləşdirib ki, “bu səfər planlaşdırılmış oxşar görüşlər sırasından sonuncuydu”.

Xatırladaq ki, qabaqlar, sentyabrda Bakıda Azərbaycanın İqtisadi İslahatlar və Kommunikasiya Mərkəziylə tərəfdaşlıqda beynəlxalq anlaşılma uğrunda işgüzar Şuranın (BCIU) Amerikanın tam iyirmi şirkəti və Dövlət Departamentinin iqtisadi məsələlər üzrə təmsilçilərinin qatıldıqları forumu artıq keçirilib.

BCIU ABŞ-ın keçmiş prezidenti Duayt Devid Eyzenhauer tərəfindən qurulub, əsas məqsədi Amerika şirkətlərinin xarici bazarlarda fəaliyyətinin genişləndirilməsidir. O zaman bildirilib ki, Vaşinqton “Azərbaycanın artan iqtisadiyyatı üçün mexanizmlər yaratmaq məqsədilə hiss olunanan addımlar atmaq” niyyətindədir.

Amma biz Amerikanın müxtəlif idarələrindən təmsilçilərin bölgəyə sıxlaşan gəlişləri sırasında sonuncudan qabaqkına diqqət yetirək. Söhbət ABŞ prezidentinin  milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun səfərindən gedir. O deyib: “Biz hesab edirik ki, İran hökuməti gerçək basqı altındadır, biz onu çox güclü sıxmaq niyyətindəyik. Britaniyalıların dediyi kimi, tumları pırtlayana qədər, limon kimi sıxacağıq”. Və vurğulayıb: “Biz habelə sanksiyalara əməl edilməsinə nəzarəti xeyli gücləndirmək niyyətindəyik”.

Amerikanın “EurasiaNet” nəşri yazır ki, bu, sıradakını bildirir: “İndiyədək Cənubi Qafqaza özəl diqqət yetirməyən ABŞ administrasiyası indi bu bölgə ölkələrini pozuq tarazlıq zonasına daxil etməyə və onları çəkiclə zindan arasındakı duruma qovmağa çalışır”.

Və bu, hətta indi hər üç ölkədə – Azərbaycan, Ermənistan və Gürcüstanda Amerika səfirlərinin olmadığı bir durumda baş verir.

Qeyd edək ki, ABŞ İran neftinin 180 gün ərzində səkkiz ölkəyə – Çin, Hindistan, Yunanıstan, İtaliya, Tayvan, Yaponiya, Türkiyə və Cənubi Koreyaya  ixracına müvəqqəti icazə verib. Lakin Cənubi Qafqaz dövlətləri bu siyahıda yoxdur. Düzdür, Vaşinqton Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyə üzərindən Avropaya tədarük olunacağı boru kəməri layihəsini sanksiya siyahısından çıxdaş edib. Amma Bolton ukraynalılara Rusiya qazının tədarükünə alternativ aramağı məsləhət görərək, Azərbaycandan və ABŞ-dan sıxılmış qaz tədarükü imkanlarını nəzərdən keçirib.

Bununla belə, “Qruzinform” informasiya-analitika agentliyinin baş redaktoru güman edir ki, Vaşinqton Bakıya qarşı vasitəli iqtisadi savaş aça bilər.

Eurasianet” xatırladır – iş burasındadır ki, Azərbaycan Xəzər dənizində bir neçə neft-qaz yatağının istismarı haqda İranla müqaviləyə malikdir. Yalnız, bax, problem bundadır: bu resursların işlənməsi şübhəlidir. Bakının vəziyyəti əlavə olaraq bununla da qəlizləşir ki, Naxçıvan eksklavının daxili istehlakı üçün İran təbii qazının idxalatçısıdır.Azərbaycanlılar Türkiyədən Naxçıvana qaz nəqli üçün boru kəməri xəttinin qurulması haqda 2010-cu ildə Ankarayla saziş imzalayıblar, amma bu, indiyə qədər çəkilməyib, eksklav Tehrandan tədarükdən birbaşa asılıdır.

Bundan savayı, son illərdə daxili istehlak və ehtimal olunduğu kimi, bu il Azərbaycanın 2,7 milyard kubmetr mavi yanacağını idxal etməli olan Gürcüstan qarşısında öhdəlikləri yerinə yetirmək üçün İrandan tranzitlə Türkmənistandan Azərbaycana qaz daxil olur. Belə ki, bəzi yerli ekspertlərin fikrincə, sözdə əsas ticari-iqtisadi tərəfdaşının ABŞ və Qərbin başqa ölkələrinin olduğunu bəyan edən, amma həqiqətdə partiyanı Rusiya, İran və Türkiyənin apardığı Tiflis də çətin duruma düşür.

Gürcüstan Azərbaycan, Türkiyə və İranın iştirakıyla Qara dənizi Fars körfəzi və Hind okeanıyla birləşdirən layihəyə qatılmaqdan boyun qaçırmalı, İranın “Geopars” şirkəti tərəfindən Gürcüstanda Lançxut rayonunun Supsa kəndində ilk neft emalı kompleksinin inşasını dayandırmalı, İranla 2017-ci ildə Gürcüstanın 80 milyon dollara yaxın məhsulunun ixracı müqabilində, demək olar, 200 milyon dollara yetən mal dövriyyəsindən; Gürcüstanın nəqliyyat vasitələri üçün İrandan 70 faizlik güzəştlə alınmış yanacağı və s.-i itirməli olacaq. Gürcüstan iqtisadiyyatı belə zərbəyə tab gətirəcəkmi?

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millzin əvvəllər “Ermənistan iş adamları İran şirkətlərilə biznes aparmazdan qabaq Amerika səfirliyi ilə məsləhətləşməlidir” xəbərdarlığı etdiyi İrəvana gəlincə, İrana qarşı sanksiyalara qoşulacağı halda, İran qazının idxalı və bu ölkəyə elektrik tədarükündən imtina etməli, Tehranla mal dövriyyəsini yığışdırmalı və İran ərazisindən tranzitdən istifadə ideyasını unutmalı olacaq.

Vaşinqton Azərbaycan, Gürcüstan və Ermənistanın bu ağrılı itkilərini nəylə əvəzləyəcək və ümumiyyətlə, İranı dizüstə qoymaq problemini həll edərkən bunları əvəzləmək niyyətindədirmi?

Hər şey Amerikanın keçmiş diplomatı və ABŞ Dövlət Departamentində sanksiya siyasətinin koordinatoru Deniel Fridin verdiyi sualın cavabından asılıdır: “İrana qarşı sanksiyaların qoyulmasını ABŞ-ın təkcə Tehranın “tərki-silah”ını görmək və nüvə proqramı üzrə yeni danışıqlara vadar etmək istəyi kimi yanaşmağa dəyərmi? Yaxud Vaşinqtonun qeyri-rəsmi məqsədi bu ölkədə sosial gərginliyi yüksəltməklə yenə də rejimi dəyişdirməkdir?”Azərbaycanın “Haqqin.az” portalının bu yaxınlarda yazdığı kimi, Vaşinqton İranda Yuqoslaviya ssenarisini işə salsa, nə olacaq?

Nəşrin istinad etdiyi iranlı politoloq, Yaxın Şərq universitetinin professoru Qadir Qolkarian hesab edir ki, “ABŞ daxili separatizmi hərəkətləndirərək İrana qarşı ikinci cəbhəni artıq açıb” və “böyük ehtimal payıyla güman etmək olar ki, Amerika prezidenti Donald Trampın məqsədi rejimin dəyişdirilməsi deyil, İranın parçalanması, Amerikanın nəzarətinə keçən bir neçə etnik subyektə dağılmasıdır”.

Bununla bağlı 1945-ci ildə ABŞ dövlət katibinin müavini Ceym Bronzun İranın yeddi müstəqil dövlətə bölünməsi layihəsini təklif etdiyini Tehranda təsadüfən xatırlamırlar.

Danışırlar ki, Bronzun məktubu geniş ictimaiyyətə məlum olanda İranın gələcək baş naziri Məhəmməd Müsəddiq parlamentdə ağlamağa başlayaraq o zamankı baş nazir İbrahim Həkiminin hökumətini danlayıb ki, “İranın suverenliyini sual altında qoyan məktubu qəbul edib”.

Rusiya İslam Komitəsinin sədri Heydər Camalın vaxtında dediyi kimi, məsələn, İran rejimi və Azərbaycana münasibətdə cürbəcür manipulyasiyalar vasitəsilə İranda Azərbacan kartı oynanmağa başlanarsa, “bu layihənin gerçəkləşməsi birinci növbədə Bakıya zərbə vurardı”. Çünki “məhz təbrizlilər gələr və Bakını özlərinə biləşdirər”, əksinə olmaz.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri bu ssenaridə tamamilə özgə cür görünür.Azərbaycanın bəzi ekspertləri hesab edirlər ki, Bakı Tehrana qarşı sanksiyalara qoşulmağa məcbur görünəcək. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda işləyən analitiki Zaur Şiriyev yazır ki, əvvəlcə gərəkdir ki, Vaşinqton bunun əvəzində “Dağlıq Qarabağa görə Ermənistanla münaqişənin həllində daha fəal rol oynamağa başlasın”.

Lakin amerikalıların belə bir planı və istəyi varmı?

Amerika-İran münasibətləri istənilən halda Yaxın və Orta Şərq və Cənubi Qafqaz geopolitikasının mərkəzinə çevrilir. O, Cənubi Qafqazın xeyli “yanaşı” amillərilə mürəkkəb izlərlə inkişaf edir, amma Vaşinqton bu yöndə düzxətli hərəkət edəcək. O, xeyli kiçik cəbhələrin, yaradılması çoxluğuna, sanksiya rejiminə ümid edir, bölgə ölkələrinin maraq və mövqelərinə toxunan burulğanlaşmalar yaradır. Bu, yeni durumun çox vacib yönünə çevrilir.

İndi çox şey Bakı, Tiflsi və İrəvanın indiki rəhbərliyinin yaranmış vəziyyəti nə qədər adekvat qavramağı və uzunmüddətli amil kimi dəyərləndirib-dəyərləndirmədiyindən asılı olacaq. İstisna deyil ki, respublikalarda bunu Tehranı nüvə proqramı üzrə Vaşinqtonla danışıqlara vadar etməklə bağlı, vur-tut, qısamüddətli fluktuasiya, söhbətin ABŞ tərəfdən yalnız dəqiq siyasi manevr və informasiya-təbliğat fəaliyyəti kimi görürlər. Bununla yanaşı, İran ətrafında və ola bilsin, daxilində hadisələrin inkişafının gerçək problemləri Bakı, Tiflis və İrəvanı “yeni imkanlar pəncərəsi” aramağa təhrik edəcək.

Mübahisəsizdir ki, geopolitik yenidənqurma Yaxın Şərqdən ABŞ-ın basqısı altında görünən və Əfqanıstana qədərki “gərginlik qövsü”nə cəlb edilən Cənubi Qafqaza sarı meyl götürür. Düzdür, Vaşinqtonun gözləntiləri doğrulmaya bilər.

Bəs onda tarazsızladırılan bölgəyə qayda-qanunu kim və necə gətirəcək?

Tərcümə Strateq.az-ındır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?