Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rüfət Aslanlı İsveçrədə 170 min manata saat aldı-FOTOFAKT

 

Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlının fəaliyyətindəki korrupsiya haqda sensasiyalı faktlar açıqlamışdıq. Bahalı avtomobillər, ağlasığmayan qiymətə alınmış saatlar, qəsrlər, ailə gerbləri... R.Aslanlı həyatında bütün bunlara məmur kreslosunda, hansı ki, Azərbaycanın bank sisteminə nəzarət edirdi və bankların böhrandan çıxarılmasına görə cavabdeh idi, nail olub.

Yenixeber.org: Artıq bildirildiyi kimi, Rüfət Aslanlının kolleksiyasında Parmigiani Fleurier Kalpa-nın qiyməti 150 min, Tourbillon-un 200 min, Patek Philippe Nautilus-un 53 min, Vacheron Constantin Perpertual-ın 88 min dollar olan bahalı saatları var.

...İndi isə redaksiyamıza daha bir unikal sənəd daxil olub – bu, İsveçrənin elit saatlarla alış-veriş edən Verbier mağazasından çıxarışdır.

Sənəddən məlum olur ki, yeni il tətilləri zamanı, 5 yanvar 2017-ci ildə Rüfət Aslanlı özünə hədiyyə etmək qərarına gəlib və lüks saatların satıldığı MICHAUD VERBIER mağazasında dəyəri 101 min İsveçrə frankı (170 min manatdan çox) olan saat sifariş verib. Maraqlıdır ki, sənəddə Rüfət Aslanlının adı "xüsusi (qeyri-rəsmi) müştəri" kimi göstərilib.

Sənədə əsasən, bu, məmurun həmin mağazadan aldığı ilk bahalı hədiyyə deyil. Məsələ ondadır ki, mağaza Rüfət Aslanlıya AZE 00453547 xüsusi nömrəsi verib. Belə nömrələr isə adətən daimi müştərilər üçün hazırlanır. Amma Rüfət Aslanlı adi müştəri deyildi, onun aldığı saat siyahıda ən bahalı əşyadır...

Sual yaranır: dövlət məmurunun - Milli Bankın sədr müavini, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin başçısı və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri olmuş Rüfət Aslanlının cüzi məmur maaşı müqabilində Forbes siyahısındakı biznesmenlərin imkanları ilə müqayisə edilə biləcək yaşayış səviyyəsinin təminatı üçün o qədər pulu hardandır?(virtualaz.org)

Alxas İsmayılov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam