Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

RUSİYANI SEVMƏMƏK OLAR, AMMA ONUN RESURSLARI VAR! –“ABŞ sanksiyalarının dağıdıcı potensialı var”

rusiya

Qarşıdakı bir neçə ay ərzində enerji bazarındakı vəziyyətin mürəkkəb olacağı gözlənilir. Belə ki, dünyanın iki iri neft hasilatçısı İran və Rusiya ABŞ tərəfindən tətbiq edilən güclü sanksiyalara məruz qalacaq.

Yenixeber.org: İran məsələsi xeyli vaxtdır ki, müzakirə edilir, lakin hal-hazırda korporativ yığıncaqlarda Rusiya ilə bağlı məsələlər daha çox vaxt aparır. Rusiya qarşısında bir sıra tələblərin yerinə yetirilməsi qoyulub. Lakin Prezident Putinin bu tələblərə güzəştə gedəcəyi az inandırıcıdır. Əgər o bunu etməzsə, onda yay ayında Konqresin qəbul etdiyi qanun Donald Trampa bir sıra tədbirər görməyə icazə verir. Bu tədbirlər sırasına Rusiya neftinin idxal olunmasından tutmuş, dövlətin iştirakı ilə həyata keçirilən maliyyə sövdələşmələrinin məhdudlaşdırılmasına qədər, bir sıra məsələlər daxildir.
Heç kim bundan sonra Trampın nə edəcəyini bilmir, bəlkə də, heç onun özü də bilmir. Belə bir qeyri-müəyyənlik son aylarda neftin qiymətinin qalxmasına təsir edən faktorlardan biridir. Qərb texnologiyası Rusiyanın Sovet İttifaqı dövründəki səviyyədə neft çıxarmasına kömək edib. Sentyabr ayında Rusiyanın gündəlik neft hasilatı 11,54 milyon barel olub ki, bu da 1989-cu ilin göstəricisinə uyğundur.

Rusiyanın neft ixracı neft nəqlində hazırki sabitliyin təmin edilməsində mühüm rol oynayır. Yoxsa dünya neft tədarükü Venesueladakı siyasi və texniki problemlərə bənzər şəkildə çətin vəziyyətə düşərdi.

Sanksiyaların yaradacağı nəticələrin necə olacağı hələlik tam bəlli deyil. Neft şirkətləri başda olmaqla Qərb biznesi Rusiyanın neft sahəsinə investisiya yatırılmasına ehtiyatla yanaşır. Çünki bu şirkətlərin əksəriyyətinin ABŞ-da xeyli aktivləri var və onlar əsasən Amerikan maliyyə sistemindən istifadə edirlər. Ona görə də sanksiya tələblərinin pozulması bu şirkətləri maliyyə mənbələrindən məhrum qoya bilər. Heç bir şirkət məhkəmə qarşısında dayanmaq istəmir və təbii ki, şirkətlərin hüquqşünasları onlara risklərdən qaçmağa kömək edirlər. Əgər belə vəziyyət bir neçə ay və ya bir neçə il davam edərsə, onda biz hasilatın tədricən azalmasını müşahidə edəcəyik, çünki köhnə neft yataqlarının istehsal qabiliyyəti azalmağa başlayacaq.

Rusiyanın şimal bölgələrindəki yataqlarda kəşfiyyat və hasilat işi oluqca çətin gedir, texnoloji yeniliklər və beynəlxalq şirkətlərin təcrübəsi olmadan isə, bəlkə də bu mümkünsüzdür.

Rusiyada işləyənlər üçün vəziyyət pisləşə bilər. ABŞ daxili işlər naziri Rayan Zinke Amerikan ordusu tərəfindən Rusiyanın neft ticarət yollarının əngəllənə biləcəyini söyləyib. Əgər bu Moskva tərəfindən cavab tədbirlərinə gətirib çıxararsa, onda Qərb şirkətləri öz aktivlərinin müsadirə edilməsi və ya əldə olunan gəlirlərin verilməməsi ilə qarşılaşa bilərlər. Ona görə də “BP”-nin icraçı direktoru Robert Dadlinin sanksiyaların ciddi dağıdıcı potensialı barəsində xəbərdarlığını anlamaq lazımdır.

İndiki vəziyyət istənilən şirkət üçün ciddi problemlər törədə bilər, lakin buna baxmayaraq onlardan heç biri öz payını satmaq və azaltmaq barədə hər hansı bir istək biruzə verməyib. Şirkətlərin bəziləri yeni sövdələşmələr imzalamağa çalışırlar. Belələri içərisində “Royal Dutch Shell” şirkəti də var və onlar Rusiyanın şimalındakı “Tazovskiy”layihəsinə maraq göstərirlər.

İnvestisiya yatırmağa can atmaq istəyi, Səudiyyə Ərəbistanından tutmuş, İran və Venesuelaya kimi, potensial neft mənbələrinin beynəlxalq investisiyalar üçün bağlı olması ilə əlaqədardır. Hal-hazırda hələlik Rusiya sərhədləri investisiya üçün açıq olan ölkələrdən biridir. Rusiyanın resurs bazası böyükdür. ”BP”-nin sonuncu statistik icmalına əsasən sübut olunmuş ehtiyatlar 106 milyard barel neft və 3 trilyon kubmetr qazdır. Bütün siyasi çağırışlara baxmayaraq, Qərb şirkətləri hələlik orada işləyə və gəlir götürə bilərlər. Vladimir Putin energetika sahəsinin necə işlədiyini yaxşı bilir. Rusiya prezidenti bilir ki, onu hakimiyyətdə saxlayan gəlirlərin açarı beynəxlaq investisiyalardır.

Ticarətin mənəviyyat üzərində həmişə qalib gəldiyini iddia etmək olmaz. Amma Sergey Skripal ilə bağlı hadisələr sözsüz ki, bir neçə ay ərzində tarixə qovuşacaq. Sanksiyalar bir müddət investisiyaların önünü kəsəcək, ancaq çox tezliklə yeni yataqlar işə düşəcək və həyat əvvəlki kimi davam edəcək.

Rusiyanı sevməmək olar, amma onun təbii resursları lazımdır.

(“The Finacial Times”-Böyük Britaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam