Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putin utancverici durumdan necə çıxacaq? –Moskvada yeni müzakirələr

Vladimir Putin martda dördüncü müddətə Rusiyanın prezidenti seçiləndə çox az adam onun növbəti altı ay ərzində çoxsaylı böhranla üzləşəcəyini təsəvvür edirdi. Keçmişə baxsaq, Putin böhrana özünəməxsus cavab verib – ya xaricdə hərbi əməliyyat başladıb, ya da ölkədə siyasi dəyişikliklər edib. Bəs görəsən, bu dəfə necə reaksiya göstərəcək?

Vilson Mərkəzinin Kennan İnstitutunun saytında Maksim Trudolyubov bu suala cavab axtarır.

Yenixeber.org: Müəllif yazır ki, Kreml artıq reaksiyasının texniki hissəsinə başlayıb, administrasiya pis işləyən qubernatorlardan canını qurtarır. “Rossiya 1” televiziyası Vladimir Putin şəxsiyyətinə həsr olunmuş yeni proqrama da start verib. Amma, deyəsən, bu, işə yaramayıb. Hətta Kremlə sadiq müşahidəçiləri belə bu şounu Sovet İttifaqının son günlərinin televiziyasına bənzədir.

Reaksiyanın ikinci hissəsi daha çox maraq yaradır. Putinin əlində güclü asimmetrik kart varmı? Bu sual Rusiyanın gələcəyini müəyyənləşdirir. Bundan öncə Kreml oxşar utancverici durumlardan ya xaricdə böyük bir avantüraya əl atmaqla, ya da ölkədə köklü siyasi islahat aparmaqla çıxıb. 

Hamının ağlına Belarusun işğalı gəlir, amma indi Rusiyada siyasi müşahidəçilər arasında konsensus baxışı belədir ki, hazırda belə bir macəradan söhbət gedə bilməz. Axı, ictimaiyyət Ukrayna və Suriya böhranlarından yorulub… Televiziya prodüserləri yeni partladıcı mövzular axtarırlar, amma bəxtləri çox da gətirmir.

Onda müzakirə gündəminə böyük siyasi islahat gəlir. Prezidentlik müddətinə limiti qaldırmaq, yaxud Putin üçün yeni “ali” vəzifə yaratmaq, hətta yeni seçki keçirmək – bütün bunların nəzərdən keçirilməsi ətrafında söz-söhbət dolaşır. Hələliksə, siyasətçilərdən, Kremlə yaxın siyasi şərhçilərdən bu haqda detallı informasiya əldə etmək mümkün deyil”, – müəllif yazır.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam