Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:“BURANI BƏYƏNMİRSƏN, GET ERMƏNİSTANDA YAŞA"

 İradə Gülməmmədovanın idarəçiliyindən şikayətin pik həddi

Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu Ceyranbatan qəsəbəsi sakini Salmanov İlqar Mirzəcan oğlunun cənab prezidentə ünvanlandığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Abşeron Rayon İcra Hakimiyyətində qarşılaşdığı haqsızlıqlardan, qanunazidd əməllərdən bəhs edir. Müəllif əməkdaşımızla söhbətində onu da qeyd etdi ki, bu problemlə bağlı dövlət başçısına altı dəfə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya beş dəfə, baş nazirə bir, Prezident Administrasiyasının rəhbərinə bir, baş prokurora bir, daxili işlər nazirinə bir dəfə müraciət edib. Təəssüf ki, hər dəfə də Abşeron Rayon İcra Hakimiyyətindən qaneedici olmayan cavablar alıb.

Biz yazıda yer alan iddialarla bağlı Abşeron Rayon İcra Hakimiyyətindən də mövqe öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Aktuallığını nəzərə alıb, müraciəti müəyyən ixtisarla dərc edirik:

“Çox hörmətli cənab Prezident,

Mən-Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayan Salmanov İlqar Mirzəcan oğlu-08.04.2015-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsində sahibkarlıq məqsədi ilə kənd təsərrüfatı təyinatlı 0.03 ha torpaq sahəsi almışam. Hazırda iqtisadiyyatın bütün sahələrinə olduğu kimi, kənd təsərrüfatına da diqqət ayırılması, bu sahənin inkişafının da vacibliyinin dəfələrlə bildirilməsi məni də ruhlandırdı. Ailəmizin maddi durumunun ağırlığı səbəbindən (Üç məktəbli övladım var, həyat yoldaşım 2-ci qrup əlildir.) bu torpaq sahəsində kənd təsərrüfatı məqsədli 50-60 m2-lik tikili tikmək istəyirəm.

Bu məqsədlə Abşeron Rayon İcra Hakimiyyətində dəfələrlə olsam da, həmişə “yox” cavabı almışam. Kiçik ölçülü bir tikintiyə icazə vermirlər. ÇIXARIŞ-lı sənədi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məqsədli 50-60 m2-lik tikintiyə icazə verilməməsini nə onlar izah edə bilir, nə də mən başa düşə bilirəm. Buna hansısa ad vermək mümkünsüzdür. Ən müxtəlif bəhanələr səslənir.

Demək olar ki, bütün ətrafda iri istehsalat müəssisələri və fərdi evlər tikilib və tikilir(?) Belə olan halda mənə qarşı olan bu ayrı-seçkilik müəmmalı suallar doğurur... Niyə kimlərəsə icazə verilir, mənə isə yox? Əgər belə olacaqdırsa, bu torpaq niyə satılırdı? Niyə az da olsa belə, kənd təsərrüfatı təyinatlı torpaq istifadəsiz qalmalıdır? Niyə başqasına olar, mənə yox? Mənə yazdıqları cavabda bu suallar “unudulur”. Bu suallara cavab ala bilmirəm.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın qəbuluna düşmək mümkün deyil. Cənab prezident, Sizin məmurlara məlum tövsiyənizi İradə xanım ya bilmir, ya da bilmək istəmir. 23.12.2017-ci ildə İradə Gülməmmədovanın qəbuluna yazılmaq üçün növbəti dəfər İcra Hakimiyyətində oldum. Məni qəbula yazmadılar, etiraz edəndə isə İcra Hakimiyyətinin adını bilmədiyim bir işçisi mənə dedi ki, “BURANI BƏYƏNMİRSƏN, GET ERMƏNİSTANDA YAŞA”(?)

Hörmətli cənab pezident, Sizdən artıq dərəcədə xahiş edirəm ki, qarşılaşdığım bu problemin həll olunmasına köməklik göstərəsiniz. Ümüd edirəm ki, sayənizdə Abşeron Rayon İcra Hakimiyyəti bu ayrı-seçkiliyə, özbaşınalığa son qoyacaq.

Əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə: mediatv.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam