Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

RUSİYA VƏ ABŞ ARASINDA YENİ TOQQUŞMA –Trampın raket müqaviləsindən çıxması dünyanı yeni təhlükəyə sürükləyir

raket sistemi

20 oktyabrda ABŞ prezienti Donald Tramp bəyan edib ki, Amerika 30 il bundan öncə Sovet İttifaqı ilə bağladığı orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxır. Vaşinqton bunun səbəbini müqavilənin şərtlərinin Rusiya tərəfindən yerinə yetirilməməsi və həmçinin də sənəddə yeni silahların işlənib hazırlanmasına məhdudiyyətlər qoyulmasıyla izah edib.

Yenixeber.org: Analitiklər hesab edirlər ki, ABŞ-ın bu müqavilədən çıxması nüvə potensialının inkişafı istiqamətində onun qarşısında dayanan əngəlləri götürəcək. Uzunmüddətli perspektiv baxımından bu cür fəaliyyətlər qlobal miqyasda yeni silahlanma yarışına başlama riskini dərinləşdirir.

- Rusiya ABŞ-ın bu bəyanatından təəccüblənməyib…

Orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsi 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanıb.
Bu sənədə əsasən 500 kilometrdən 5500 kilometr radiusadək olan və quruda yerləşdirilən raketlərin sınağı və istehsalı, həmçinin də onların saxlanması qadağan olunur.

Bundan öncə ABŞ dəfələrlə Rusiyanı müqaviləni pozmaqda günahlandırıb. Rusiya tərəfi isə qəti şəkildə bildirib ki, Vaşinqtonun heç bir sübutu yoxdur. Öz növbəsində Rusiya da Amerikanı günahlandırıb. May ayında Rusiya Federasiyası Müdafiə Nazirliyinin məmuru qeyd edib ki, ABŞ özünün raket hücumundan müdafiə sistemini inkişaf etdirmək məqəsədiylə orta və qısa mənzilli raketləri hədəf kimi istifadə edib. Halbuki, ikili müqaviləyə əsasən xarakteristikasına görə orta və qısa mənzilli raketlərə oxşar raketlərin sınaq məqsədiylə istifadəsi qadağan olunur.

21 oktyabrda Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmaq niyyəti barəsində bəyanatla çıxış edib. Rusiyanın xarici siyasət idarəsi bildirib ki, Vaşinqton bu davranışıyla bir qütblü dünyanın bərqərar olmasına can atır.

Rusiya Federal Məclisinin müdafiə və təhlükəsizlik komitəsi sədrinin keçmiş müavini Franç Klinçeviç deyib: “Rusiya üçün Amerikanın bu müqavilədən çıxması heç də gözlənilməz olmadı. ABŞ Moskvanı sənəddəki müddəaları pozmaqda günahlandırır, lakin onlar heç bir sübut təqdim etməyiblər”.

- Tramp administrasiyası nüvə potensialını gücləndirmək istəyir

ABŞ-ın müqavilədən çıxması yeni mövzu sayılmır. Bundan öncə – 2002-ci ildə ABŞ birtərəfli qaydada Raket Əleyhinə Müdafiə Sistemlərinin Məhdudlaşdırılması müqaviəsindən də çıxmışdı. Həmin müqavilə ABŞ və SSRİ arasında 1972-ci ildə imzalanmışdı. Bundan sonra ABŞ Raket Əleyhinə Müdafiə sistemlərinin yerləşdirlməsi və onların inkişaf etdirilməsi əngəllərini tamamilə qaldırdı.

Çinin “Pangoal İnstitution” “beyin mərkəzi”nin aparıcı elmi əməkdaşı Lyan Yabin hesab edir ki, ABŞ-ın orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxmasının iki əsas səbəbi var:

Birincisi - bu sənəd yalnız ABŞ və Rusiyanın fəaliyyətlərini məhdudlaşdırır, digər ölkələrə toxunmur.

İkincisi – Amerika administrasiyası hesab edir ki, indi böyük dövlətlər arasında rəqabət və mübarizə dövrüdür, orta mənzilli raketlər isə əsas silah sayılır.

Onun sözlərinə görə, prezident Donald Tramp öz vəzifəsinə başlayandan sonra strateji nüvə silahından taktiki nüvə silahına keçidə təkan verdi. Bundan başqa nüvə silahının “intellektuallaşdırılması” və ölçülərinin azaldılması prosesi gedir. Müqavilədən çıxma nüvə potensialının konkret aktivləşməsinin açıq təzahürüdür.
Amerikan administrasiyasının nüvə silahı potensialını gücləndirmək niyyəti bu ilin əvvəlindən başlanıb. Fevral ayında ABŞ Müdafiə Nazirliyi “Nüvə silahı ilə bağlı vəziyyət” barəsində məruzə dərc edib. Həmin məruzədə deyilir ki, ABŞ böyük nüvə silahının müxtəlif növlərini hazırlamalı və öz nüvə potensialını bütün rəqabətlərdən üst səviyyədə tutmalıdır. Məruzə dərhal beynəlxalq ictimaiyyətin narahatçılığına səbəb olub.

- Birtərəfli qaydada müqavilədən çıxmaq ABŞ-Rusiya qarşıdurmasını gücləndirəcək

Analitiklər qeyd edirlər ki, orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsi ABŞ və SSRİ arasında strateji tarazlığın həyata keçirilməsi üçün formalaşdırılıb və Vaşinqtonun birtərəfli qaydada müqavilədən çıxması ikitərəfli qarşıdurmanı gücləndirəcək. Digər yandan, çoxsaylı ekspertlərin fikrincə, ABŞ-ın müqavilədən çıxması silahlanma yarışına gətirib çıxarcaq və eyni zamanda da müxtəlf ölkələri təhlükəyə məruz qoyacaq.

Nüvə silahı üzrə Amerikalı ekspert Con Uolfstol bildirib ki, ABŞ-ın müqavilədən çıxması, uzun müddət ərzində saxlanılan nüvə sabitliyi vəziyyətini pozur və ona görə də, gələcəkdə silahlanma üzərində nəzarətlə bağlı ABŞ və Rusiya arasında müqavilə imzalanması daha da çətin olacaq.

Lyan Yabinın fikrinə görə, müqavilədən cıxdıqdan sonra çox güman ki, ABŞ orta nənzilli raketləri Avropada və Asiyanın Sakit okean hövzəsindəki ölkələrdə yerləşdirəcək və bu tip silahları daha da inkişaf edirəcək. L.Yabin daha sonra deyib ki, ABŞ-ın bu hərəkətləri böyük dövlətlər arasında geosiyasi mübarizəni və silahlanmanı gücləndirəcək, nəticədə qlobal təhlükəsizlik quruluşunın sabitliyi pozulacaq.

Bütün bunlarla yanaşı, orta mənzilli raketlərin yerləşdiriləcəyi Amerikanın müttəfiq ölkələri böyük təhlükə altına düşəcəklər, çünki məhz onlar hücumun ilk hədəfi ola bilərlər.

(“Jenmin Jibao” – Çin)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam