Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

DEMOKRATLAR TRAMPA YENİ RƏQİB TAPDILAR –Sabiq mer partiyaya niyə geri döndü? - TƏHLİL

“Qazeta.ru” 

 

Nyu-Yorkun sabiq meri Maykl Blumberq ABŞ-ın Demokratlar Partiyasının sıralarına geri dönüb. Təhlilçilər hesab edirlər ki, milyarder bu yolla 2020-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürmək üçün zəmin hazırlayır. Blumberqin siyasi motivləri onun Donald Trampa qarşı olan şəxsi ədavətilə izah edilir, lakin ekspertlər onun “Trampın rəqibi” roluna namizədliyinin yerində ola biləcəyinə şübhə edirlər.

 

Yenixeber.org: Nyu-Yorkun sabiq meri Maykl Blumberq demokrat kimi yenidən qeydiyyatdan keçib. Bu, Amerika KİV-ləri və ekspertləri tərəfindən potensial olaraq onun namizədliyinin 2020-ci ildə keçiriləcək prezident seçkilərində irəli sürülməsi üçün atılan addım kimi qəbul edilib.

Milyarder öz “tweet”ində deyib ki, “çəkindirmə və balans sisteminin tətbiqi üçün ABŞ-a demokratlar lazımdır, buna ölkəmizin çox ehtiyacı olduğuna görə” bu qərarı qəbul edib.

ABŞ-da demokrat və ya respublikaçı olaraq qeydiyyatdan keçmək o deməkdir ki, vətəndaş özünü həmin partiya ilə birlikdə hesab edir və məhz həmin partiyanı dəstəkləməyə hazırlaşır. Rusiya və bir sıra Avropa ölkələrindən fərqli olaraq, ABŞ-da sərt partiya üzvlüyü yoxdur, partiyalarsa seçki öncəsi dövrdə aktivləşirlər.

Blumberq sosial şəbəkədə onu da qeyd edib ki, “uzun illər” ərzində Demokrat Partiyasının üzvü olub. Ancaq qeyd edilməlidi ki, Blumberq 2001-ci ildə Respublikaçılar Partiyasının dəstəyilə Nyu-York meri olub.

Bundan ötrü o, demokratların sırasını tərk edib və özünü respublikaçı elan edib. Düzdür, onun namizədliyinin irəli sürülməsini partiya elə də müdafiə etməyb və respublikaçılar arasında Blumberqin başlıca tərəfdarı məhrum senator Con Makkeyn olub.

Blumberq özünün təsis etdiyi Bloomberg nəşrində Con Makkeynin xatirəsinə köşə yazısı həsr edib: “Mənim üçün Con yalnız müharibə qəhrəmanı deyildi. O, həm də siyasət qəhrəmanı idi. Uzun illər ərzində biz çox məsələlərə görə razılaşmadıq, lakin mən həmişə, hətta tez-tez olduğu kimi, siyasi məsrəfləri olsa da, onun düzgün hesab etdiyi hər bir şeyi necə qətiyyətlə etdiyinə heyran oldum”.

Blumberqin Makkeynlə dostluğu uzun illər ərzində davam edib, lakin bunu milyarderin  Respublikaçılar Partiyası ilə təmasları haqqında demək olmaz. 2005-ci ildə ikinci müddətə Nyu-York meri seçildikdən sonra o, Respublikaçılar Partiyasını tərk edib.

2009-ci ildə Blumberq üçüncü dəfə merliyə öz namizədliyini irəli sürmək istədikdə, ictimai rəy sorğularına görə, şəhər əhalisinin 55%-i hesab edirdi ki, mer olaraq “yeni adam” seçməyin vaxtı çatıb, onu isə yalnız əhalinin 40% dəstəkləyirdi. Buna baxmayaraq, Blumberq hər halda üçüncü dəfə “Böyük alma”nın meri seçilə bildi.

Blumberqə yaxın olan qaynaqlar 2018-ci ilin iyununda CBS televiziya kanalına demişdilər ki, milyarder Demokrat Partiyasından ABŞ prezidentliyinə öz namizədliyini irəli sürmək imkanı məsələsinə baxır.

Blumberq  hələ 2016-cı ildə seçkilərdə iştirak etməyi planlaşdırırdı, ancaq öz namizədliyini irəli sürməməyə qərar verdi. Çünki anladı ki, müstəqil namizəd olaraq seçkini uda bilməyəcək. Bununla birlikdə, demokratlar düşərgəsində çoxları Blumberqin partiyadan rəsmi namizədliyinin prezident postuna irəli sürülməsinin mümkünlüyünə skeptik baxır.

Birinci növbədə milyarderin yaşı bunun əleyhinədir. Hazırda yaxşı formada olsa da, ABŞ prezidenti seçildiyi halda 2024-cü ildə — birinci müddətinin sonunda onun 82 yaşı olacaq. Əgər hazırkı ABŞ prezidenti Donald Tramp ikinci müddətə seçilsə, o, Blumberqdən cavan olacaq, belə ki, o zaman onun 78 yaşı olacaq.

Amerika şərhçiləri Blumberqin səhv başlanğıclarını, həmçinin tez-tez partiya dəyişdirməsini xatırladaraq, onun prezident planlarına da şübhəylə yanaşırlar. “The Hill” nəşrinin şərhçisi Cozef Borelli yazır: “Onun Demokrat Partiyasından Ağ Evə gedən yolu, mer olmaq üçün Respublikaçılar Partiyasından istifadə etdiyi zamanlardan, — sonra da özünün üçüncü müddətini “satın aldı”, — fərqli olaraq, çətin ki, onunçün yaxşı qurtarsın”.

Müəllif həmçinin Blumberqin mer postunda olarkən atdığı, lakin mütərəqqi demokrat seçicilərin çətin xoşuna gələ biləcək addımlarını da xatırladır. Onlardan biri “Uoll-Striti zəbt et” nümayişinin sərt şəkildə dağıdılmasıdır. Borelli həmçinin xatırladıb ki, Blumberqin həmişə demokratların çox sayda tərəfdarı olan həmkarlar təşkilatları ilə düşmən münasibəti olub.

Blumberq özü gizlətmir ki, öz siyasi ambisiyalarında o, hər şeydən öncə ABŞ Prezidenti Donald Trampa olan kini ilə hərəkət edir. O, 2016-cı ildə Trampı dələduz adlandırıb. Öz çıxışında o, Trampın çoxsaylı iflaslarını və məhkəmə istintaqlarını xatırladıb. Blumberq qeyd edib ki, “atasından milyon dollarlıq çek alan” Trampdan fərqli olaraq, o, sıfırdan başlayıb. O zaman Blumberq bəyan edib: “Tramp deyir ki, o, ölkəni öz biznesini idarə etdiyi kimi idarə edəcək. Allah bizə yardımçı olsun! Mən Nyu-York sakiniyəm və dələduzu tanıya bilirəm”.

Trampın özü isə “Fox Business” televiziya kanalına verdiyi müsahibəsində deyib ki, nə vaxtsa Blumberq onun “dostu” olub, lakin indi belə deyil: “O, mənim haqqımda bir çox xoşagəlməz şeylər söyləyib”.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam