Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“XAŞUQCİ FACİƏSİ”NDƏ ÜÇÜNCÜ AKTYOR–jurnalistin konsulluqda qətli isbatlanarsa, qalib İran olacaq - TƏHLİL

“Mərdom-e Salari” qəzeti (İran)

 

“Vaşinqton Post” qəzetinin səudiyyəli köşə yazarı Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə konsulluğunda öldürülməsi üçüncü aktyor üçün böyük əhəmiyyət daşıyır.

Üçüncü aktyor – İrandır.

Yenixeber.org: “New York Times” bugünkü təhlilində yazıb ki, ABŞ hökumətinin rəsmiləri Camal Xaşuqcinin yoxa çıxmasından narahatdır, çünki bu, Ağ Evin İranı təcridləmə və sanksiya tətbiq etməyə dair planlarına ziddir.

Tramp administrasiyası noyabrın 14-də qüvvəyə minəcək İran nefti əleyhinə sanksiyalara xüsusi diqqət yetirir və Səudiyyə Ərəbistanı bu sanksiyaların təsirli olmasının əsaslarından biridir.

Camal Xaşuqcinin qətli iə bağlı cinayət işi İran əleyhinə neft sanksiyalarını zəiflədə bilər. Amma bu hələ hamısı deyil.

Yaxın üç həftədə ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək və demokratlar bu seçkiləri udarsa, Xaşuqci faylı Tramp hökuməti üçün kabusa çevrilə bilər.

Camal Xaşuqcinin cinayəti işində Trampın yeridəcəyi strategiya nədən ibarətdir?

Bu strategiyanın təsiri necə olacaq?

İran Xaşuqci işinin vüsət almasından necə uduşlu çıxa bilər və qalib olacağı təqdirdə, o nə qazanacaq?

Səudiyyəli jurnalistin qətli Tramp hökumətinin ən çətin dövründə baş verib və ehtimal ki, bu, İran üçün ən münasib vaxtdır.

Üç həftə sonra Tramp administrasiyası İrana neft satışı ilə bağlı sanksiya tətbiq etməyi planlaşdırır. Tramp neft istehsalının artması ilə yanaşı, neft qiymətlərinin yüksəlməsinə mane olmaq üçün Səudiyyə Ərəbistanına xüsusi dəstək verib. Amma Camal Xaşuqcinin qətli ilə əlaqədar Riyada təzyiq davam edərsə, Səudiyyə hökumətinin Trampın sanksiya siyasətinə uyğun olaraq davranmasına marağı qalmır, bunun əvəzinə, o, neft qiymətlərinin yüksəlməsi ilə neft gəlirlərinin daha da artırılmasına üstünlük verəcək.

Bəzi ABŞ konqresmenləri Səudiyyə hökumətinin cəzalandırılmasını tələb edirlər. Digər tərəfdən, Birləşmiş Ştatlarda Demokrat Partiyasına yaxın olan media, düşüncə quruluşları və siyasi cərəyan təmsilçiləri təzyiqləri zirvəyə çatıb.

Demokratlar lap əvvəldən Səudiyyə Ərəbistanı taxt-tacına vərəsəlikdə şahzadə Məhəmməd bin Salmana qarşı çıxıb və onunla müqayisədə, Məhəmməd bin Naifi dəstəkləyiblər.

Birləşmiş Ştatlarda hər iki tərəflə körpülər qurmaq yerinə, Məhəmməd bin Salman respublikaçılar və xüsusilə də Tramp hökumətinin siyasi xadimlərinə güvənməyi üstün tutub. Xüsusilə Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşnerlə o, mərhəm əlaqələr qurub.

Xaşuqci faylında Trampın strategiyası nədən ibarətdir?

Camal Xaşuqcinin qətli iddiasındakı strategiyasında Tram administrasiyasının bu günə qədərki strategiyası Səudiyyə hökumətindən onun qətlinin rəsmi şəkildə araşdırılması və “Camal Xaşuqcinin qeyri-rəsmi istintaq əsnasında müstəntiqlərin qanuna zidd əməlləri ucbatından qətlə yetirildiyini” bildirməsini tələb etmədir. Bununla da Tramp hökuməti ABŞ-ın İrana təzyiq göstərməyə çalışdığı hazırkı “mühüm anda” Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı arasındakı strateji əlaqəni qorumağa çalışır. Amma Amerika mətbuatı bu strategiyanı artıq müəyyənləşdirib və onun uğur şanslarını sarsıtmağa səy göstərir.

KİV-lərlə yanaşı, dünyanın nəhəng korporasiyaları, o cümlədən “Google”, “Ford”, “Ober”, habelə bir sıra iri beynəlxalq banklar Səudiyyə Ərəbistanına təzyiq etməyə başlayıb, investorları yaxın günlərdə Səudiyyə Ərəbistanında keçiriləcək beynəlxalq “Davos Səhra” konfransında iştirak etməməyə çağırıblar.

İran Xaşuqci işində necə qalib ola bilər?

Trampın strategiyasına ən böyük zərbə önümüzdəki üç həftə içərisində aralıq seçkilərində respublikaçıların məğlubiyyəti olacaq və demokratlar Konqresdə nəzarəti ələ keçirəcəklər. Bu halda, demokratlar Cared Kuşnerin Səudiyyə Ərəbistanında şahzadə Məhəmməd bin Salmanla olan bütün əlaqələrini araşdırmaq üçün yaranan fürsətdən istifadə edəcəklər.

Demokratlar bir daha Konqres seçkilərində qalib olduğu təqdirdə, şiddətli mühakimə ilə Məhəmməd bin Salmanı zəiflətməyə, hətta onun tacdar şahzadəlikdən kənarlaşdırılmasına çalışacaqlar.

Bu, İran üçün ən yaxşı ssenaridir. Əslində, bu ssenarinin baş verdiyi təqdirdə, İran – Camal Xaşuqcinin işində əsas qalib olacaq və Tramp hökumətinin sanksiya planı iflasa uğrayacaq.

Aralıq seçkilərində demokratların məğlub olduğu durumda, Tramp strategiyasını davam edəcək və beləliklə, ABŞ mətbuatına məlum qətl hadisəsini unutduracaq.

Səudiyyə Ərəbistanında bir çox maraqları olan beynəlxalq şirkətlər isə bu ssenari çərçivəsində Səudiyyə hökumətinə qarşı olan müxalifətlikdən imtina edərək, əvvəllər olduğu kimi, Məhəmməd bin Salmanla əməkdaşlığa can atacaqlar.

Əslində, İranın məfəəti cinayət işindən daha çox, ABŞ Konqresinə aralıq seçkilər ilə bağlıdır: demokratlar qalib olduqda, İran da bu qələbəyə şərikdir; Tramp hökumətinin sanksiya səddində böyük bir dəlik yaranacaq. Konqresə nəzarətin respublikaçılarda qalması halında isə Tramp, Səudiyyə Ərəbistanı müzəffər olacaq.

Trampın səudilərlə ittifaqa görə ittiham edirlər.

Əksər ABŞ rəsmiləri Vaşinqtonun “Taliban”a görə Riyadı cəzalandırmalı olduğu rəyində ikən, Donald Tramp əl-Saud ilə razılaşmadan sonra Riyadı İrana qarşı Vaşinqtonun əsas müttəfiqi adlandırıb. “Səudiyyə Ərəbistanı İrana qarşı, onun raketlərə qarşı və Yaxın Şərqə nəzarət etmək cəhdlərinə qarşı amerikalıların müttəfiqdir, – deyə Tramp “Fox News”-a müsahibəsində bildirib. – Buna görə də, Səudiyyə Ərəbistanı mənim üçün böyük müttəfiqdir və onlar bu işə çoxlu sərmayə qoyublar. Terrorla mübarizə aparırlar”.

Daha sonra “Fox Network”-un aparıcısı Triş Reyqanın Camal Xaşuqcinin itkin düşməsi ilə bağlı sualına cavab verərkən, Tramp bildirib ki, “Səudiyyə Ərəbistanının şahzadəsi ilə danışdım. O, Türkiyədəki konsulluqda yaşananlar haqqında hər hansı bir məlumatın olduğunu inkar edir”.

Daha sonra Tramp Səudiyyə Ərəbistanına silah satışı məsələsinə toxunaraq əlavə edib: “Biz Rusiya və Çinə fürsət qazanma imkanı verə bilmərik”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam