Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

DÖVLƏTİ TALAYAN SABİQ MƏMURLARIN UŞAQLARININ LÜKS HƏYATI -FOTOLAR

cf376222e0d91666da7dda7bf958679a

Məmurlar dövləti talayıb yorulduqdan sonra istirahətə çıxırlar və  oğurladıqları pullarla harın həyat tərzini davam etdirirlər

Yenixeber.org: Ölkə mətbuatında tez-tez sabiq məmurlar və onların övladlarının lüks həyatları barəsində materiallar yayılır.  Bu kimi faktlar ortaya çıxanda keçmiş məmurlar susub, heç bir münasibət bildirmirlər. Bəziləri isə söyləyirlər ki, bu cür lüks həyata  yiyələnmələri onların şəxsi biznesləri hesabına əldə etdikləri vəsait hesabınadır. Lakin əksəriyyətinin vəzifədən öncəki həyatına baxdıqda  görürük ki, onlar çox sadə, kasıb həyat yaşayıblar. Yəni bu adamlar vəzifədə olarkən korrupsiya yolu ilə milyonlara sahibləniblər, həmin pulları biznesə yönəldərək, xalqın vəsaitləri hesabına lüks həyatlarını davam etdirirlər…

Bu günlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov dünyada hələ yenicə satışa çıxarılan bahalı avtomobili Bakıya gətirməsi ilə bağlı xəbər yayılıb.  A24.az-ın əldə etdiyi xəbərə görə, Almaniyanın lüks avtomobil istehsalçısı “Audi”nin “Q” seriyasından ən son model olan “Audi Q8″ avtomobili ilə paytaxt küçələrində şütüyən F. Qaraşov yenidən gündəmə gəlib. Bahalı avtomobil kolleksiyasına sahib olan ANİİA sədrinin 90 AA 707 dövlət nömrə nişanı ilə bir neçə avtomobil idarə etdiyi bildirilir.

1540015376_844efed759f840231133655f3b42ceb9

Qeyd edək ki, bir neçə gün bundan öncə “Audi Q8″in Bakıda təqdimatı baş tutub. Bu avtomobilin qiyməti 65-85 min avro (110 min 500 -144 min 500 manat) arasındadır. Məlumat üçün bildirək ki, Fərhad Qaraşovun adı bir müddət öncə qəza hadisəsində hallanıb. Belə ki, mətbuatda yayılan məlumatlara görə F.Qaraşov 17 oktyabr 2017 -ci ildə 90 AA 707 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Sabiq məmur isə sükan arxasında oğlunun yox, sürücünün olduğunu açıqlamışdı.

Arif Qaraşovun oğlu bu xüsusda tək deyil. İndiyə qədər xeyli sayda sabiq məmur övladlarının cah-calal içərisində fotoları, videoları yayılıb.

Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun  oğlu Anar Məmmədovun lüks həyatı kimsəyə sirr deyil.  Onunla bağlı mətbuatda çoxsaylı materiallar dərc edilib. Hazırda Anar Məmmədovun Londonda yaşadığı bildirilir. İddia olunur ki, Məmmədovun orada vəziyyəti heç də pis deyil.

anar mÉmmÉdovun lüks avtomobillÉri ile ilgili görsel sonucu

Eləcə də keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasov da  tez-tez dəbdəbəli mülkləri ilə gündəmə gəlir. Məlumatlara görə, Yunis Abbasov hələ 2006-cı ildə Londonda 2 mərtəbədən ibarət böyük malikanə alıb. Bu malikanənin qiyməti isə 1.4 milyon funt-sterlinq olub.

Sabiq nəqliyyat nazirinin qudası, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun da Bakıda milyon manatlarla qiyməti olan 2 villası üzə çıxıb.  Bu barədə məlumatı bu ilin may ayında unikal.org saytı yaymışdı.

Məlumata görə, paytaxtın Binəqədi rayonu “Vorovski” qəsəbəsində olan villalardan biri 5 mərtəbəlidir, tikintisi 6 milyon manata başa gəlib. Həmin villa 20 sot torpaq sahəsinin içərisində tikilib. Digər 3 mərtəbəli villa isə 2 milyon manata tikilib. 

Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir. Bildirilir ki, Ziya Məmmədovla quda olandan sonra nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başladı. Heydər Əsədovun Bakının “Milyonerlər məhəlləsi” adlanan məkanında da, Bakının Səbayel rayonundakı məşhur “Torqovı” küçəsində də böyük evləri var.

HeydÉr ÆsÉdovun oÄlu Asif ÆsÉdzadÉ ile ilgili görsel sonucu

Heydər Əsədovun oğlu Asif Əsədzadə isə Londonda təhsil alır. Ötən il o, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche” maşını ilə London küçələrində “at oynatması” ilə gündəmə gəlmişdi. Məlumatlara görə, Asif Əsədzadə Britaniya vətəndaşıdır.

DövlÉt DÉmir Yolu Ä°darÉsinin sabiq rÉisi Arif ÆsgÉrovun oÄlu Elnar ÆsgÉrzadÉ ile ilgili görsel sonucu

Dövlət Dəmir Yolu İdarəsinin sabiq rəisi Arif Əsgərovun oğlu Elnar Əsgərzadə isə Londonda olarkən “Credit Suisse” bankında treyder işləyən 34 yaşlı Ceromi Dreni özünün əvəzindən imtahana salıb. Əvəzində hər imtahan üçün ona 2 min funt-sterlinq ödəmişdi. Ceromi Elnar Əsgərovun adına düzəldilmiş saxta vəsiqədən istifadə edərək, onun əvəzinə 8 dəfə imtahana girib, sonuncuda isə professor ondan şübhələnib və fırıldağın üstü açılıb. Qalmaqal haqda Britaniyanın nüfuzlu nəşrləri sayılan “The Yorkshir Post” və “The Daily Mail” də yazıb.

Siyahını bir qədər də uzatmaq olar. Bu kimi məmurların övladları instaqramda lüks həyatlarından fotolar paylaşıb, tez-tez xarici medianın da gündəminə gəlirlər…

Belə iddialar var ki, sabiq məmurların qanunsuz topladıqları, dövlətdən oğurladıqları sərvətləri barəsində müvafiq qurumlar araşdırma aparır.  Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun başına gələnlər, “MTN-işi”  və “rabitə işi” çərçivəsində aparılan əməliyyatlar nəticəsində həbs olunan yüksək çinli məmurlar da buna nümunədir(musavat.com).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam