Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

RUSİYA HƏQİQƏTƏN DOLLARDAN İMTİNA EDƏ BİLƏRMİ? –“Kim bacarırsa xilas olsun…”

dollar

Rusiyanın Ümumi Daxili Məhsulu 1,6 trilyon dollar təşkil edir. Vladimir Putin hakimiyyəti bəyan edir ki, onlar indi Rusiya iqtisadiyyatının dollarsızlaşması planı üzərində işləyirlər. Bu cür qərarın verilməsi ABŞ-ın dörd il ərzində tətbiq etdiyi sanksiyalar və həmçinin də yeni məhdudiyyətlərin tətbiqinin gözlənilməsi ilə bağlıdır.

Yenixeber.org: Hal-hazırda ABŞ senatı Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsinə və beynəlxalq arenadakı aqressiyasına görə cəzalandırılması ilə əlaqədar bəzi təklifləri nəzərdən keçirir. Əgər bu təkliflər reallaşarsa, onda Rusiyanın iri banklarının dollar əldə etməsinin qarşısı alınacaq, Moskva isə xarici bazarlardakı istiqrazlardan məhrum olacaq.

ABŞ sanksiyaları faktiki olaraq Rusiyanın müdafiə sənayesini və bəzi iri şirkətlərini dollar istifadəsindən məhrum edib və həmçinin də Rusiyanın böyük neft-qaz şirkətlərinin dollarla borc götürmə imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.
Rusiyanın “VTB” bankının rəhbəri Andrey Kostinin işləyib hazırladığı planda sövdələşmələrin dollarla yox, tədricən digər valyutalarla həyata keçirilməsi nəzərdə tutulur. Bu plan Rusiya Maliyyə Naziriliyinin və Mərkəzi Bankının dəstəyini alıb.

Bundan başqa Kreml özünün iri ticarət tərəfdaşları ilə ixrac və idxal müqavilələrində rubldan istifadə olunmasına cəhd edib. Bu təşəbbüs Çin və Türkiyə kimi ölkələr tərəfindən xoş qarşılanıb. Çünki bu ölkələrin ABŞ-la münasibətləri hal-hazırda heç də az gərgin deyil.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib: “Daha çox ölkə, nəinki Şərqdəki ölkələr, həmçinin də Avropadakı ölkələr ABŞ dollarından asılılıqlarını necə minimuma endirmək barəsində düşünməyə başlayırlar. Və onlar birdən anlayırlar ki; bu mümkündür, bunu etmək lazımdır və kim bacarırsa xilas olsun, bunu daha tez etmək lazımdır”.

Lakin sözdə bunu demək çox asandır, nəinki reallıqda həyata keçirmək. Rusiya enerji resurslarından və xammal ixracından, yəni dolların qəbul olunduğu bazardan çox asılıdır. Kreml özünün Qərb tərəfdaşlarını qeyri-sabit valyuta olan rublla ticarət aparmağa çətin ki, inandıra bilsin.

Beləliklə, Rusiya ABŞ dollarından istifadədən imtina edə bilərmi?

- Sanksiyaların təsiri

Analitiklər dörd illik sanksiyaların Rusiya iqtisadiyyatına nə dərəcədə ciddi təsir göstərdiyi barədə mübahisə edirlər. Amma onu demək lazımdır ki, sanksiyaların Rusiyanın valyutasına və qiymətli kağızlar bazarına vurduğu zərbələr böyükdür.

Aprel ayında ABŞ Maliyyə Nazirliyi özünün ən sərt sanksiyalarını elan etdi. Onlar alüminium sahəsi də daxil olmala, Rusiyanın iri şirkətlərini dollardan məhrum etdilər və həmçinin də Amerika vətəndaşları ilə hər hansı iş görməyə qadağa qoydular. Bundan sonra rublun dollara nisbətdə məzənnəsi 8 faiz aşağı düşdü.

Vaşinqtonun Rusiyanın dövlət banklarına qarşı bu sayaq sanksiyalar tətbiq etmək təhlükəsi və Rusiyanın qiymətli kağızların alınmasına qoyulan qadağalar ona gətirib çıxardı ki, xaricilər çox tələsik Rusiyanın 7,5 milyard dollar dəyərindəki federal istiqrazlarını satdılar.

- Dolların əhəmiyyəti

Rusiya iri ixracatçı ölkədir və onun keçənilki ticarət profisiti 115 milyard dollara çatıb. Xeyli sayda ölkə onun ixrac etdiyi metalları, taxılı, neftı və qazı alır. İndi Moskva ilə bir çox Qərb hakimiyyətlərinin arasının korlanmasına baxmayaraq, Qərbdə Rusiyanın mallarına böyük tələbat var. Çin və digər Asiya tərəfdaşları ilə ticarətin həcminin artırılması, ödəmələrdə Rusiyanın dollardan asılılığını son illər bir qədər azaldıb. Amma keçən il ölkəyə daxil olan valyutanın 68%-i dollarla olub.

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiulina deyib: “Mən ödəmələrin aparılmasında milli valyutadan istifadə olunması istiqamətini dəstəkləyirəm, sözsüz ki, iqtisadi məqsədəuyğunluq və bizim ixracatçı şirkətlərimizin maraqları baxımından bu belə getməlidir. Bu, perspektivli istiqamətdir”.

- Dollar borcları

Nəzərə alsaq ki, 2015-ci ildə Rusiyanın xarici borcunun 68 faizi dollarla olub, 2018-ci ilin martında isə bu göstərici 53 faizə kimi düşüb, onda deyə bilərik ki, Rusiyanın borc öhdəliklərinin sürətlə dollarsızlaşdırılması özünün müəyyən uğurlarını verir. Düzdür, Rusiya Mərkəzi Bankı özünün dollar istiqrazlarının həcmini artırıb, lakin bu bir istisnadır. Amma hökumət özünün dollar istiqrazlarını 31 faizədək azalda bilib.

Mühüm olan həm də odur ki, böyük ehtimalla, yeni sanksiyalar nəticəsində zərər görəcək Rusiya bankları və şirkətləri öz borclarının əhəmiyyətli hissəsini dollardan rubla çevirə biliblər. Amma korporativ sektorun dollar ilə borcu yenə də çox yüksəkdir və 55 faizi keçir. Aprel ayında Amerikan sanksiyalarının tətbiqindən sonra Rusiyanın böyük alüminium istehsalçısı “Rusal” bildirib ki, dollar borclarını ödəyə bilməmək investorları qorxutmağın ən yaxşı yoludur.

- Dostlar axtarışında

Sentyabrda iri miqyaslı müştərək hərbi təlimlər zamanı Vladimir Putin və Çin lideri Si Çzinpin Amerika tərəfindən Moskvaya qarşı yönəlmiş sanksiyalar və Pekinə qarşı tətbiq edilmiş tarif qərarına qarşı birlikdə mübarizə aparmağa söz veriblər. Bu növbətçi frazanın real faydaya çevirmək bacarığı iqtisadiyyatın dollarsızlaşdırılmasında Moskvanın uğur əldə etməsinin mühüm amili olacaq.

Son bir neçə il ərzində Çin ilə aparılan ticarət həcminin çoxalması Avropa Birliyi ilə ticarətdəki azalmanın kompensasiya olunmasına imkan verib və indi cənab Putin və cənab Si Çzinpin bəyan edirlər ki, onlar iki ölkə arasındakı ticarətdə yuan və rubladan dah çox istifadə etmək istəyirlər.

Həmçinin Türkiyə də Rusiya ilə apardığı ticarətdə milli valyutadan istifadə imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bəyan edib. Amma böyük Qərb tərəfdaşlarıyla aparılan ticarətlə müqayisədə Ankara ilə ticarət daha az əhəmiyyət daşıyır, həm də ki, məhsulların lirə və rublla alınmasının texniki tərəfləri üzərində işləmək lazımdır. Bundan başqa, Türkiyənin maliyyə problemləri nəzərə alınsa, onda Ankara maliyyə baxımından Moskvanın ümid bəslədiyi imkanları nümayiş etdirə bilməz.

Rusiya Mərkəzi Bankının sədrinin keçmiş müavini Konstantin Korişenko deyib:“Dollarsızlaşma müəyyən səviyyəyə qədər mümkünür, ancaq məsələ sizin dollar məkanını tərk etmək istəməyinizdə yox, sizin sonradan haraya getməyinizdədir. Avroyamı? Yuanamı? Bitkoynəmi?

Növbəti sistemin modeli necədir? Vahid qərar yoxdur, variantlar isə çoxdur. Bu variantların hər birinin öz çatışmazlığı var və biz dolların etibarlılıq dəyəri ilə yeni sistemin axtarış dəyəri arasında balans tapmalıyıq”.

- Neftdən asılılıq

Rusiyanın karbohidrogenlərdən asılılığının azaldılması proqramına və bütün digər vədlərə baxmayaraq, neft və qaz yenə də Rusiya iqtisadiyyatının əsasını təşkil edir. Federal büdcənin 50%-i onların satışından əldə olunan gəlir vasitəsilə formalaşır.

Eyni zamanda təbii qaz əsasən uzunmüddətli müqavilələrlə Avropa ölkələrinə avro ilə satılır, qlobal neft ticarəti dollarla aparılır və ona görə də, böyük oyunçular riskə gedərək neftlə ticarətin milli valyutayla aparılmasına çətin ki, razılaşsınlar.

Rusiyadan neft və qaz idxalının həcmini artıran Çin, ola bilər ki, idxalın dollarsızlaşmasına razılaşsın, amma digər ölkələr çətin ki, buna getsinlər. Korişenko bu barədə deyib:“Sadəcə olaraq deyə bilməzsən: yaxşı, gəlin dollardan imtina edək və neft ticarətini avro ilə aparaq. Liviya bunu etməyə cəhd göstərdi, lakin uğursuzluğa düçar oldu. Dolların neft bazarındakı rolu tezliklə dəyişməyəcək”.

(“Financial Times”-Böyük Britaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam