Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

  Kollec direktorunun başı dərddə-Bərdədə

 

 

 Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun “başı üzərində qara buludlar dolanır”.

 

Yenixeber.org: Redaksiyamıza Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci, daha doğrusu kollecin direktoru Xaləddin Ələkbərovun fəaliyyəti ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatların bir qismi Xaləddin müəllimin əksər həmkarlarına da şamil olunacaq mahiyyətli olsa da, bu sırada müəyyən özəllikləri ilə diqqət çəkən faktlar da var...

Xatırladaq ki, bu təhsil müəssisəsi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bərdə Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Kollecdə hazırdaMəktəbəqədər təlim və tərbiyə”,  “Mühasibat uçotu”,  “Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə)”,  “Nəqliyyatda daşımaların təşkili”,  “Aqrar (fermer) təsərrüfatının təşkili” olmaqla beş ixtisas üzrə mütəxəssis hazırlanır.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin fəaliyyəti ilə bağlı mütəmadi olaraq dövrü mətbuatda tənqidi yazılar yer alır. Google üzərindən bir axtarış kifayətdir ki, bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs olunan saysız yazılarla tanış olaq: Daxil olan məlumatlarda sözügedən tədris müəssisəsində müəyyən vaxtlarda və bir sıra səbəblərdən tələbələrdən pul yığıldığı deyilir. Hətta bəzi mənbələr Bərdə rayonunda fəaliyyət göstərən Dövlət İdarəetmə və Texnologiya Kollecini bir qrup dələduzun biznes obyekti kimi tanındığını iddia edir. Yeri gəlmişkən, bilməyənlər üçün qeyd edək ki, Bərdə Dövlət İdarəetmə Kollecinin rəhbəri Xaləddin Ələkbərovdur. Daxil olan məlumatlara görə, Xaləddin Ələkbərovun öz şəxsi qanunlarını dövlətin qanunlarından üstün tutması onun pul hərisi olmasını bir daha sübut edir. Mediadan da gördüyümüz, izlədiyimiz kimi, kollecdə baş verən neqativ hallar səngimək bilmir. Xaləddin Ələkbərovun adı təhsildəki qanunsuzluqlarla bərabər çəkilir. Dövlət İdarəetmə və Texnologiya Kolleci sanki təhsil ocağı yox, bazardır. Məlumatlı şəxsin dediklərinə görə, tələbələr dərslərə gəlmir və nələrinsə müqabilində qayıb məsələlərini həll edirlər. "Onsuz da imtahan zamanı həll edəcəyik" prinsipi ilə tələbələrə dərslər də keçirilmir. Müəllim və tələbələrin əksəriyyətinin adı jurnalda yazılsa da, özləri aylarla dərslərə gəlmirlər. Deyilənlərə görə, hətta bəzi tələbələrin təqaüd kartı da Xaləddin Ələkbərovdadır”. (teref.info)

 “Araşdırmamızın nəticəsində məlum oldu ki, adıçəkilən kollec haqda ictimaiyyət arasında çox mənfi düşüncələr mövcuddur. Elə direktor Xaləddin Ələkbərov haqqında da eyni sözləri deyə bilərik.

Məlumata görə, şikayətçilər iddia edirlər ki, Xaləddin müəllim tələbələrdən hər semestrin sonunda imtahan və məqbulları "həll etmək” üçün rüşvət yığdırır. Pul verməyən tələbələri qəsdən sıxışdırır və sonucda "tərləməyə” məcbur edirlər. Bundan əlavə, direktor bəzi tələbələrlə korrupsiya sövlələşməsinə girərək, onları ümumiyyətlə dərslərdən və imtahanlardan yayındırır. Deyilənə görə, kollecin bir neçə tələbəsi tikintidə fəhlə işləyirlər. Xaləddin müəllim isə səliqə-səhmanla geyinərək, əsl kabalyerolara layiq həyat tərzi sürür və hamballıq edərək pul qazanan tələbələrin qəpik-quruşuna limonad alıb içir. Mənbələr Ələkbərovun "ölü canlar”ından da bəhs edirlər. Verilən məlumatlara görə, kollecin ştat cədvəlində elə şəxslərin adları var ki, heç ümumiyyətlə bu təhsil müəssisəsinin yolunu belə tanımırlar. Xaləddin müəllim onların maaşlarını rahatlıqla mənimsəyir”.
(xalqxəbər.az)

               

 

 

                                                             

                                               Kollec direktoru təşviş içində

              

Bu sıraya əlavə olunası yazılar daha da var. Amma, bu yazıda məqsədimiz yenixeber.org-a daxil olmuş yeni məlumatları ictimailəşdirməkdir. 

Məlum olduğu kimi ötən ayın son günlərində Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərovun korrupsiya faktı ilə işdən qovulması haqqında mediada xəbər yayıldı. Belə ki o rayonun   “Zümürxan Kənd İcra Nümayəndəsinin müavini Elxan Bəşirovu çağıraraq pul tələb edib. Zaur Bəylərova Elxan Bəşirov imkanı çatmadığından, xəstəsi olduğundan maddi sıxıntılar keçirməsini izah etməyə çalışsa da,  qərar dəyişməz qalıb. Əks təqdirdə pul çatdırılmasa işdən azad olunmaqla hədələnib. Nümayəndə müavini arada olan danışığı telefonun yaddaşına köçürüb. Ertəsi gün Elxan Bəşirovun işdən azad olunması barədə əmr verilib. İşdən azad olunmasını qanunsuz  hesab edən Bəşirov  korrupsiya faktını sübuta yetirən səs yazısını çoxaldaraq Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və hüquq mühafizə orqanlarına ünvanlamaqla tələb olunan pulu vermədiyinə görə işdən çıxarıldığını əsaslandırıb.

 

"Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev məni qəbul edərək, yaranmış durumla maraqlandı. Dərhal işimə bərpa olundum. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov tutduğu vəzifədən avqustun 17-də azad olundu. Respublika Prokurorluğu Korrupsiyaya qarşı mübarizə İdarəsində şikayətim əsasında cinayət işi açılaraq araşdırma aparılmağa başlanılıb.”-deyə Elxan Bəşirov bildirib.

 

Bildirildiyinə görə faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinda araşdırmalara başlanılıb. Avqustun 18- də adı çəkilən qurumun əməliyyat qrupu Zaur Bəylərovu saxlayıb. Əldə olunan məlumata görə sonradan onun haqqında həbs qətimkan tədbiri dəyişdirilərək evinə buraxılıb”.(miq.az)

Sual oluna bilər ki, bu olayın Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərova nə aidiyyatı var. Rayondakı mənbəmizin yenixeber.org-a verdiyi məlumata görə bu hadisədən sonra hörmətli Xaləddin müəllimin rahatlığı əməllicə pozulub. Səbəb isə Zaur Bəylərova məxsus “müqəddəs kitab”da  Xaləddin Ələkbərovun da adının yer almasıdır. Bir zamanlar adının o kitaba düşməsindən ruhlanan kollec direktoru indi gözəgörünməz bir əlin onun adını o kitabdan silməsini arzulayır...

 

Xaləddin müəllimlə bağlı yenixeber.org-a daxil olan digər bir məlumat isə keçmiş direktorun zamanına aid diplomun bir şəxsə satılması ilə bağlıdır...(?)

Bu məlumatlarla bağlı Xaləddin müəllimlə əlaqə yarada bildik. Bizimlə telefon danışığında qarşı tərəf  “deyilənləri heç bir fakta söykənməyən yalan adlandırdi” . Beləcə qısa və konkret.

Qarşıdakı günlərdə lazımı araşdırmalarla mövzunu davam etdirməyə çalışacağıq.

Cavid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam